Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xoyskilər — Azərbaycan türklərinin tarixində mühüm rol oynamış ailələrdən biri. Ailənin kökü Xoy xanlarından gəlməkdədir.

Xoyskilər

  • Ana Səhifə
  • Vikipediya
  • Xoyskilər

Xoyskilər — Azərbaycan türklərinin tarixində mühüm rol oynamış ailələrdən biri. Ailənin kökü Xoy xanlarından gəlməkdədir.

Xoyskilər
Titul Xan
Əcdadı Cəfərqulu xan Dünbili
Qohum soylar Abraxanovlar
Mənşəyi Gəncə
Təbəəliyi Rusiya imperiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xoyskilərdən Fətəli xan Xoyskinin nəsil şəcərəsi

Mündəricat

Soyun yaranması

Bu soyun ulu babası Cəfərqulu xan Dünbilidir. Cəfərqulu xan Əhməd xan oğlu Dünbili (?-1814) Fətəli şah Qacara üsyan qaldıraraq Rusiya imperiyasına üz tutdu. O, imperator I Aleksandr tərəfindən bahalı brilyantla bəzədilmiş qızıl metal və qızıl lələklə təltif edilmiş, 1807-ci ildə general-leytenant rütbəsi ilə təltif edilərək, həm də Şəki xanı təyin edilmişdi. 1810-cu ildə Cəfərqulu xanın vəfatından sonra Şəki xanlığını onun oğlu İsmayıl xan idarə etmişdi. Şəki xanlığı 1819-cu ildə ləğv edilmişdi. Dünbili tayfasından olmasına baxmayaraq övladları Xoyski soyadını qəbul etdilər. Digər oğlu Əbuturab (Əbra) xanın törəmələri isə Əbraxanov soyadını daşıdılar.

Soyun tanınmış nümayəndələri

  • Cəfərqulu xan Dünbili — Xoy xanı, Xoy ətrafında məskunlaşmış kürd dünbülü tayfasının rəisi, Şəki xanı, rus ordusunun general-leytenantı, Xoyski familiyasını daşımış ilk şəxslərdən biri.
  • İsmayıl xan Xoyski — Şəki xanı.
  • Kəlbəli xan Xoyski — Rus ordusunda general mayor, İskəndər xan Xoyskiın atası, Fətəli xan Xoyskinin ata babası.
  • İskəndər xan Xoyski — Çar ordusuun general-leytenantı, Fətəli xan Xoyskiın atası.
  • Hüseynqulu xan Xoyski – çar ordusunun general-mayoru.
  • Fətəli xan Xoyski — Azərbaycanlı siyasi xadim.
  • Rüstəm xan Xoyski — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri.
  • Tamara xanım Xoyskaya — Azərbaycanın birinci xanımı, Mirzə Davud Hüseynovun həyat yoldaşı.
  • Əmir xan Xoyski — Qubada və Bakıda qubernatorun müavini,1919-cu il oktyabrın on üçündə Qazax qəzasının qubernatoru.
  • Cahangir xan Xoyski, (1849–1920) — Xoyiski, Sankt-Peterburq Universitetinin hüquq fakultəsini bitirib. Titulyar müşavir. Nuxa məhkəməsində hüquq məsləhətçi, tərcüməçi vəzifəsində işləyib. 1907–1909-cu illərdə Gəncə şəhər Upravasında hüquq borosunda hüquq məsləhətçisi, 1908–1909-cu illərdə Gəncə şəhər Dumasının deputatı seçilmişdir. Cahangir xanın həyat yoldaşı Səltənətbəyim xanım olmuşdur. Onların dörd evladı varı: Əmiraslan xan (1885–1952), Sarabəyim xanım (1888–1942), Sehranbəyim xanım (1892–1964Ə), Temur xan (1895-?. Cahangir xan 1920-ci ildə Gəncədə vəfat edib.
  • Fatma xanım Ata xan qızı Əbraxanova — Teymur bəy Həsənbəyov həyat yoldaşı.
  • Qəmərnisə bəyim Ata xan qızı Əbraxanova şairə

Qalereya

  • Ailə arxivindən
  • Fətəli xan Xoyski
    Fətəli xan Xoyski
  • Hüseynqulu xan Xoyski
    Hüseynqulu xan Xoyski
  • Cahangir xan Xoyski, titulyar müşavir, hüquqşünas
    Cahangir xan Xoyski, titulyar müşavir, hüquqşünas
  • Rüstəm xan Xoyski
    Rüstəm xan Xoyski
  • Tamara xanım Xoyskaya-Fətəli xanın qızı
    Tamara xanım Xoyskaya-Fətəli xanın qızı

Həmçinin bax

  • Xoyski
  • Gəncə
  • Şəki
  • Xoy
  • Abraxanovlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xoyskilər haqqında məlumat. Xoyskilər nədir? Xoyskilər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Adolf Dassler

  • Fevral 27, 2026

    Talan

  • Fevral 27, 2026

    Ecdysozoa

  • Fevral 27, 2026

    Əlillik

  • Fevral 21, 2026

    10 yanvar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst