Toğluqaya dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2905,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) qərb istiqamətdə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Nursuçayın mənbə hissəsində, Nursu kəndindən 7 km şərq-cənub-şərqdədir. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş, yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
| Toğluqaya dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 2905,8 m |
| Yerləşməsi | |
| Ölkə | |
| Rayon | |
Həmçinin bax:
- Naxçıvan
- Abdal (dağ)
- Acıçeşmə dağı
- Ağqaya
- Cindağ (Şahbuz)
İstinad:
- Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Toğluqaya haqqında məlumat. Toğluqaya nədir? Toğluqaya nə deməkdir?