Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Andezit — porfir, bəzən afir, qabarcıqlı və ya flyuidal teksturlu, əsas kütləsi hialopilit, mikrolit, pilotaksit və ya vitrofir quruluşlu vulkanik süxur. Başlıc

Andezit

  • Ana Səhifə
  • Vikipediya
  • Andezit

Andezit — porfir, bəzən afir, qabarcıqlı və ya flyuidal teksturlu, əsas kütləsi hialopilit, mikrolit, pilotaksit və ya vitrofir quruluşlu vulkanik süxur. Başlıca mineralları: plagioklaz (püruzlərdə əsasi andezindən bitovnitə, əsas kütlədə isə labradora kimi dəyişir), bir və ya bir neçə rəngli mineral (biotit, bazaltik hornblend), rombik (bronzit, hipersten, enstatit) və monoklinik (diopsid, avgit, pijonit) piroksenlər. Andezit əsasi tərkibli növlərində bəzən olivin, turş növlərində isə kvars qeyd edilir. Andezit adətən vulkan şüşəsi, filiz (maqnetit) və aksessor (apatit, sfen) minerallar olur. Andezitlər ailəsinə mənsubdur. Kimyəvi tərkibinə görə normal sıralı kvarslı dioritlərin effuziv analoqu sayılır. Alüminiumluq əmsalı: al’=0,75–3,5. SiO2-nin miqdarı 57–64%. Postvulkanik dəyişilmələri: propilitləşmə və törəmə kvarsitləşmə. Sinonim: Labrodorofir, Oliqoklazlı porfir, Pyui-andezit və b.

Andezit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Andezit formasiyası

Andezit formasiyası andezibazaltların və andezitlərin üstünlüyü və ya geniş inkişafı ilə səciyyələnən vulkanogen süxurların təbii assossiasiyasıdır. Ekstruziv süxurlar, piroklastolit və pemza şəklində olan datsit və liporitlər az yayılmışdır. Andezit formasiyasi çoxlu diorit və diorit-porfirit subvulkanik intruzivlərinin olması səciyyələnir. Andezit formasiyası geosinklinal inkişafın orta mərhələsinə və orogen mərhələlərinə uyğun gəlir.

Andezit xətti

Andezit xətti Marşalla görə (1910, 1912), Sakit okean həlqəsinin andezit vulkanları ilə okeandaxili adaların bazalt vulkanları arasındakı sərhəd. Andezit xətti qərbdə qırışıq dağlardan və qitə tipli intruzivlərdən ibarət adalar qövsü strukturları, şərqdə isə qırışıqlıq hərəkətləri baş verməmiş enli xətti qurşaqlar şəklində pərakəndə adalar yerləşir. Bir çox tədqiqatçılar andezit xətti qitə ilə okean arasında sərhəd hesab edirlər.

Andezit maqması

Andezit maqması qırışıqlıq zonaları ilə əlaqədar əmələ gələn orta tərkibli maqma. Belə maqma nisbətən qatı və həll olmuş qazlarla zənginləşir. Qrin və Rinqvuda (1968) görə, təzyiq 3 QPa, temperatur isə 1300–1350° C-yə çatdıqda müxtəlif süxurlardan andezit tərkibli maqmanın əriyib ayrılması baş verir. 

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Andezit haqqında məlumat. Andezit nədir? Andezit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yıva boyu

  • Fevral 27, 2026

    Stenoqrafiya

  • Fevral 27, 2026

    Bürclər

  • Fevral 27, 2026

    Vitis coignetiae

  • Fevral 27, 2026

    Myrtoideae

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst