Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Botlix (avar. Болъихъ) — Dağıstan Respublikasının cənub-şərqində yerləşən kənd. Botlix rayonunun inzibati mərkəzi və ən iri yaşayış məntəqəsi.

Botlix

  • Ana Səhifə
  • Vikipediya
  • Botlix

Botlix (avar. Болъихъ) — Dağıstan Respublikasının cənub-şərqində yerləşən kənd. Botlix rayonunun inzibati mərkəzi və ən iri yaşayış məntəqəsi.

Botlix
Болъихъ
42°39′54″ şm. e. 46°13′12″ ş. u.HGYO
Ölkə
  •  Rusiya
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 955 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 11.944 nəf. (2021)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 368970–368971
Digər
botlih.ru
Xəritəni göstər/gizlə
Botlix xəritədə
Botlix
Botlix
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Botlix kənd sovetliyinin inzibati mərkəzidir.

Mündəricat

Coğrafi yerləşmə

Kənd Botlix rayonun cənub hissəsində, Ansalta və Qadaro çayları arasında, Mahaçqaladan 160 km cənub-qərbdə, Andi Koysu dərəsində yerləşir. Xarami aşırımından keçən yol (2177 m) Çeçenistana (Vedeno) aparır.

Ən yaxın yaşayış məntəqələri: Aşino, Raxata və Tando cənub-qərbdə, Tasuta şimal-şərqdə, Muni şərqdə, Kvanxidatli və Aşağı İnxelo cənub-şərqdə, Alak cənubda və Miarso cənub-qərbdə.

Etimologiyası

Kəndin adının mənşəyi ilə bağlı bir neçə versiya mövcuddur.

Onlardan ən çox yayılana görə Botlix toponimi avarlara aiddir (avar. Бо Лъалхъ), bo — «qoşun» və лъалхъ — «durmaq» sözlərinin birləşməsindən meydana gəlmişdir. Tərcümədə «qoşunun durduğu yer» mənasını verir. Bu ad əvvələr Şərqi Gürcüstana basqın edən qoşunların durduğu yer olması ilə izah edilir.

Başqa bir versiyaya görə kəndin adı «байлъи» sözündən əmələ gəlmiş, «kənarında» mənasını verir. Bəlkə də bu ad əvvəlcə kəndin yarğan kənarında, istehkam üçün ən uyğun yerdə olması ilə əlaqədardır. Şaqun dağının qarşı tərəfində, Qadaro çayının sahilində yaşayış üçün hasar rolunu oynayan müdafiə divarları hələ də qorunub saxlanılmışdır. Cənubdan və şərqdən kəndin təhlükəsizliyini təhdid edənlər üçün bu istehkamlar çətin bir maneə rolu oynayırdı.

Tarixi

1859-u ildə general-fredmarşal Aleksandr Baryatinski bu ərazidə sahil qalasını inşa edir. Bu qala Andi Koysu çayının vadisi boyunca gedən yeganə yolu nəzarətə götürməyə imkan verir. Daha sonra ağır iqlim şəraiti və malyariya epidemiyasının başlaması səbəbindən qala vadinin aşağısına, yeni tikilmiş dəmir körpüsü yaxınlığına köçürülür. Hal hazırda bu qalanın yalnız üç qülləsindən ikisi mövcudluğunu qoruyur.

1999-cu ildə silahlıların Botlix rayonuna bu istiqamətdən hücumu ilə İkinci çeçen müharibəsi başlayır.

12 sentyabr 2019-cu ildə Rusiya Prezidenti Vladimir Putin də açıldığı Botlix kəndinə gələrək burada, İkinci Dünya müharibəsi, Əfqanıstanda müharibəsi və 1999-cu ildə Rusiya ordusu ilə birlikdə Dağıstan əməliyyatında döyüşən və həlak olanların şərəfinə abidənin açılışında iştirak edir.

Əhali

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə şəhərin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir:

Millət Say,
nəf.
Ümumi əhaliyə olan
nisbət, %
avarlar 10 904 89,7 %
ruslar 570 4,7 %
digərləri 4685 5,6 %

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Botlix haqqında məlumat. Botlix nədir? Botlix nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Polşa şəhərləri

  • Fevral 27, 2026

    Əmir Həmzə

  • Fevral 27, 2026

    Sumqayıt bələdiyyəsi

  • Fevral 27, 2026

    1UP.com

  • Fevral 23, 2026

    Botsvana

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst