Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Triller — ədəbiyyatda, filmlərdə, videooyunlarda və televiziyalarda istifadə olunan janrdır. Narahatlıq, gərginlik və təşviş hissləri bu janrın əsas elementləri

Triller (janr)

  • Ana Səhifə
  • Vikipediya
  • Triller (janr)

Triller — ədəbiyyatda, filmlərdə, videooyunlarda və televiziyalarda istifadə olunan janrdır. Narahatlıq, gərginlik və təşviş hissləri bu janrın əsas elementləri hesab olunur. Bu janrın əsas alt janrı (sub janr) isə psixoloji triller janrı hesab olunur. Con Kennedinin qətli hadisəsindən sonra siyasi triller və paranoyya triller janrları özlərinə həddindən artıq populyarlıq qazanmışdırlar. Triller filmlərinin ən yaxşı nümunələrindən bəzilərini triller (gərginlik) elementlərindən ustalıqla istifadə edən Alfred Hiçkok çəkmişdir.

Alfred Hiçkokun rejissorluğu ilə çəkilmiş "Məxfi cəmiyyət" filmindən bir səhnə.

Triller janrı əsasən tamaşaçını film boyu daimi həyəcan içində saxlayaraq onu müəyyən əhval-ruhiyyələrə girməyə sövq edir. Bunlar yüksək səviyyədə gözləmə və ya ümid etmə, qərarsızlıq, narahatlıq, həyəcan, gərginlik və dəhşət kimi hisslərdirlər. Bu janrda qırmızı siyənək (ing. red herring) və Klifhanger (ing. Cliffhanger) kimi ədəbi üsullardan müntəzəm olaraq istifadə olunur. Ən vacib məlumatı tamaşaçılardan gizli saxlamaq, döyüş və təqib səhnələri trillerin bütün alt janrlarında müntəzəm olaraq istifadə olunan üsullardırlar. Bununla belə, hər bir alt kateqoriyanın özünəməxsus olan xüsusiyyətləri və metodları da mövcuddur.

Kriminal triller alt janrında, əsasən, fidyə, girov, silahlı qarət, qisas, adam oğurluğu kimi üsullardan istifadə olunur. Müəmma triller alt janrında isə, əsasən, təhqiqat və detektiv hekayələri kimi elementlərdən istifadə olunur. Psixoloji triller alt janrında isə ağıl oyunları (müxtəlif hiylələrdən, məntiqi üsullardan və s. istifadə etmək), psixoloji mövzular, hiyləgərcəsinə yaxınlaşma, həbs etmə/ölüm tələsi, vəsvəsə və qorxulu şəxs (dəhşətli şəxs, dəhşətsaçan şəxsiyyət və s. adlarla da adlandırılır) kimi üsullardan istifadə olunur. Paranoyya triller alt janrında isə paranoyya və törədilməyən cinayətlərə görə cəzalandırılma kimi elementlərdən istifadə olunur.

Qərb dünyasının ən qədim hekayələrindən biri hesab olunan Homerin Odisseya əsəri triller janrının ilk nümunələrindən biri hesab olunur. Belə ki, bu əsər qəhrəmanın pis insanın (və ya mənfi obraz və yaxud mənfi qəhrəman) hərəkətlərinə mütləq formada qalib gəlməli olduğunu nümayiş etdirən trillerdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Triller (janr) haqqında məlumat. Triller (janr) nədir? Triller (janr) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    ASE

  • Fevral 27, 2026

    Şərqi Yava

  • Fevral 27, 2026

    Leonti Mroveli

  • Fevral 24, 2026

    Kosmik gəmi

  • Fevral 27, 2026

    Cessika Bil

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst