Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zan dilləri, Zanuri (gürc. ზანური ენები) və ya Kolxida dili — kartvel dillərinin qolu. Zanuri meqrel və laz dillərindən təşkil olunmuşdur. Bəzi dilşünaslar hesa

Zan dilləri

  • Ana Səhifə
  • Vikipediya
  • Zan dilləri

Zan dilləri, Zanuri (gürc. ზანური ენები) və ya Kolxida dili — kartvel dillərinin qolu. Zanuri meqrel və laz dillərindən təşkil olunmuşdur. Bəzi dilşünaslar hesab edirlər ki, bu dillərin hər ikisi də zan dilinin ləhçələridir. Buna baxmayaraq, meqrel və laz dilləri qarşılıqlı olaraq, tam şəkildə anlaşıqlı deyil, ancaq bir dillərdən birini danışanlar o biri dildəki çox sözü tanıya bilir. Zanuri gürcü, svan və Acara dilləri ilə qohumdur.

Zan dilləri:
 Meqrel dili. Laz dili.

Zan termini Kolxida tayfalarının birinin yunan-Roma dilindəki adından gəlir, hansı ki, demək olar ki, meqrel və svanlara verilən ad ilə eynidir. Gürcüstan dilşünası Akaki Şanidze Kolxida terminin zan dili üçün uyğun olacağını irəli sürmüşdür.

Tarix

Kartvel dilləri üzrə ixtisaslaşmış Rusiya dilşünası Georgi Klimov tərəfindən aparılan bir qlottoxronoloji analizə görə, zan dilləri adi kartvel dil qrupundan e.ə. VIII əsrdə ayrılmışdır. Zan dili Qara dənizin cənub-şərq sahilləri boyunca, indiki Türkiyənin Trabzon şəhərindən Gürcüstanın qərbinə qədər olan ərazidə yaşayan bir icma tərəfindən daimi şəkildə danışılmışdır.

Zan dilində danışanlar Kolxidanın e.ə. II əsrin ortalarında süquta uğramasından sonra ilk ayrılma mərhələsinə daxil olmuşdur. Buna baxmayaraq, əsl ayrılma VII əsrin ortalarında İmereti, Quriya və Acara kimi regionlara soxulmuş ərəblərin qovduğu gürcüdilli xalqların intruziyaları nəticəsindən ayrılmalı olmuşdur.

Coğrafiya ilə, daha sonra isə siyasət və din ilə ayrılmış şimali və cənubi zan dilləri axırda, meqrel və laz dillərinə bölünür. Diferensiasiya demək olar ki, erkən müasir dövrdə tamamlandığından indiki dövrdə birləşmiş bir zan dilində danışmaq ənənəvi deyil. Hal-hazırda, meqrel dili əksəriyyəti Meqreliyada və Abxaziyada yaşayan meqrellər tərəfindən, laz dili isə əksəriyyətinin Türkiyədə və Acarada yaşadığı lazlar tərəfindən danışılır. Zan dillərindən təxminən 800.000 nəfər danışır.

Xüsusiyyətlər

Aşağıdakı cədvəldə laz və meqrel dillərinə aid bəzi söz nümunələri verilmişdir:

Azərbaycan dili Laz dili Meqrel dili
XəbərAmbariAmbe
YeniAğaniAxali
İxtiyarBadiBadidi
SüdMjaBja
TutBjoliBjola
QardaşCumaCima
BazarMjaçxaJaşxa
ToyuqKotumeKotomi
GəldikKomoptitKumoprtit
SaymaqǨoroʒxuǨoroʒxua
AiləOcağiOcaxi
SəkkizOvroRuo
MeqreliyaOmargaleSamargalo
KarMtfiTinu
GöyərçinŤorociŤoronci
QəlbsizUguroniUgure
ÖncəǮoxleǮoxole

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zan dilləri haqqında məlumat. Zan dilləri nədir? Zan dilləri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sombrero qalaktikası

  • Fevral 27, 2026

    İslahat

  • Fevral 27, 2026

    Manixeizm

  • Fevral 15, 2026

    Qafqaz Albaniyası

  • Fevral 27, 2026

    Ray

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst