Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zəngəzur dəhlizi (təklif olunan adı ilə: TRIPP) — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyya

Zəngəzur dəhlizi

  • Ana Səhifə
  • Vikipediya
  • Zəngəzur dəhlizi

Zəngəzur dəhlizi (təklif olunan adı ilə: TRIPP) — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizi.

Ermənistanın cənubundan keçməli olan dəhlizin yeri qırmızı xətlə göstərilmişdir

Mündəricat

Tarix

1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Azərbaycan SSR hökuməti 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb edir.

10 avqust 1920-ci ildə RSFSR ilə Birinci Ermənistan Respublikası arasında bir müqavilə bağlanır. Müqavilənin şərtlərinə görə, RSFSR-in Qırmızı Ordusu Ermənistanla Azərbaycan SSR arasında mübahisəli Qarabağ, Zəngəzur və Naxçıvan bölgələrini nəzarətə götürür. 1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək barədə qərar çıxarılır. Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olunur. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olunur. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olunur. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi Zəngəzur – əhalisinin bir hissəsi kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmiş olur.. Bununla da Azərbaycan ilə onun bir hissəsi olan Naxçıvan arasında quru əlaqəsi kəsilir. Üstəlik 1929-cu il fevral ayının 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 9 kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, az sonra isə Kilit kəndinin (1930-cu ilin əvvəllərində) torpaqlarının bir hissəsinin əkin sahələri ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Bununlada Azərbaycanın əraziləri arasında məsafə daha da artmışdır.

Dağlıq Qarabağ atəşkəs bəyanatı

İkinci Qarabağ müharibəsinin sonucu olaraq imzalanan Dağlıq Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.

9. maddə:

" Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir. "

Bəyantın şərtinə əsasən, Zəngəzur dəhlizi eni 5 km olan Laçın dəhlizindən fərqli olaraq, maneəsiz olmalı və sülhməramlı missiyaya bağlı zaman məhdudiyyəti yoxdur.

Tramp yolu

ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan 3 tərəfli sülh memorandumunu imzalayır (8 avqust 2025)

Tramp yolu, Tramp marşrutu və ya Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu (TRIPP) (ing. Trump Route for International Peace and Prosperity (TRIPP)) — ABŞ administrasiyasının təşəbbüsü ilə Zəngəzur dəhlizi çərçivəsində Ermənistan ərazisindən keçməli olan və Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə birləşdirən yola verilən ad.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın 2025-ci ilin iyulun 10-da Əbu-Dabidə (BƏƏ) keçirilən görüşündə Zəngəzur dəhlizinin açılması barədə razılığa gəlindi və qərara əsasən Ermənistan dəhlizin beynəlxalq şirkətin nəzarəti altında fəaliyyət göstərə biləcəyi ilə razılaşdı. ABŞ-nin təşəbbüsü ilə iki ölkə arasında danışıqlar sürətləndi. 2025-ci il avqustun 7-də "Reuters" agentliyi ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yaydı ki, tərəflər dəhlizlə bağlı razılığa gəliblər. Əlavə olaraq "Reuters" dəhlizin idarə edilməsinin uzun müddətə ABŞ-yə veriləcəyini və dəhlizin tikintisi və idarə olunmasında ABŞ-nin subpodratçı kimi çıxış edəcəyini qeyd etdi.

8 avqust 2025-ci ildə Ağ evdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 3 tərəfli sülh memorandumunu imzalandı. Həmin mərasimdə Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını və bu müqavilənin daha 99 il uzadılacağını bildirdi. Həmçinin Donald Tramp ABŞ şirkətlərinin bu bölgəni inkişaf etdirəcəyini və çoxlu pul xərcləyəcəyini bildirdi.

Siyasi reaksiyalar

  •  Rusiya: Memorandumun imzalandığı tarixdə Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində yerləşən Azərbaycan Dövlət Neft Şirkətinə məxsus yanacaq anbarına beş "Şahed" kamikadze dronu ilə zərbə endirdi. Həmçinin Rusiya Xarici İşlər Nazirliyi layihəni tənqid edərək bildirdi ki, "bu layihə Qərbin Rusiya və İranı kənarlaşdırmaq üçün davam edən səylərinin bir hissəsidir". Əlavə olaraq açıqlamada "Azərbaycan və Ermənistanın sülh prosesində regional balansı nəzərə almalı olduğu və öz xarici siyasətlərini bu balansa uyğun formalaşdırmalı" olduğu da qeyd edilib.
  •  İran: İranın Ali Rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti layihəni tənqid edərək iddia edib ki, layihənin məqsədi "İranın Qafqazla əlaqəsini kəsmək və İran və Rusiyaya quru blokadası tətbiq etməkdir". O, əlavə edib ki, "bu dəhliz ya heç vaxt açılmayacaq, ya da, Trampın muzdluları üçün qəbiristanlığa çevriləcək.
  •  Türkiyə: Türkiyə Xarici İşlər Nazirliyi razılaşmanı alqışlayaraq, bunu "regional sülh və sabitliyin təmin edilməsi baxımından son dərəcə mühüm addım" adlandırıb.

Həmçinin bax

  • Laçın dəhlizi
  • Zəngəzur ekspedisiyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zəngəzur dəhlizi haqqında məlumat. Zəngəzur dəhlizi nədir? Zəngəzur dəhlizi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Orlean

  • Fevral 27, 2026

    Ağaclar

  • Fevral 23, 2026

    Rodium

  • Fevral 27, 2026

    Almaata

  • Fevral 27, 2026

    Nüvə energetikası

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst