Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycanda ən geniş yayılanı fıstıq meşələri olub respublikanın ümumi meşə fondunun 32 faizə qədərdir. Kiçik Qafqazın cənub yamacı rayonlarında (Laçın, Qubadl

Fıstıq

  • Ana Səhifə
  • Vikipediya
  • Fıstıq

Fıstıq (lat. Fagus) – fıstıqkimilər fəsiləsinə aid bitki cinsi.

Fıstıq
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Fıstıqçiçəklilər
Fəsilə:
Fıstıqkimilər
Yarımfəsilə:
Fagoideae
Cins:
Fıstıq
Beynəlxalq elmi adı
  • Fagus L., 1753
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  19461
NCBI  21024
EOL  107351
FW  

Mündəricat

Fıstıq meşələri

Azərbaycanda ən geniş yayılanı fıstıq meşələri olub respublikanın ümumi meşə fondunun 32 faizə qədərdir. Kiçik Qafqazın cənub yamacı rayonlarında (Laçın, Qubadlı, Zəngilan) və Naxçıvan MR-dən başqa fıstıq respublikanın bütün dağ rayonlarında bitir. Kiçik Qafqazın cənub rayonlarında fıstığın yayılmasına quru kontinental iqlim şəraiti maneçilik törədir. Kiçik Qafqaz dağlarında fıstığın şərq sərhədi Dağlıq Qarabağda Hadrud və Xocavənd rayonları arasında Kirs dağının şimal hissəsində müşahidə olundu.

Böyük Qafqazın şimal-şərq makroyamacında fıstığın şərq sərhədi Ataçay və Tığçay hövzəsindədir.

Böyük Qafqazın cənub yamacında meşə bitkisinin, o cümlədən fıstığın şərq sərhədi şimal makroyamaca nisbətən qərbdən keçir. Fıstığın şərq sərhədinin belə qısalması fikrimizcə cənub makroyamacında iqlimin xeyli quraq olmasıdır, burada insanın təsərrüfat fəaliyyəti də mühüm rol oynamışdır.

Respublikamızın dağlarında müxtəlifotlu, topallı, ölü örtüklü, çətiryarpaqlı, qaraçöhrəli, subalp, dəfnəgilaslı fıstıq meşə tipləri yayılmışdır. Lakin insan fəaliyyətinin mənfi təsiri nəticəsində fıstıq ağaclıqları ilkin quruluşunu və ilkin populyasiyalarını itirmişdir. Bununla əlaqədar təbii meşə mühiti dəyişmiş və müxtəlif törəmə meşə tipləri əmələ gəlmişdir. Talış dağlarının orta və yuxarı dağ-meşə qurşaqları demək olar ki, meşə örtüyündən tamamilə azad edilmişdir. Nisbətən yaxşı vəziyyətdə meşələr əsasən dəniz səthindən 700–800m hündürlüyə qədər olan ərazidə saxlanmışdır. Nisbətən geniş sahələrdə fıstıq meşələrinə Lerik və Astara rayonlarında dəniz səthindən 1000–1200 m-ə qədər olan ərazidə rast gəlmək olar. Çox nadir hallarda dəniz səthindən 1600m yüksəklikdə kiçik sahələrdə seyrəlmiş fıstıq meşələrinin qalığına təsadüf edilir.

İnsanın təsərrüfat fəaliyyətinin xarakterindən, müddətindən və intensivliyindən asılı olaraq fıstıq meşələrinin deqradasiyası müxtəlif istiqamətdə olmuşdur. Nisbətən az meyilliyə malik olan yamaclarda fıstıq meşələrində ağacların özbaşına qanunsuz kəsilməsi nəticəsində aşağı doluluqlu ağaclıq və ya seyrəklik əmələ gəlir. Belə sahələrə əsasən yaşayış məntəqələrinin yaxınlığında rast gəlinir, onlar az məhsuldarlığa malik olur, ağacların təpə hissəsi və qol-budağı kəsilmiş halda olur.

Fıstıq qurşağında təsərrüfatın səmərəsiz aparılması ilə əlaqədar olaraq yüksək məhsuldar ilkin fıstıq meşələri aşağı doluluqlu və az məhsuldar törəmə tipli vələs ağaclıqları ilə əvəz olunmuşdur.

Böyük Qafqazın cənub yamacında fıstığın kolluqlarla dəyişilməsi insan fəaliyyətinin təsirilə yaşayış məntəqələrinin yaxınlığında baş verir, meşəsizləşdirilmiş sahələrdə çox vaxt böyürtkan, fındıq və ayıdöşəyi cəngəlliyi əmələ gəlir.

Kiçik Qafqazın orta dağ meşə qurşağında meşəsizləşdirilmiş sahələrə böyük massivlər şəklində rast gəlinir. Hazırda bu massivlər mütəlif kollarla (yemişan, dovşanalması, əzgil, topulqa. itburnu, alça və s. örtülüdür. Lakin bu kollar çox nadir halda xüsusi qruplaşmalar yaradır, onlar əsasən sıx çəmən, bozqırlaşmış çəmən və bozqır bitkiləri fonunda tək-tək və qrup halında yayılmışdır, tərkibində meşəyaradan ağac cinslərinin cavan pöhrələrinə də rast gəlinir.

Meşə fıstığının yarpağı və meyvəsi

Təbabətdə

Fıstıq paxlalarının tərkibində 35%-dən çox zülal, 50% yağ və insana lazım olan vitamin və mikro elementlərin bir çoxu vardır. 100 qr məhsulun enerji dəyəri – 548 kkal.

Bitki yağları, fol turşusu, amin turşuları, A, D, E, K, B1, B2, PP, C vitaminləri ilə və natrium, kalsium, kalium, maqnezium, fosfor, sink və dəmirlə zəngindir.

Sinir toxumaları, ürək, qaraciyər və başqa orqanların fəaliyyətini yaxşılaşdırır. Hüceyrələrin böyüməsi və yenilənməsinə, qandakı xolesterinin miqdarının azalmasına kömək edir, qırışları hamarlaşdırır.

Öd qovucu vasitə kimi istifadə olunur. Yuxusuzluq, yorğunluq zamanı faydalıdır. Yaddaşı, diqqəti və eşitməni gücləndirir. Hər gün 30 qr fıstıq yemək, ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır.

Tərkibindəki B1 vitamini qan yaradıcı xüsusiyyətə malikdir, qandakı xolestrolu salır, qavrama qabiliyyətini yaxşılaşdırır, mədə, bağırsaq, ürək üçün xeyirli qidadır. Yaşlanmağın qarşısını alan fıstıq siqaretin və spirtli içkinin təsirini azaldır. Yer fıstığının tərkibindəki B3 vitamini qan dövranını yaxşılaşdırır, zehni gücləndirir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fıstıq haqqında məlumat. Fıstıq nədir? Fıstıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dövlətçilik

  • Fevral 27, 2026

    Trapani

  • Fevral 27, 2026

    Quriya

  • Fevral 27, 2026

    Madura adası

  • Fevral 27, 2026

    Uyğurca

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst