Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səməd Behrəngi (24 iyun 1939, Təbriz – 31 avqust 1968, Təbriz) — Azərbaycan əsilli iranlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi

Səməd Behrəngi

  • Ana Səhifə
  • Vikipediya
  • Səməd Behrəngi

Səməd Behrəngi (24 iyun 1939, Təbriz – 31 avqust 1968, Təbriz) — Azərbaycan əsilli iranlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi. Daha çox özünün Balaca qara balıq əsəri ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi. 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitablarla yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etmişdir.

Səməd Behrəngi
az.-əski. صمد بهرنگی‎
Doğum tarixi 24 iyun 1939(1939-06-24)
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 31 avqust 1968(1968-08-31) (29 yaşında)
Vəfat yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat səbəbi boğulma
Dəfn yeri
  • İmamiyyə qəbiristanlığı
Milliyyəti azərbaycanlı
Atası İzzət Behrəngi
Anası Sara Behrəngi
Təhsili
  • Təbriz Universiteti
Fəaliyyəti şair, müəllim, tərcüməçi, nasir
Əsərlərinin dili Azərbaycan dili
fars dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürülməsini iddia edirlər. Rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər.

Mündəricat

Həyatı və təhsili

Səməd İzzət oğlu Behrəngi 1939-cu il iyunun 24-də Təbrizin Çərəndab məhəlləsində anadan olub. Səməd Behrənginin iki qardaşı və üç bacısı olub. Atası İzzət bəy fəhlə olmuş və tez vəfat etmişdir. Anası Sara xanımın xatirələri:

" Yadımdadır, Səməd dünyaya gələndən bir gün öncə onun atası işdən çıxarıldı. O, yenə də ərbabla dalaşmışdı. O, sahibkara boyun əymək istəmirdi. Mən ona deyirdim filankəs bir iş yerində 4 ildir işləyir, ancaq heç vaxt ərbabla dalaşmayıb. Sən isə il qurtarmamış işdən çıxarılırsan. O isə cavabında deyirdi: Mən başqaları kimi ərbaba yaltaqlana bilmərəm. Kimlərdənsə casusluq etməyi bacarmıram. Elə dalaşmağımız da buna görədir. "

İlk təhsilini Təbrizdəki "Dəbristani-Tərbiyət və Daneşsərayi"də alıb, məktəbi bitirdikdən sonra Tufarqan mahalının Mamağan, Guqan və s. bölgələrində ibtidai sinif müəllimi kimi çalışıb. İşləyərək həm də Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində qiyabi təhsil alıb oranı da 1961-ci ildə bitirir.

Fəaliyyəti

Səməd Behrəngi şagirdləri ilə birlikdə

Tələbəlik illərində "Xənde" (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini bu dövrdə yazıb.

Əmək fəaliyyətinə Azərşəhr (Tufarqan) mahalının Mamağan, Gögan ibtidai məktəbində müəllim kimi başlayıb. Səməd Behrəngi və onun fikir dostları, xüsusilə Behruz Dehqani Azərbaycan kəndlərində folklor nümunələri toplayıb. Amma Mədədinin verdiyi məlumata əsasən, onların topladıqları folklor nümunələri azərbaycan dilində idi və İran şahının qeyri-fars dillərlə əlaqədar siyasətlərinə görə çap olunmadı. Sonradan bu nağılları fars dilinə çevirərək həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib. Yazdığı nağıllar türk dilin Sirus Mədədi vasitəsilə "Azərbaycan nağılları" adı ilə Tehranda çap olunub. Eyni zamanda fars dilindən Azərbaycan dilinə çevirdiyi tərcümələri dövri mətbuatda çıxıb.

İlk hekayələri "Adət", "Binam" 1959-cu ildə dərc olunub. Bundan sonra "Ulduz və qarğalar", "Çuğundursatan oğlan", "Balaca qara balıq" və s. hekayə və nağıllarını yazıb (1967–1969). Səməd bir müddət qəzetlərdə məqalələrlə çıxış edib, o zaman Təbrizdə nəşr olunan "Mehdi Azadi" və "Adinə" qazetlərində yazıb. Sonra, məqalələrini "Məcmueyi məqaleha" (Məqalələr məcmuəsi) adı ilə kitab şəklində çap edib.

Səməd Behrəngi həm də İran uşaq ədəbiyyatının banisi sayılır. Ona qədər uşaq ədəbiyyatına aid kitablar yazan olsa belə İran ədəbiyyatçıları qəbul edirlər ki, Səməd Behrəngi İranda uşaq ədəbiyyatının qurucusudur. Həmkarları onu "Azərbaycan kəndlilərinin canlı dili", "Milli mədəniyyətin oyaq vicdanı", "Xalqa üz tutan", "Səyyar müəllim" adlandırıblar.

Bakıda ilk dəfə 1987-ci ildə "Məhəbbət nağılı" adı ilə seçilmiş əsərləri kütləvi tirajla buraxılıb.

Səməd Behrəngi heç bir siyasi təşkilata bağlı olmayıb və şah dövründə siyasi təşkilat da yox idi, Amma onun yoldaşları Behruz Dehqani, Əlirza Nabdil, Mənaf Fələki, Kazım Səadəti, Əşrəf Dehqani və başqaları Səmədin ölümündən iki il sonra İranın "Xalq Fədailəri" təşkilatını yaradıb və silahlı mübarizəyə qalxıblar. Behrənginin yazdığı Balaca qara balıq əsəri həm də İran inqilabının manifesti hesab edilir.

Onun Balaca qara balıq əsəri 1968-ci ildə İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Birinci yeri tutduğuna görə kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilib.

Ölümü

Təbrizin İmamiyə qəbiristanlığındakı məzarı

1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürüldüyünə inanırlar, lakin bunu sübut edəcək bir dəlil indiyə qədər tapılmayıb. Təbrizin İmamiyyə qəbiristanlığında dəfn edilib.

Xatirəsi

Ölümündən sonra Səməd Behrənginin xatirəsinə şeirlər yazılıb musiqilər bəstələnib. Dostu Əlirza Nabdil Oxtay onun ölümündən sonra "Səməd könlümdədir" şeirini yazır, daha sonra isə bu şeirə musiqi bəstələnir.

2014-cü ildə Azərbaycanda "Səməd Behrəngi ədəbi mükafatı" təsis edilib. Mükafatı Azərbaycan Yazıçılar Birliyi ilə Dövlət Diaspor Komitəsinin ortaq saytı olan litdiaspora.az ədəbi portalı təsis edib. Mükafat Bütöv Azərbaycan ideologiyası, Güney və Quzey arası əlaqələrin inkişaf etdirilməsi yönündə həyata keçirilir.

14 mart 2019-cu il tarixində Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Səməd Behrənginin 80 illiyinə həsr edilmiş tədbir keçirilib.

Həmçinin bax

  • Balaca qara balıq
  • Əlirza Nabdil Oxtay

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səməd Behrəngi haqqında məlumat. Səməd Behrəngi nədir? Səməd Behrəngi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Qərbi Berlin

  • Fevral 11, 2026

    Gün

  • Fevral 11, 2026

    Dardanel boğazı

  • Fevral 24, 2026

    Yutlandiya

  • Fevral 11, 2026

    Su

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst