Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tindarey (q.yun. Τυνδάρεος) — Sparta padşahı, Ledanın əri, Klitemnestra və Kastoranın atası. O, Periyer və Qorqofonanın oğludur, digər versiyaya görə, onların n

Tindarey

  • Ana Səhifə
  • Vikipediya
  • Tindarey

Tindarey (q.yun. Τυνδάρεος) — Sparta padşahı, Ledanın əri, Klitemnestra və Kastoranın atası. O, Periyer və Qorqofonanın oğludur, digər versiyaya görə, onların nəvəsidir, valdeyinləri isə Ebal və Batiya idilər. "Odisseya" əsərində adı çəkilir, "İliada"da" isə yox.

Tindarey
q.yun. Τυνδάρεος
Cinsi kişi
Qardaşı və bacısı İkari (Penelopanın atası)
Arvadı Leda
Uşaqları
  • Klitemnestra
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hippokoont tərəfindən qovulmuşdur, Festinin yanına qaçmışdır və onun qızı Leda ilə evlənmişdir. Başqa rəvayətə görə, Messeniyada məskunlaşmışdır və onun övladlarından hamısı burada doğulmuşdular. Bəzi mənbələrdə onun Lakonikanın Pellan şəhərində yaşadığı qeyd olunur. Hippokoonta qalib gələn Herakl ona Lakedomona padşahlığını təhvil verdi. Heraklidlərin sözlərinə görə, Tindarey ərazini Herakla verdi, o da öz növbəsində ölkəni Tindareyə əmanət etdi.

Tindarey və Ledanın övladları bunlar idilər: Timandra, Klitemnestra, Filonoya və Kastor (Polidevk və Yelenanı Leda Zevsdən doğmuşdur). Odisseydən məsləhət alaraq Tindarey adaxlı seçimini Yelenanın özünə həvalə etdi və o, Menelaya çələng qoydu. Tindarey atı qurban edərək nikah namizədlərini and içdirirdi, onları qurbanlıq heyvanın kəsilmiş parçaları üzərində dayanmağa məcbur edirdi. "Atın qəbir abidəsi" Sparta yaxınlığında nümayiş olunurdu.

Bir dəfə Afroditaya qurban gətirməyi unutdi və tanrıça onun qızlarını çoxərliliyə məhkum etdi. O, Fiyesti qovaraq Aqamemnona Mikena padşahlığını qaytardı. Sparta hakimiyyətini Menelaya təslim etdi və ya vəfatından sonra hakimiyyət Menelaya qaldı. Paniasidə görə, Asklepi onu həyata qaytardı. Digər mənbələrə görə, ana qətlinə görə Orestesi məhkəməyə verir və Orestes qovulur.

Onun Spartadakı Zevs Kosmet məbədində qəbir daşı var. Sofoklun "Tindarey", Evripidin "Orestes" və Nikomaxın "Tindarey" faciə əsərlərin qəhramanıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tindarey haqqında məlumat. Tindarey nədir? Tindarey nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xoyskilər

  • Fevral 23, 2026

    Fin-uqor dilləri

  • Fevral 23, 2026

    Sivilizasiya

  • Fevral 27, 2026

    Marağa şəhəri

  • Fevral 27, 2026

    Ənzəli şəhristanı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst