Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qrupda 4 ifaçı var. Eren Bakıcı 1984-cü il mayın 18-də İstanbul şəhərində anadan olub. Memar Sinan Gözəl Sənətlər Universitetinin Dövlət Konservatoriyasının "Ba

Qrup Hepsi

  • Ana Səhifə
  • Vikipediya
  • Qrup Hepsi

Hepsi — Türkiyə musiqi qrupu.

Hepsi
Əsas məlumatlar
Üslub ritm-n-blyuz

Qrupda 4 ifaçı var. Eren Bakıcı 1984-cü il mayın 18-də İstanbul şəhərində anadan olub. Memar Sinan Gözəl Sənətlər Universitetinin Dövlət Konservatoriyasının "Balet" fakültəsinin məzunu olub. Elə həmin məktəbdə müasir rəqs təhsili alan Eren Bakıcı Atatürk Mədəniyyət Mərkəzi Uşaq və Gənclik Baletinin sərgilədiyi oyunlarda altı il ərzində müxtəlif rollar oynayıb. Londonda Urdang Dans Akademiyasında və Budapeştdə Rəqs məktəbində təhsil alıb. Rəqs nominasiyaları ilə Çində Türkiyəni təmsil edən Eren reklam üçün kiçik jing-lar səsləndirib. Britney Spears və Michael Jackson kimi dünya ulduzları ilə çalışan Selatin Qara ilə bir aylıq "workshop" çalışmasını gerçəkləşdirib.

Qrupun ən cazibədar üzvlərindən olan Cemre Kemer 1985-ci il fevralın 17-də İstanbulda dünyaya gəlib. Memar Sinan Gözəl Sənətlər Universitetinin Dövlət Konservatoriyasının Balet fakültəsini bitirib. Adı çəkilən məktəbdə Klas Balet üzrə təhsilini davam etdirən Cemre KEMER Atatürk Mədəniyyət Mərkəzi Uşaq və Gənclik Baletinin təşkil etdiyi tamaşalarda beş il müxtəlif obrazları canlandırıb. Kliplərdə aktyorluq edib. Reklam bloklarına çəkilən Cemre xüsusi şan və piano dərsləri alıb.

Həm səsi, həm də gözəl rəqsi ilə diqqət çəkən Yasemin Yürük 1986-cı il sentyabrın 21-də İstanbulda doğulub. O, da həmkarları kimi Memar Sinan Gözəl Sənətlər Universitetinin Dövlət Konservatoriyasının Balet fakültəsində təhsil alıb. Daha sonra İstanbul universitetinin Dövlət Konservatoriyasının Balet fakültəsinin Klas Balet qrupunda təhsilini davam etdirir. Atatürk Mədəniyyət Mərkəzi Uşaq və Gənclik Baletinin gerçəkləşdirdiyi oyunlarda 3 il boyunca rol alıb. Xüsusi şan və piano dərsləri alan Jasemin reklam çarxlarına çəkilib.

Qrupun fəallarından Gülçin Ergül 1985-ci il oktyabrın 30-da İstanbulda anadan olub. Memar Sinan Gözəl Sənətlər Universitetinin Dövlət Konservatoriyasının Balet fakültəsinin məzunu olan Gülçin hal-hazırda həmin məktəbdə Müasir Rəqs təhsilini almaqda davam edir. Ayrı-ayrı reklam çarxlarına çəkilən Gülçin Hip Hop rəqs dərsləri də alıb. Atatürk Mədəniyyət Mərkəzi Uşaq Közüsündə iştirak edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qrup Hepsi haqqında məlumat. Qrup Hepsi nədir? Qrup Hepsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Stilpon

  • Fevral 27, 2026

    Renium

  • Fevral 27, 2026

    Niiqata

  • Fevral 23, 2026

    Araxis

  • Fevral 27, 2026

    Salam Məryəm

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst