Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu (RKP(b)P MK-nin Qafqaz Bürosu) və ya qısaca Qafbüro — Sovet İttifaqı Kommunist Partiyasının Qafqazd

Qafqaz bürosu

  • Ana Səhifə
  • Vikipediya
  • Qafqaz bürosu

Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu (RKP(b)P MK-nin Qafqaz Bürosu) və ya qısaca Qafbüro — Sovet İttifaqı Kommunist Partiyasının Qafqazdakı regional orqanı kimi 1920-ci ilin aprelində bolşeviklər tərəfindən yaradılmış təşkilat. 1920-ci ilin iyuluna qədər Qafqaz Bürosu Pyatiqorskda, oktyabrın sonuna qədər Armavirdə, 1920-ci il noyabrın əvvəlindən 1921-ci ilin martınadək — Rostov-na-Donuda, sonra isə Tiflisdə yerləşirdi.

Qafbüro
Ümumi məlumatlar
Ölkə
  • SSRİ
Yaradılma tarixi 8 aprel 1920
Əvvəlki qurum Qafqaz Diyar Komitəsi
Ləğv edilib fevral 1922
Qafbüronun 5 iyul 1921-ci il tarixli qərarı

Qafbüro 8 aprel 1920-ci ildə Serqo Orconikidze (sədr) və Sergey Kirovun (sədr müavini) rəhbərliyi ilə yaradılmışdır. Dərhal narahatlıq doğuran məqamlardan biri o idi ki, Qafbüro heç bir müstəqil kommunist partiyasının onların nəzarətindən kənar yaradıldığını görmək istəmirdi.

Mündəricat

Tarixi

Qafqaz Bürosu RK(b)P MK plenumunun 8 aprel 1920-ci il tarixli qərarı ilə yaradılmışdır. O, RK(b)P-nin Qafqaz Diyar Komitəsini əvəz etdi, baxmayaraq ki, Qafqaz Bürosunun yaradılması heç də Qafqaz Diyar Komitəsinin ləğvi demək deyildi. Qafqaz Diyar Komitəsinin Qafqaz Bürosu ilə əvəzlənməsi sonradan baş verdi. Sənədlər göstərir ki, aprelin 8-dən sonra Qafqaz Diyar Komitəsi Qafqaz Bürosu ilə paralel olaraq Qafqaz partiya təşkilatlarına rəhbərlik etməkdə fəaliyyətini davam etdirmişdir. Qafqaz Diyar Komitəsi RK(b)P MK-nin qərarı ilə mayın 20-də fəaliyyətini dayandırdığını elan etdi. Komitənin qərarı mayın 25-də RK(b)P MK Siyasi Bürosu tərəfindən təsdiq edildi.

Yerli partiya təşkilatlarının regional idarəetmə orqanı olan Qafqaz Diyar Komitəsindən fərqli olaraq, Qafqaz Bürosu ümum-Rusiya partiya mərkəzinin regional səlahiyyətli orqanı idi. Onun fəaliyyətinə RK(b)P MK və şəxsən Lenin rəhbərlik edirdi. Qriqori Orconikidze Qafqaz Bürosunun sədri, Sergey Kirov isə onun müavini təyin edildi. 1920-ci ilin iyununda Qafqaz Bürosunun tərkibində iki üçlük yaradıldı: Orconikidzenin başçılıq etdiyi Bakı və Aleksandr Beloborodovun rəhbərlik etdiyi Armavir (oktyabrdan sonra Rostov). Üçlüklər Don və Şimali Qafqazın partiya təşkilatlarına rəhbərlik edirdilər.

Oktyabrda Leninin sədrliyi ilə RK(b)P Mərkəzi Komitəsinin Siyasi Bürosu "Şərq xalqlarının məskunlaşdığı ərazilərdə RK(b)P-nin vəzifələri haqqında" məsələni müzakirə etdi. Layihəsi Lenin tərəfindən yazılmış qərar qəbul edildi: "Hələ muxtar qurumlara malik olmayan şərq millətləri üçün konkret şəraitə uyğun formalarda muxtariyyətin həyata keçirilməsi zəruri hesab edilsin". Oktyabrın 27-də Vladiqafqazda Qafqaz Bürosunun plenumu "dağ muxtariyyəti" məsələsini müzakirə etdi. RK(b)P MK Siyasi Bürosunun bu qərarı əsasında Qafqaz Bürosunun plenumu "Başqırd Sovet Respublikası tipli Terek və Dağıstan dağ sovet respublikalarının vaxtında yaradılmasını" nəzərdən keçirdi.

1922-ci ilin fevralında keçirilən Zaqafqaziya Kommunist Təşkilatlarının I qurultayında Qafqaz Bürosu RK(b)P-nin seçilmiş Zaqafqaziya Vilayət Komitəsi (Zakkraikom) ilə əvəz olundu.

Qarabağ

Qafbüronun qərarlarından biri Azərbaycan–Ermənistan arasında mübahisəli olan bölgə Qarabağla bağlı idi. Çar hakimiyyəti dövründə ərazi Bakıdan idarə olunurdu. Lakin Rusiya inqilabından sonra baş verən etnik münaqişələr fonunda Qarabağ erməniləri Ermənistana ilhaq etmək istəyirdilər. Bunun qarşısı əvvəlcə Osmanlı imperiyasının, onun süqutundan sonra isə ingilislərin müdaxiləsi ilə alındı. Əvvəlcə 1920-ci ilin aprelində yaradılmış Azərbaycan SSR Qarabağın Ermənistanın bir hissəsi olacağına söz verdi. Bu, 1920-ci il iyulun 3-də Qafbüro tərəfindən təsdiq edildi, ancaq iki gün sonra "müsəlmanlar və ermənilər arasında milli harmoniyanın zəruriliyi, yuxarı və aşağı Qarabağ arasında iqtisadi əlaqə və onun Azərbaycanla daimi əlaqələri nəzərə alınaraq" dəyişdirildi. Bəzi erməni tarixçiləri bunu Stalinin və Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun işə qarışması ilə əlaqələndirirlər. Ermənistan Kommunist Partiyasının etirazlarına baxmayaraq, bu mövqe dəyişdirilmədi. Aleksandr Myasnikyan Qafbüro görüşünü belə təsvir edib:

" Əgər Qafqaz Bürosunun son iclasını xarakterizə etsək, sanki orada Ağaronyan, Topçubaşov və Çxenkeli oturmuşdu. Azərbaycan belə deyirdi ki, əgər Ermənistan Qarabağı tələb edirsə, kerosin buraxmayacağıq "

Mətbuat orqanı

1920-ci ilin aprel-sentyabr aylarında Qafqaz Bürosunun mətbuat orqanı "Sovet Qafqazı" qəzeti, oktyabr ayından isə "Sovet cənubu" olmuşdur. 1920–1922-ci illərdə "RK(b)P MK Qafqaz Bürosunun İzvestiyası" jurnalı nəşr olunurdu.

Üzvləri

Adı
(həyatı)
Şəkli Dövrü Partiyaya qoşulma tarixi Milliyyəti Partiyadakı mövqeyi Digər vəzifələri
Aleksandr Beloborodov
(1891–1938)
may 1920
mart 1921

1907–1927
və 1930–1936-cı illərdə partiya üzvü idi
rus
RK(b)P Mərkəzi Komitəsinin üzvlüyünə namizəd
Qafqaz Fəhlə Ordusu İnqilabi Hərbi Şurasının sədri
Sergey Kirov
(1886–1934)
1904
rus
Filipp Maxaradze
(1868–1941)
1920
?
1903
gürcü
Polikarp Mdivani
(1877–1937)
1920
1921
1903
gürcü
Gürcüstan Kommunist Partiyasının (b) sədri
Bakı İnqilab Komitəsi Rəyasət Heyətinin üzvü
RSFSR Xalq Xarici Ticarət Komissarlığının Bakıdakı komissarı
Fars Qırmızı Ordusu İnqilabi Hərbi Şurasının üzvü
Amayak Nazaretyan
(1889–1937)
25 may 1920
22 avqust 1921
21 mart 1921
18 fevral 1922
1905
erməni
Nəriman Nərimanov
(1870–1925)
1905
azərbaycanlı
Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri (27. aprel 1920 tarixindən)
Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (28. aprel 1920 tarixindən)
Azərbaycan SSR Xalq Xarici İşlər Komissarı (28. aprel 1920 tarixindən)
Mamiya Oraxelaşvili
(1881–1937)
noyabr 1920
11 avqust 1921
1903
gürcü
Gürcüstan KP (b) MK Rəyasət Heyətinin sədri
Serqo Orconikidze
(1886–1937)
1903
gürcü
Yan Poluyan
(1891–1937)
iyun 1920
mart 1921
1912
ukraynalı
Kuban-Qara dəniz Regional İnqilab Komitəsinin sədri
İvar Smilqa
(1892–1937)
1907–1927
və 1930
latış
Yelena Stasova
(1873–1966)
?
1921
1898
(şəxsi fikrə görə)
rus
AKP (b) MK Rəyasət Heyətinin sədri
Yuri Fiqatner
(1889–1937)
dekabr 1920
yanvar 1922
1903
yəhudi
ÜHİMŞ Qafqaz Bürosunun sədri
Aleksandr Şotman
(1880–1937)
1920
21 mart 1921
1899
ingermanlandlı

Həmçinin bax

  • Qafqaz Diyar Komitəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qafqaz bürosu haqqında məlumat. Qafqaz bürosu nədir? Qafqaz bürosu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ağacvari söyüd

  • Fevral 28, 2026

    Milacerd dehestanı

  • Fevral 27, 2026

    Şindabad

  • Fevral 27, 2026

    Peyzaj

  • Fevral 27, 2026

    Pont yunanları

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst