Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qərbi Berlin — 1949–1990-cı illər arası xüsusi statusa malik anklav ərazi. Qərbi Berlin hər tərəfdən ADR-in ərazisi ilə əhatə olunmaqla Şərqi Berlindən daş diva

Qərbi Berlin

  • Ana Səhifə
  • Vikipediya
  • Qərbi Berlin

Qərbi Berlin — 1949–1990-cı illər arası xüsusi statusa malik anklav ərazi. Qərbi Berlin hər tərəfdən ADR-in ərazisi ilə əhatə olunmaqla Şərqi Berlindən daş divarlarla ayrılmışdı.

Tarixi dövlət
Qərbi Berlin
ing. West Berlin
fr. Berlin-Ouest
alm. West-Berlin‎
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
1949 — 3 oktyabr 1990
Dil Alman dili
Din Xristian (Evangelist, Katolik), İslam, İudaizm
Ərazisi
  • 479,9 km²
Əhalisi
  • 1.984.837 nəf. (1975)
 • 1948–1953 (ilk) Ernst Reuter
 • 1989–1990 (son) Valter Momper
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qərbi və Şərqi Berlin
Berlinin dörd sektoru

Mündəricat

Tarixi

İkinci dünya müharibəsindən sonra Almaniyanın ərazisi və paytaxtı dört fərqli zonaya bölündü. Şərqi-sovet və üç qərbi-amerika, fransa, ingiltərə ərazilərinə. 1948-ci il iyunun 24-dən Berlinin qərb hissəsi sovet orduları tərəfindən mühasirəyə alındı. 1949-cu il 23 mayda Almaniya Federativ Respublikasının (AFR) yaradılması elan olundu. SSRİ-nin də buna cavabı gecikmədi: 7 oktyabr 1949-cu ildə Şərqi Berlinin müvəqqəti parlamenti-Xalq Soveti-Almaniya Demokratik Respublikasının yaradılmasını elan etdi. Qərbi Berlin-12 şəhər dairəsinədən ibarətdir:

  • Tirqarten, Şarlottenburq, Vilmersdorf, Şpandau (ingiltərə sektoru).
  • Kroysberq, Noylkeln, Tempelxof, Şeneberq, Selendorf, Şteqlic (amerika sektoru).
  • Veddinq, Raini-kendorf (fransa sektoru)

Şərqi və Qərbi Berlin arasında ki, sərhəd ilk vaxtlar açıq olmuş və ümumi uzunluğu 155 km idi. Bu sərhədin 44 km-i küçələrdən, evlərdən, Şpree çayından, kanallardan və s. keçirdi. 1958–1961-ci illər arasında SSRİ ilə ABŞ-arasında olan soyuq münasibətlərin nəticəsində 1961-ci il 13 avqustunda Berlin divarlarının tikintisinə başlanıldı.

Qərbi Berlin tərəfdən divarların görünüşü. 1986

Berlin divarı

1961-ci ildə ADR-ın hərbi qüvvələri öncə 46 km əraziyə tikanlı məftil çəkdilər. İlin sonuna yaxın 3 km-lik divar artıq çəkilmiş idi. Tədricən bu divarın uzunluğu 43.1 km çatdırıldı. Divar beton piltələrdən çəkilmiş və hündürlüyü 2–3.6 m idi. Divarların tikintisi 1975-ci ilə kimi davam etdi və yekunlaşdı. 1961-ci ildən 1989-cu ilə kimi Şərqi Berlindən Qərbi Berlinə 5000-nə yaxın qanunsuz qaçış qeydə alınmışdır.

Sərhədlərin açılması

3 oktyabr 1990-cı il həm ADR və AFR-ın, həm də Qərbi və Şərqi Berlinin rəsmən birləşməsi tarixi hesab olunur. 40 illik Berlin divarlarıda tədricən söküldü. Buna baxmayaraq hələ də Berlin divarlarının kiçik bir hissəsi saxlanılmış və burada "Yaddaş pəncərəsi" adında memorial kompleks var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qərbi Berlin haqqında məlumat. Qərbi Berlin nədir? Qərbi Berlin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Təkamül

  • Fevral 23, 2026

    Əhli-Sünnət

  • Fevral 23, 2026

    8 iyun

  • Fevral 23, 2026

    Morze əlifbası

  • Fevral 23, 2026

    Strasburq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst