Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Olesya Zamula (17 fevral 1984, Riqa) — 1999–2005-ci illərdə Latviyanı, 2007–2012-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi.

Olesya Zamula

  • Ana Səhifə
  • Vikipediya
  • Olesya Zamula

Olesya Zamula (17 fevral 1984, Riqa) — 1999–2005-ci illərdə Latviyanı, 2007–2012-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi.

Olesya Zamula
Şəxsi məlumatlar
Tam adı Olesya Zamula
Vətəndaşlığı Latviya Latviya →
Azərbaycan Azərbaycan
Doğum tarixi 17 fevral 1984 (42 yaş)
Doğum yeri Riqa, Latviya SSR
Boyu 162 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 1996—2012
Məşqçisi Semyon Kapitannihov
Medallar
Avropa Çempionatı
Bürünc 2011 Dortmund63 Kq.

Karyerası

Olesya Zamula Latviya yığmasının heyətində mübarizə apardığı 1999-2005-ci illərdə altı beynəlxalq turnirdə mübarizə apardı. 2003-cü ildə Riqa şəhərində (Latviya) baş tutan Avropa Çempionatında yeddinci pillənin sahibi olan Olesya Zamula digər turnirlərdə ciddi nəticələrə nail ola bilmədi.

2007-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Olesya Zamulanı Azərbaycan yığmasının heyətinə dəvət etdi. Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığma yeni-yeni formalaşdırılırdı. Olesya Zamula həmin dəvəti qəbul etdi və 2007-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı.

2007-ci ilin avqustunda Sofiya şəhərində (Bolqarıstan) D. Kolov - N. Petrov beynəlxalq turnirində beşinci pillənin sahibi olan Olesya Zamula, sentyabrda Azərbaycanda baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu.

2008-ci ilin aprelində Finlandiyada Avropa Çempionatını və iyununda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirlərini beşinci pillədə başa vuran Olesya Zamula, avqustda Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında uğursuzluqla üzləşdi. Olimpiadanın 1/8 final mərhələsində Yaponiya nümayəndəsi Kaori İçoya 0:2 (0:2, 0:4) hesabı ilə məğlub olan Olesya Zamula, təsəlliverici qrupda ABŞ nümayəndəsi Randi Millera da 0:2 (0:2, 0:4) hesabı ilə məğlub oldu və olimpiadanı 16-cı pillədə başa vurdu. İlin sonunda Yaponiyada baş tutan Dünya Çempionatını isə Olesya Zamula beşinci pillədə başa vurdu.

2009-2010-cu illərdə də Olesya Zamula beynəlxalq turnirin medalına sahib ola bilmədi. 2009-cu ilin aprelində Vilnüs şəhərində (Litva) Avropa Çempionatını yeddinci pillədə başa vuran Olesya Zamula, iyulda Qızıl Qran-Pri beynəlxalq turnirində, sentyabrda da Dünya Çempionatında beşinci pillənin sahibi oldu. 2010-cu ildə Olesya Zamula Azərbaycanda baş tutan Avropa Çempionatının beşinci pillədə, Austrian Ladies Open və Qızıl Qran-Pri beynəlxalq turnirlərini isə beşinci pillədə başa vurdu.

2011-ci il isə Olesya Zamula üçün uğurlu mövsüm oldu. Olesya Zamula əvvəlcə fevralda İstanbul şəhərində Yaşar Doğu beynəlxalq turnirnin gümüş medalına sahib oldu, sonra isə martda İsveçdə baş tutan Klippan Lady Open beynəlxalq turnirini beşinci pillədə başa vurdu.

28 mart-4 apreldə isə Almaniyanın Dortmund şəhərində mövsümün birinci nüfuzlu turniri hesab olunan Avropa Çempionatı baş tutdu. Olesya Zamula 1/8 final mərhələsində Rumıniya nümayəndəsi Mihaela Panaita 2:0, 1/4 final mərhələsində Türkiyə nümayəndəsi Leyla Mətinə 2:0 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə Ukrayna nümayəndəsi Yuliya Taça 1:2 hesabı ilə məğlub olan Olesya Zamula, bürünc medal uğrunda görüşdə Latviya nümayəndəsi Laura Sujinaya 2:1 hesabı ilə qalib gəldi və Avropa Çempionatının bürünc medalına sahib oldu.

Daha sonra Olesya Zamula iyunda Austrian Ladies Open beynəlxalq turnirini yeddinci pillədə başa vurdu, iyulda isə Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib oldu.

Olesya Zamula 2012-ci ilin fevralında Kiyev beynəlxalq turnirinin bürünc medalına sahib oldu, martda isə Belqrad şəhərində (Serbiya) baş tutan Avropa Çempionatını 14-cü pillədə başa vurdu.

Bu turnirdən sonra 28 yaşlı Olesya Zamula idmanla vidalaşdı.

Nəticələri

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
Latviya Latviya
1
1999
Yeniyetmələrin Dünya Çempionatı Polşa Polşa
12.
2
2003
Avropa Çempionatı Latviya Latviya
7.
3
Gənclərin Dünya Çempionatı Türkiyə Türkiyə
11.
4
2004
Dünya Olimpiya Təsnifat Turniri Tunis Tunis
12.
5
Gənclərin Avropa Çempionatı Bolqarıstan Bolqarıstan
7.
6
2005
Dünya Çempionatı Macarıstan Macarıstan
22.
Azərbaycan Azərbaycan
7
2007
D. Kolov - N. Petrov Turniri Bolqarıstan Bolqarıstan
5.
8
Dünya Çempionatı Azərbaycan Azərbaycan
7.
9
2008
Avropa Çempionatı Finlandiya Finlandiya
5.
10
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
5.
11
Olimpiya Oyunları Çin Çin
16.
12
Dünya Çempionatı Yaponiya Yaponiya
5.
13
2009
Avropa Çempionatı Litva Litva
7.
14
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
5.
15
Dünya Çempionatı Danimarka Danimarka
5.
16
2010
Avropa Çempionatı Azərbaycan Azərbaycan
5.
17
Austrian Ladies Open Avstriya Avstriya
7.
18
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
7.
19
2011
Yaşar Doğu Turniri Türkiyə Türkiyə
2.
20
Klippan Lady Openn İsveç İsveç
5.
21
Avropa Çempionatı Almaniya Almaniya
3.
22
Austrian Ladies Open Avstriya Avstriya
7.
23
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
3.
24
2012
Kiyev Turniri Ukrayna Ukrayna
3.
25
Avropa Çempionatı Serbiya Serbiya
14.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Olesya Zamula haqqında məlumat. Olesya Zamula nədir? Olesya Zamula nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    BS

  • Fevral 24, 2026

    SSRİ Prezidenti

  • Fevral 23, 2026

    Litosfer

  • Fevral 24, 2026

    Fətulla Hüseynov

  • Fevral 25, 2026

    Şeir

Trend Mahnılar
  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst