Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zemfira Yusif qızı Səfərova (10 iyun 1937, Kislovodsk, Stavropol diyarı) — Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Əməkdar elm xadimi, sənətşünaslıq elm

Zemfira Səfərova

  • Ana Səhifə
  • Vikipediya
  • Zemfira Səfərova

Zemfira Yusif qızı Səfərova (10 iyun 1937, Kislovodsk, Stavropol diyarı) — Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Əməkdar elm xadimi, sənətşünaslıq elmləri doktoru (1996), professor (1998), AMEA-nın həqiqi üzvü (2017).

Zemfira Səfərova
Doğum tarixi 10 iyun 1937(1937-06-10) (88 yaş)
Doğum yeri
  • Kislovodsk, Stavropol diyarı, RSFSR, SSRİ
Həyat yoldaşı
  • Anar
Uşağı
  • Günel Anarqızı
Atası Yusif Səfərov
Təhsili
  • Bakı Musiqi Akademiyası
Fəaliyyəti musiqişünas, universitet müəllimi[d]
Elmi dərəcəsi
  • sənətşünaslıq üzrə elmlər doktoru
Elmi adı
  • professor
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1989"Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 20062006
"Şöhrət" ordeni — 20222022

Mündəricat

Həyatı

Zemfira Yusif qızı Səfərova 1937-ci il iyun ayının 10–da Kislovodskda ziyalı ailəsində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının Nəzəriyyə fakültəsini bitirmişdir.

Zemfira Səfərova AMEA –da kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinədək yüksəlmiş və 1980-ci ildən bu günədək "Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi" şöbəsinə rəhbərlik edir.

Musiqişünas 20 – dən çox kitab, 150 – dən artıq elmi əsərin müəllifidir. O, qədim və orta əsr Azərbaycan musiqi tarixini tədqiq etmiş, "Azərbaycan musiqi elmi (XII – XX əsrlər)" adlı fundamental monoqrafiyasını yazmışdır.

Zemfira Səfərova hazırda Bəstəkarlar İttifaqının "Musiqişünaslıq və tənqid" bölməsinin rəhbəri, "Musiqi dünyası" jurnallarının redaksiya heyətinin, elmi şuranın üzvüdür.

Musiqişünas 1989-cu ildə Əməkdar incəsənət xadimi, 1996-cı ildə sənətşünaslıq doktoru, 1998-ci ildə isə professor adı almışdır.

Mükafatları

  • Əməkdar incəsənət xadimi(1989)
  • Əməkdar elm xadimi(2006)
  • "Humay" mükafatı laureatı
  • AMEA-nın fəxri fərmanı
  • Şöhrət ordeni(2022)

Əsərləri

Kitabları

  • "Azərbaycanın musiqi elmi" (XIII–XX əsrlər). Bakı: "Elm", 1998.
  • "Музыкально-эстетические взгляды Узеира Гаджибекова". Moskva, 1973.
  • "Üzeyir Hacıbəyov yaradıcılığında nəzəri və estetik problemlər".
  • "Kapa Kapaeв. Научно публисистическое наследие". Bakı: "Elm", 1988.
  • M. M. Nəvvabın "Vüzuhul-ərqam" risaləsi. Bakı: "Elm", 1989.
  • Səfiyəddin Urməvi.
  • Əbdül Qadir Marağayi.
  • Qədim musiqi terminləri lüğəti.
  • Ölməzlik.
  • Şərq musiqisinin peyğəmbəri.
  • Azərbaycan musiqi tarixi: I cild. Bakı: "Şərq-Qərb", 2012.

Məqalələri

  • Tehranda Səfiəddin Urməviyə həsr edilmiş beynəlxalq konress. "Musiqi dünyası" jurnalı.
  • Fətullah Şirvani və onun "Musiqi məcəlləsi" risaləsi 2013-11-03 at the Wayback Machine. "Qobustan" jurnalı.
  • XV əsr Şirvan aliminin "Musiqi məcəlləsi". "Musiqi dünyası" jurnalı.
  • "Musiqi məcəlləsi" (XV əsr) və "Vüzuhul Ərqam" (XIX əsr) risaləsində muğamın və musiqi alətlərinin rolu (dini baxışlar kontekstində). "Musiqi dünyası" jurnalı.
  • Şərq musiqisinin peyğəmbəri. C. Qaryağdıoğlunun anadan olmasının 150 illiyi münasibətilə. 525-ci qəzet.- 2011.- 31 mart.- S.7.
  • Некоторые проблемы сохранения, издания и исследования азербайджанского музыкального наследия в эпоху глобализации. Международный музыкальный культурологический журнал HARMONY.
  • Музыкальные сочинения и стихи Абдулгадира Марагаи. Международный музыкальный культурологический журнал HARMONY.

Xatirəsi

2017-ci ildə Azərbaycan televiziyasında istehsal edilmiş Akademik Zemfira Səfərova adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.

Həmçinin bax

  • Fətullah Şirvani
  • Əbdülqadir Marağayi
  • Elmira Səfərova

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zemfira Səfərova haqqında məlumat. Zemfira Səfərova nədir? Zemfira Səfərova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Monoqamiya

  • Fevral 27, 2026

    Botlix

  • Fevral 27, 2026

    Ellips

  • Fevral 27, 2026

    Qobustan (film)

  • Fevral 27, 2026

    Artuş

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst