Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tallium ('Tl) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 81-ci element. Bitki orqanizmlərində tallium aşkar olunmuşdur. O, tütündə, kaşnı kökündə, ispana

Tallium

  • Ana Səhifə
  • Vikipediya
  • Tallium
81 civə ← tallium → qurğuşun
In
↑
Tl
↓
Uut
dövri cədvəl
Ümumi
Ad, İşarə, Nömrə tallium, Tl, 81
Qrup, Dövr, Blok 13, 6, p
Xarici görünüşü
Atom kütləsi204.3833 q/mol
Elektron formulu4f14 5d10 6s2 6p1
Fiziki xassələr
Halı
Sıxlığı
(0 °C, 101,325 kPa)
q/L
Ərimə temperaturu304 °C
(577 K, 579 °F)
Qaynama temperaturu1473 °C
(1746 K, 2683 °F)
Elektromənfiliyi1,62
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisikCmol-1

Tallium ('Tl) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 81-ci element. Bitki orqanizmlərində tallium aşkar olunmuşdur. O, tütündə, kaşnı kökündə, ispanaqda, fıstıq oduncağında, üzümdə, çuğundurda və digər bitkilərdə aşkar edilmişdir. Bəzi bitkilər həyat fəaliyyətlərində talliumu akkumuliyasiya edirlər.

Heyvanlardan meduzalar, aktinilər, dəniz ulduzları və dənizlərin digər canlılarında daha çox olur. Məməlilərdə tallium mədə-bağırsaq traktından yaxşı sorulur, başlıca olaraq dalaqda və əzələlərdə toplanır. Tallium insan orqanizminə qida vasitəsilə daxil olur. İnsan orqanizminə sutka ərzində qida və su ilə talliumun daxil olan miqdarı 1,6 mkq, hava ilə 0,05 mkq-dır. Tallium qanda, sümüklərdə, saçlarda, dırnaqlarda, dişlərin minalarında, aşkar edilmişdir. O, böyrəklərdə, əzələlərdə, endokrin sistemi vəzlərində və xayalarda toplana bilir. Tallium ionları kalium ionları ilə oxşar xassələrə malikdirlər və fermentlərdə biri-birini əvəz edə bilirlər.

Tl+ ionunun hüceyrə membranından hüceyrə daxilinə keçmə sürəti K+ ionunun keçmə sürətindən 100 dəfə çoxdur. Bu, Na+/K+ tarazlığının kəskin dəyişməsinə səbəb olur ki, bu da əsəb sisteminin funksional pozulmasına gətirib çıxarır. Tallium müxtəlif fermentlərin işini poza bilir, hüceyrələrdə zülal sintezinə mane olur. Tallium K+ ionunun mikroanaloqu olduğundan onun birləşmələrinin insan orqanizmi üçün zəhərliliyi civə və qurğuşuna nəzərən daha yüksəkdir. Tallium və onun birləşmələri zəhərlidir, məməlilər və insan üçün yüksək zəhərliliyə malikdir. Insan üçün talliumun öldürücü dozası 60 mq-dır.

Tallium orqanizmə nəfəsalma orqanları, zədələnmiş dəri və qida həzmi traktı vasitəsilə daxil olur. Orqanizmdən uzun müddət ərzind, əsasən sidik və nəcis vasitəsilə xaric olunur.

Tallium bitki və heyvan mənşəli məhsullarla orqanizmə daxil olur.

Talliumun ən geniş tanınan və insan tərəfindən ən geniş istifadə olunan birləşmələr:

Tl2S – tallium (I) sulfid

TlCl3 – tallium (III) xlorid

TlBr – tallium (I) bromid

Talliumu 1861-ci ildə U.Kruks kəşf etmişdir. Tallium adı yunan sözü “thallos”-dan götürülüb, “yaşıl budaq” deməkdir.

Qida məhsulları ilə talliumun orqanizmə daxil olan sutkalıq miqdarı 0,0015 mq-dır.

Talliumun 199Tl, 201 il izotopları tibdə ürək-damar fəaliyyətinin pozulmasını tədqiq edərkən, venoqrafiyada və s. istifadə olunur.

Talliumun hallogenidləri infraqırmızı şüaları yaxşı buraxır.

Talliumun sulfidləri fotoelementlərdə istifadə olunur.

Tallium və onun birləşmələri yüksək şüasındırma əmsalına malik xüsusi optiki şüşə, yarımkeçiricilər, kristallofosforlar istehsalında, yüksək həssaslıqlı fotoelementlərdə, lüminesent lampalarda, podşipniklərdə və turşuya davamlı ərintilərdə istifadə olunur.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tallium haqqında məlumat. Tallium nədir? Tallium nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kürilər ailəsi

  • Fevral 27, 2026

    Şamkənd

  • Fevral 27, 2026

    Diana Arbüs

  • Fevral 26, 2026

    Monqol dilləri

  • Fevral 27, 2026

    Quş qripi

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst