Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cek Steynberger (ing. Jack Steinberger, doğum adı: Hans Yakob Steynberger; 25 may 1921[…], Bad-Kissingen, Bavariya – 12 dekabr 2020, Cenevrə25 may 1921 – 12 dek

Cek Steynberger

  • Ana Səhifə
  • Vikipediya
  • Cek Steynberger

Cek Steynberger (ing. Jack Steinberger, doğum adı: Hans Yakob Steynberger; 25 may 1921[…], Bad-Kissingen, Bavariya – 12 dekabr 2020, Cenevrə25 may 1921 – 12 dekabr 2020) — maddənin elementar tərkib hissələri hesab olunan neytrinolar üzərindəki tədqiqatları ilə tanınan alman mənşəli amerikalı fizik. O, muon neytrinosunun kəşfinə görə 1988-ci ildə Leon Maks Lederman və Melvin Şvarts ilə birlikdə Fizika üzrə "Nobel" mükafatına layiq görülmüşdür. Eksperimental elementar zərrəcəklər fizikası sahəsindəki fəaliyyəti dövründə Berkli Kaliforniya Universiteti, Kolumbiya Universiteti (1950–1968) və CERN-də (1968–1986) müxtəlif vəzifələr tutmuşdur. Steynberger, həmçinin 1988-ci ildə ABŞ Milli Elm Medalı, 1990-cı ildə isə İtaliya Elmlər Akademiyasının Matteuççi medalı ilə təltif edilmişdir.

Cek Steynberger
ing. Jack Steinberger
Doğum adı Hans Jakob Steinberger
Doğum tarixi 25 may 1921(1921-05-25)[…]
Doğum yeri
  • Bad-Kissingen, Bavariya
Vəfat tarixi 12 dekabr 2020(2020-12-12) (99 yaşında)
Vəfat yeri
  • Cenevrə, Cenevrə kantonu, İsveçrə
Elm sahəsi fizika
İş yerləri
  • Kolumbiya Universiteti (1950–1968),
  • CERN (1968),
  • Berkli Kaliforniya Universiteti (1949–1950)
Təhsili
  • Çikaqo Universiteti,
  • İllinoys Texnologiya İnstitutu
Elmi rəhbəri Edvard Teller
Üzvlüyü
  • Dei Linçei Akademiyası (1997),
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Avropa Akademiyası (1991),
  • ABŞ Milli Elmlər Akademiyası
Mükafatları Fizika üzrə Nobel mükafatı — 1988 ABŞ Milli Elmlər medalı — 1988
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı və təhsili

Steynberger 25 may 1921-ci ildə Almaniyanın Bavariya əyalətində, Bad Kissingen şəhərində yəhudi ailəsində anadan olmuşdur. Almaniyada nasizmin yüksəlişi və açıq antisemitizm dalğası valideynlərini — kanto və din müəllimi Lüdviq Lazarus ilə Berta May Steynbergeri onu ölkədən kənara göndərməyə sövq etmişdir.

Steynberger 13 yaşında qardaşı Herbert ilə birlikdə transatlantik səfərə çıxaraq ABŞ-yə mühacirət etmişdir. ABŞ-dakı yəhudi xeyriyyə cəmiyyətləri Barnet Farrollun ona himayədar valideyn kimi baxmasını təşkil etmişdir. Steynberger İllinoys ştatının Vinnetka şəhərindəki "New Trier Township" liseyində təhsil almışdır. 1938-ci ildə o, valideynləri və kiçik qardaşı ilə yenidən bir araya gəlmişdir.

Steynberger Armour Texnologiya İnstitutunda (hazırkı İllinoys Texnologiya İnstitutu) kimya mühəndisliyi üzrə təhsil alsa da, təqaüdü kəsildikdən sonra ailə büdcəsinə kömək etmək üçün təhsilini yarımçıq qoymuşdur. 1942-ci ildə Çikaqo Universitetində kimya üzrə bakalavr dərəcəsi almış, qısa müddət sonra isə Massaçusets Texnologiya İnstitutunda Siqnal Korpusuna qoşulmuşdur. "G.I. Bill" (Hərbçilərin Reabilitasiya Aktı) proqramının dəstəyi ilə 1946-cı ildə Çikaqo Universitetində aspirantura təhsilinə qayıtmış və burada Edvard Teller və Enriko Ferminin rəhbərliyi altında tədqiqatlar aparmışdır. Onun doktorluq dissertasiyası myuon parçalanması zamanı ayrılan elektronların enerji spektri mövzusuna həsr olunmuşdur. Tədqiqatın nəticələri bunun üç cisimli parçalanma olduğunu sübut etmiş və prosesdə bir deyil, iki neytral zərrəciyin (sonradan elektron ( ν e {\displaystyle \nu _{e}} {\displaystyle \nu _{e}}) və muon ( ν μ {\displaystyle \nu _{\mu }} {\displaystyle \nu _{\mu }}) neytrinoları kimi müəyyən edilmişdir) iştirak etdiyini göstərmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cek Steynberger haqqında məlumat. Cek Steynberger nədir? Cek Steynberger nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qrup Hepsi

  • Fevral 25, 2026

    Olesya Zamula

  • Fevral 27, 2026

    Ənuşirvan xan

  • Fevral 27, 2026

    Vençur kapitalı

  • Fevral 25, 2026

    Yalta konfransı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst