Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

NGC 4594 və ya Sombrero qalaktikası (Messier obyekti 104, M104), Yeni Ümumi Kataloqda qeydə alınmış Qız bürcündə yerləşən,Yerdən 9,55 Mpc(31,100,000 i.i.) məsaf

Sombrero qalaktikası

  • Ana Səhifə
  • Vikipediya
  • Sombrero qalaktikası

NGC 4594 və ya Sombrero qalaktikası (Messier obyekti 104, M104), Yeni Ümumi Kataloqda qeydə alınmış Qız bürcündə yerləşən,Yerdən 9,55 Mpc(31,100,000 i.i.) məsafədə yerləşən spiralqalaktikadır. Qalaktika Meksika şapkasına (sombrero) bənzədiyindən bu cür adlandırılmışdır. Yerdən 28 milyon işıq ili uzaqlıqdadır. Göy üzündə Qız bürcü istiqamətində yerləşir. Spiral tipli qalaktikadır. Fransız astronomu Çarlz Messier tərəfindən 1781-ci ildə 8.38 sm (3.3 düymə) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.

Sombrero qalaktikası
Qalaktika
Tədqiqat tarixi
Kəşf edən Çarlz Messier
Kəşf tarixi 1781
İşarələmə PGC 42407 • M 104 • MCG -2-32-20 • UGCA 293 • IRAS 12373-1120 • Sombrero galaxy
Müşahidə məlumatları
(J2000 dövrü)
Bürc Qız
Birbaşa çıxma 12s 39d 60s, 12s 39d 59,43185s
Meyl −11° 37′ 0″, −11° 37′ 22,9954″
Görünən ölçüləri 8.60 x 4.2
Görünən ulduz ölçüsü mV 8 ± 0,06
Xüsusiyyətləri
Tipi Sa
Radial sürəti 1.095 km/san
Qırmızıya sürüşmə 0,003416 ± 0, 0,003413
Məsafə 29.300.000 ± 1.600.000 işıq ili, 11,27 Mpk
Səth parlaqlığı 11.6
Verilənlər bazalarında məlumat
SIMBAD M 104
Vikidatada məlumat ?
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sombrero Galaxy in infrared light (Hubble Space Telescope and Spitzer Space Telescope)

Qalaktikanın diamerti təxminən 15 Kpc-dir. (50 min işıq ili), bu, Süd yolunun 30%-i təşkil edir. Bu qalaktika çox parlaq bir nüvəyə, qeyri-adi böyük bir mərkəzi çıxıntıya və maili diskində nəzərə çarpan toz zolağına malikdir. Qaranlıq toz zolağı və mərkəzdəki çıxıntı bu qalaktikaya sombrero görünüşünü verir. Astronomlar ilk növbədə haloun kiçik və yüngül olduğunu düşünürdülər ki, buda spiral galaktikanın göstəricisidir, lakin Spitzer kosmik teleskopu Sombrero qalaktikası ətrafındakı halonun düşünüləndən ölçü və kütləcə daha böyük olduğunu aşkara çıxartdı ki, bu da bu qalaktikanın nəhəng eliptik qalaktika olmasının göstəricisidir. Qalaktikanın görünən ulduz ölçüsü +8.0-dir, yəni, həvəskar teleskoplarla asanlıqla görünən bir böyüklükə malikdir və bəzi müəlliflər bu qalaktikanı Samanyolu 10 megaparsek radiusundakı ən parlaq qalaktika hesab edirlər. Onun böyük çıxıntısı, mərkəzindəki supermassiv qara dəliyi və toz zolaqları peşəkar astronomların diqqətini cəlb edir.

Mündəricat

Müşahidə tarixi.

Kəşfi

Sombrero Qalaktika 11 May 1781-ci ildə Pierre Makkeyin tərəfindan kəşf edilmişdir, daha sonra O, bu obyekti 1783-cu ilin mayında J. Bernoulli'ye yazdığı məktubda təsvir etmişdir, daha sonra "Berliner Astronomisches Jahrbuch"-da dərc olunmuşdur. Çarlz Messier, Messier Kataloqu olaraq tanınan obyektlərin şəxsi siyahısına bu və digər beş obyektin (indi kollektiv olaraq M104-M109 olaraq məlumdur) haqqında məlumatları öz əlyazısında qeyd etmişdir, lakin 1921-ci ilə qədər bu obyektlər kataloqa "rəsmən" daxil edilməmişdir. Vilyam Herşel 1784-cü ildə bu obyekti müstəqil olaraq aşkar etmiş və qalaktikanın diskində "qaranlıq qat" olduğunu qeyd etmişdir, hansı ki hal-hazırda bu toz zolağı adlandırılır. Daha sonra astronomlar Makkeyn və Herşelin müşahidələrini birləşdirdilər.

Messier obyekti kimi təyin olunması

1921-ci ildə Camille Flammarion Messier'in Sombrero qalaktikasın da daxil olduğu Messier obyektlərinin şəxsi siyahısının əl yazmasını tapdı. Bu, Yeni Ümumi Kataloqda 4594 obyekti ilə təsbit edilmiş və Flammarion bu obyektlərin də Messier Kataloquna daxil edilməli olduğunu bəyan etdi. Bu vaxtdan etibarən Sombrero qalaktikası M104 olaraq tanınır.

Toz halqası

The famous Sombrero galaxy (M104) is a bright nearby elliptical galaxy. The prominent dust lane and halo of stars and globular clusters give this galaxy its name. Something very energetic is going on in the Sombrero's center, as much X-ray light has been detected from it. This X-ray emission coupled with unusually high central stellar velocities cause many astronomers to speculate that a black hole lies at the Sombrero's center - a black hole a billion times the mass of our Sun.

Yuxarıda qeyd edildiyi kimi, bu qalaktikanın ən təəccüblü xüsusiyyəti qalaktikanın çıxıntısının qarşısında keçən toz zolağıdır. Bu toz zolağı, həqiqətən də, qalaktikanın çıxıntısını əhatə edən simmetrik bir halqadır. Soyuq atomar hidrogen qazının və tozun əksəriyyəti bu halqa içərisindədir. Halqa həmçinin Sombrero qalaktikasının soyuq molekulyar qazının əksəriyyətini özünhdə saxlayır, baxmayaraq ki, bu fikir, aşağı nüfuzetmə və zəif aşkarlıqlı müşahidələrə əsaslanan bir nəticədir Sombrero qalaktikası molekulyar qazının halqaya məhdud olduğunu təsdiqləmək üçün əlavə müşahidələr tələb olunur. İnfraqırmızı spektroskopiya əsasında, toz halqası bu qalaktikada ulduzun formalaşması üçün əsas yer olduğunu demek olar.

Nüvə

Sombrero qalaktikasının nüvəsi aşağı ionlaşmış nüvə emissiyası bölgəsi olaraq təsnif edilir. Bunlar ionlaşmış qazın mövcud olduğu nüvə bölgələridir, amma ionlar yalnız zəif ionlaşmışdır (yəni atomlar nisbətən az elektron itirir). Aşağı ionlaşmış nüvə emissiyası bölgəsilərdə qazın ionlaşdıran enerjinin mənbəyi geniş müzakirə edilmişdir. Bəzi aşağı ionlaşmış nüvə emissiyası bölgələrinin nüvələri ulduzun formalaşma bölgələrində aşkar olan isti, gənc ulduzlardan ibarət ikən, digər aşağı ionlaşmış nüvə emissiyası bölgələrinin nüvələri aktiv qalaktika nüvələrindən (supermassive qara dəliklərə malik yüksək enerjili bölgələrdən) ibarət ola bilər. İnfraqırmızı spektroskopiya müşahidələri Sombrero qalaktikasının nüvəsidə hər hansı əhəmiyyətli ulduz formalaşması fəaliyyətindən olmadığını göstərmişdir. Bununla belə, nüvədə (aşağıdakı bölmədə müzakirə edildiyi kimi) bir supermassiv qara dəlik aşkar edilmişdir, belə ki, bu fəal qalaktik nüvə ehtimal ki, Sombrero qalaktikasının aşağı ionlaşmış nüvə emissiyası bölgəsində qazı ionlaşdıran enerjinin mənbəyidir.

Mərkəzi supermassiv qara dəlik

1990-cı illərdə Con Kormendinin rəhbərlik etdiyi bir araşdırma qrupu, Sombrero qalaktikası içərisində supermassiv bir qara dəlik olduğunu subut etdi. Bu qrup həm KFHT, həm də Habbl Kosmik Teleskopu spektroskopik datalarından istifadə edərək, göstərdi ki, qalaktika Günəş kütləsinin 1 milyard qatı və ya 109 M☉ kütləyə malik olmadığı təqdirdə qalaktikanın mərkəzində ulduzların inqilab sürətinin saxlanılmadığını yəni mərkəzdə supermassiv qara dəliyin olduğunu göstərdi. Bu qonşu qalaktikalarda ölçülmüş ən böyük qara dəliklərindən biridir.

Sinxrotron emissiya

Radio və rentgen oblastlarında, nüvə güclü sinxrotron emissiya mənbəyidir Sinxrotron emissiyası yüksək sürətli elektronların güclü maqnit sahələri olan bölgələrdən keçərkən rəqs etməsi zamanı yaranır. Bu emissiya fəal nüvəli qalaktikalar üçün olduqca xarakterikdir. Radio sinxrotron emissiyasının bəzi fəal nüvəli qalaktikalar üçün zamanla dəyişməsinə baxmayaraq, Sombrero qalaktikasından gələn radio emissiyasının parlaqlığı yalnız 10-20% aralığında dəyişir.

Aşkarlanmamış submillimetrlik emissiya

2006-cı ildə iki qrup 850 mikrometr dalğa uzunluğunda Sombrero qalaktikasının nüvəsindən submillimetrlik radiasiya ölçmələrini nəşr etdi. Bu submillimetrlik emissiyanın tozdan gələn termal emissiyadan (infraqırmızı və submilimetrlik oblastlarda müşahidə olunan), sinxrotron emissiyadan (adətən radio oblastda görülən), isti qazdan gələn bremstrahluq emissiyasından (milimetrlik oblastda nadirən müşahidə olunan) və ya molekulyar qazdan (əsasən submilimetrlik spektral xətləri yaradır) yaranmadığı sübut edilmişdir. Submillimetrlik emissiyanın mənbəyi hələ də aşkar edilməmişdir.

Kürəvi ulduz topaları

Sombrero qalaktikası nisbətən çox sayda kürəvi ulduz topasına malikdir. Sombrero qalaktikasında kürəvi ulduz topalarının müşahidəsi nəticəsində saylarının 1200-2000 aralığında olduğu aşkarlanmışdır. Kürəvi ulduz topalarının sayının qalaktikanın ümumi parlaqlığına nisbəti Süd yolu və kiçik çıxıntısı olan oxşar qalaktikalar ilə müqayisədə yüksəkdir, lakin nisbəti böyük çıxıntılı digər qalaktikalarla müqayisə edilə bilər. Bu nəticələr, qalaktikalardakı kürəvi ulduz topalarının sayının qalaktikaların çIxıntısının ölçüsü ilə əlaqəli olduğunu düşünməyə əsas verir. Kürəvi ulduz topalarının səth sıxlığı, adətən, qalaktikanın mərkəzindən kənarda olmaqla, çıxıntının işıq profilini izləyir.

Uzaqlıq və parlaqlıq

Sombrero Qalaktika məsafəsini ölçmək üçün ən azı iki metoddan istifadə edilmişdir.

Birinci üsul, Sombrero qalaktikasındakı planet dumanlıqlarının parlaqlığının ölçülərək Süd yolundakı planetar dumanlıqların məlum parlaqlığı ilə müqayisəsinə əsaslanır. Bu metod vasitəsilə Sombrero qalaktikası üçün 29 ± 2 Mi.i. (8,890 ± 610 Kpc) məsafə tapılmışdır.

Digər üsul səth parlaqlığının dəyişməsi üsuludur. Bu üsul, qalaktikanın çıxıntısının qranulyar görünüşündən istifadə edərək məsafənin qiymətləndirilməsinə əsaslanır. Yaxınlıqdakı qalaktikaların çıxıntıları çox qranullu, daha uzaqdakıların çıxıntıları isə hamar görünür. Bu metodu istifadə edən erkən ölçmələrdə məsafə üçün 30,6 ± 1,3 M i.i. (9,380 ± 400 kps) qiymətləri alınmışdır. Daha sonra, metodun bəzi xətaları aradan qaldırıldıqdan sonra məsafə üçün 32 ± 3 M i.i. (9,810 ± 920 Kpc) qiyməti tapıldı. Bu qiymət təxmini idi, 2003-cü ildə 29.6 ± 2.5 M i.i. (9.080 ± 770 Kpc) qiyməti alındı.

Bu iki üsulla ölçülmüş orta məsafə 29.3 ± 1.6 M i.i. (8.980 ± 490 Kpc) dir. [average(29.6 ± 2.5, 29 ± 2) = ((29.6 + 29) / 2) ± ((2.52 + 22)0.5 / 2) = 29.3 ± 1.6]

Sombrero qalaktikasının 30.6 M i.i (9,400 Kpc) məsafədə olmasına əsaslanaraq mütləq ulduz ölçüsü (mavi rəngdə) -21,9 olub (yuxarıdakı orta məsafədə isə -21.8 olur) Samanyolu ətrafında 32.6 M i.i.(10,000 Kpc).radiusda ən parlaq qalaktikadır.

2016-cı ildən Habbl Kosmik Teleskopunun ölçmələrindən istifadə edilərək M104 məsafəsini qırmızı nəhəng sinfi metoduna əsaslanaraq 9.55 ± 0.13 ± 0.31 Mpc tapmışlar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sombrero qalaktikası haqqında məlumat. Sombrero qalaktikası nədir? Sombrero qalaktikası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xunə şəhəri

  • Fevral 27, 2026

    Azərtac

  • Fevral 27, 2026

    Nikolay Şengelaya

  • Fevral 27, 2026

    Quam

  • Fevral 27, 2026

    Veksilloloji nişan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst