Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Alberto Cakometti (10 oktyabr 1901[…], Borqonovo[d], Qraubünden kantonu – 11 yanvar 1966[…], Kur[d]) — İsveçrə heykəltaraşı, boyakar və qrafik.

Alberto Cakometti

  • Ana Səhifə
  • Vikipediya
  • Alberto Cakometti

Alberto Cakometti (10 oktyabr 1901[…], Borqonovo[d], Qraubünden kantonu – 11 yanvar 1966[…], Kur[d]) — İsveçrə heykəltaraşı, boyakar və qrafik.

Alberto Cakometti
ing. Alberto Giacometti
Alberto Cakometti
Alberto Cakometti
Doğum tarixi 10 oktyabr 1901
Doğum yeri Qraubünden kantonu, Stampa yaxınlığında Borqonovo, İsveçrə
Vəfat tarixi 11 yanvar 1966 (64 yaşında)
Vəfat yeri Kur, Qraubünden kantonu, İsveçrə
Vəfat səbəbi Ağciyərlərin xroniki obstruktiv xəstəliyi
Dəfn yeri
  • Borqonovo[d]
Həyat yoldaşı Anette Arm
Atası Covanni Cakometti[d]
Fəaliyyəti Sürrealizm, Ekspressionizm, Kubizm
Fəaliyyət illəri 1913–1966
Mükafatları "Heykəltaraşlıq Qrand mükafatı" 1962-ci ildə Venis Binnel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Erkən həyatı

Boyakar Covanni Cakomettinin (1868–1933) oğludur. Cenevrədə Zərif Sənətlər Məktəbində, İncəsənət və peşə məktəbində oxumuşdur (1919–20). 1920–21-ci illərdə İtaliyada olmuş, italyan incəsənətini, antik memarlığı, Qədim Misir kolleksiyalarını öyrənmişdir. 1922-ci ildən Parisdə yaşamış, 1925-ci ilədək E.A. Burdelin "Qrand-Şomyer" akademiyasındakı emalatxanasında təcrübə toplamışdır.

Sonrakı həyatı

Ən yeni cərəyanların təsiri ilə Cakometti yaradıcılığında kubizm formaları meydana gəldi ("Tors", 1925, Kunsthaus, Sürix, Cakometti fondu); Afrika və Kolumbaqədərki Amerika incəsənətinə, Kiklat adalarındakı bütlərə maraq onun bir sıra əsərlərində əksini tapmışdır ("Baş", 1925, Müasir İncəsənət Milli Muzeyi, Paris). 1920-ci illərin sonundan Cakometti sürrealizm təmsilçiləri ilə yaxınlaşmışdır; bu dövr heykəltaraşlığında bəsitləşən formalar abstraksiyaya yaxınlaşır ("Tamaşa edən baş", 1927–28, Kunsthaus, Sürix).

Fəaliyyəti

İrreal formalar axtarışında Cakometti şəbəkəli struktura ("Saray səhər saat 4-də", 1932–33, Müasir İncəsənət Muzeyi, Nyu-York), üfüqi sərili heykəllərə müraciət edir ("Başı kəsilmiş qadın", 1932, orada). 1934-cü ildən sürrealizm cərəyanından uzaqlaşan Cakometti fərdi üslubunu inkişaf etdirmişdir ["Görünməyən obyekt" ("Boşluğu saxlayan əllər"), 1934, Yel universitetinin rəssamlıq qalereyası, Nyu-Heyven].

İrsi

İkinci dünya müharibəsi illərində Cenevrədə olan Cakometti tuncdan miniatürlər ("Adam cığaz kürsülük üzərində ", 1940–41, şəxsi kolleksiya, Paris) və gözəl natürmortlar ("Bufet üzərində alma", 1937) yaratmışdır.

Əsərləri

Sənətkar 1945-ci ildə Parisə qayıtmışdır; J.P. Sartrın və J. Jenenin Cakometti yaradıcılığı haqqında məqalələri ona şöhrət gətirmişdir. Son dövr əsərlərini tuncla işləmişdir ("Əyləşmiş qadın", 1946, Müasir İncəsənət Milli Muzeyi, Paris; "Büdrəmiş insan", 1950, Kunsthaus, Sürix). Fransız ekzistensializminin təsiri ilə yaratdığı əsərlərində təcrid olunmuş, özünə qapanmış fiqurlar ağac gövdəsinə bənzədilir, müxtəlifmiqyaslı personaj və detalları birləşdirən priyomlar heykəltaraşlığı boyakarlıq perspektiv effektləri ilə zənginləşdirir ["Tala" ("Doqquz fiqur ilə kompozisiya", 1950, Kunsthaus, Sürix), "Təməl üzərində dörd fiqur" (1950, A. Maqın kolleksiyası, Paris) və s.]. Son dövr boyakarlıq portretlərində perspektiv ixtisarlar, yığcam və ya uzadılmış məkan effektlərindən istifadə edilmişdir ("Rəssamın anası", 1951, Müasir İncəsənət Milli Muzeyi, Paris).

Həmçinin bax

  • Heykəltaraşlıq
  • Sürrealizm
  • Ekspressionizm
  • Kubizm
  • Giannino Castiglioni
  • Emile Guillemin

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alberto Cakometti haqqında məlumat. Alberto Cakometti nədir? Alberto Cakometti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Jirondistlər

  • Fevral 27, 2026

    Miladi tarix

  • Fevral 27, 2026

    Hyundai Accent

  • Fevral 27, 2026

    Foroney

  • Fevral 27, 2026

    Vergilər Nazirliyi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst