Aracı dağı — Şahbuz rayonu ərazisində dağ (hünd. 3071,6 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Naxçıvançayın Şahbuzçay və Əlincəçayın Ərəfsəçay qollarının mənbə hissəsində, Keçili kəndidən 6,5 km şərqdədir. Alt Pliosen yaşlı dolerit və andezit-dasit tərkibli uzunsov ştok formalı subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Şimal-şərq və şimal-qərb istiqamətli qırılmaların kəsişmə düyününə aid edilir.
| Aracı dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 3071,6 m |
| Yerləşməsi | |
| 39°22′04″ şm. e. 45°47′40″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | |
![]() Aracı dağı | |
Həmçinin bax
- Gədikdağ
- Gəlinqaya (Şahbuz)
- Keçəldağ (Şahbuz)
- Maparax
- Qapıcıq dağı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aracı dağı haqqında məlumat. Aracı dağı nədir? Aracı dağı nə deməkdir?
