Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xəyyam — Azərbaycan dramaturqu Hüseyn Cavid tərəfindən 1935-ci ildə yazılmış faciə. Bu, orta əsr fars şairi, riyaziyyatçısı, astronomu və filosofu Ömər Xəyyama

Xəyyam (pyes)

  • Ana Səhifə
  • Vikipediya
  • Xəyyam (pyes)

Xəyyam — Azərbaycan dramaturqu Hüseyn Cavid tərəfindən 1935-ci ildə yazılmış faciə. Bu, orta əsr fars şairi, riyaziyyatçısı, astronomu və filosofu Ömər Xəyyama həsr olunmuşdur. Əsər ilk dəfə 1963-cü ildə Bakıda nəşr edilmişdir. "Xəyyam" faciəsi 1970-ci ilin martında Bakı şəhərində yerləşən Azərbaycan Dram Teatrının səhnəsində tamaşaya qoyulmuşdur.

Xəyyam
Tamaşadan səhnə. Mehdi Məmmədov Xəyyam, Şəfiqə Məmmədova Sevda rolunda. 1970-ci il.
Tamaşadan səhnə. Mehdi Məmmədov Xəyyam, Şəfiqə Məmmədova Sevda rolunda. 1970-ci il.
Janr faciə
Müəllif Hüseyn Cavid
Orijinal dili Azərbaycan
Yazılma ili 1935
Nəşr ili 1963
Nəşriyyat Azərnəşr
Əvvəlki Siyavuş
Sonrakı Şəhla

Tarixi

Azərbaycan dramaturqu Hüseyn Cavid "Xəyyam" pyesini 1935-ci ildə yazmışdır. Buna əlavə olaraq, pyes həmin il Azərbaycan SSR Ədəbi Əsərlər Müsabiqəsində III yerə layiq görülmüşdür. Hüseyn Cavid pyesin məzmununu Ermənistan SSR-nin paytaxtı olan İrəvan şəhərində yaşayan dostuna göndərmişdir. Uzun müddətdən sonra, 1957-ci ildə Hüseyn Cavidin qızı Turan Cavid İrəvan şəhərində bu pyesi taparaq Bakı şəhərinə gətirmişdir. Pyes ilk dəfə 1963-cü ildə, Bakı şəhərində yerləşən "Azərnəşr" nəşriyyatında çap olunmuşdur.

12 mart 1970-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rejissorluğunda tamaşaya qoyulmuşdur. Tamaşanın bədii tərtibatını və eskizlərini rəssam Elçin Məmmədov tərtib etmiş, musiqisini isə Azərbaycan SSR xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Cahangir Cahangirov bəstələmişdir. Tamaşada rolları Mehdi Məmmədov, Şəfiqə Məmmədova, Həsən Turabov, Məmmədrza Şeyxzamanov, İsmayıl Osmanlı və başqaları ifa etmişlər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xəyyam (pyes) haqqında məlumat. Xəyyam (pyes) nədir? Xəyyam (pyes) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 17, 2026

    Fidel Kastro

  • Fevral 26, 2026

    İmmunitet

  • Fevral 27, 2026

    Till Lindeman

  • Fevral 27, 2026

    Aqata Kristi

  • Fevral 23, 2026

    Ribonuklein turşusu

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst