Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yuri Xaçaturov (erm. Յուրի Խաչատուրով, 1 may 1952, Tetritskaro) — Ermənistan Müdafiə Nazirliyinin baş qərargah rəisi, general polkovnik, Birinci Qarabağ müharib

Yuri Xaçaturov

  • Ana Səhifə
  • Vikipediya
  • Yuri Xaçaturov

Yuri Xaçaturov (erm. Յուրի Խաչատուրով, 1 may 1952, Tetritskaro) — Ermənistan Müdafiə Nazirliyinin baş qərargah rəisi, general polkovnik, Birinci Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri.

Yuri Xaçaturov
erm. Յուրի Գրիգորիի Խաչատուրով
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi
15 aprel 2008 – 3 oktyabr 2016
ƏvvəlkiSeyran Ohanyan
SonrakıMovses Akopyan
Şəxsi məlumatlar
Doğum tarixi 1 may 1952(1952-05-01) (73 yaş)
Doğum yeri
  • Tetritskaro, Gürcüstan
Fəaliyyəti siyasətçi, hərbi nəzəriyyəçi[d]
Hərbi xidmət
Döyüşlər SSRİ–Əfqanıstan müharibəsi
Birinci Qarabağ müharibəsi
Rütbəsi
  • general-polkovnik

Təltifləri "Qırmızı ulduz" ordeni III dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni "Jukov" medalı "SSRİ Silahlı Qüvvələri veteranı" medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Ulduz" ordeni 2-ci dərəcəli "Hərb xaçı" ordeni (Ermənistan) "Vartan Mamikonyan" ordeni 2-ci dərəcəli "Vətənə xidmətlərinə görə" medalı "Marşal Baqramyan" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Yuri Xaçaturov 1952-ci ildə Gürcüstanda, Borçalının Ağbulaq (indiki adı Tetritskaro) şəhərində anadan olub. 1969-cu ildə Ağbulaq orta məktəbini bitirdikdən sonra Tbilisi Artilleriya məktəbinə daxil olub. Yuri bu məktəbi fəxri diplomla 1974-cü ildə bitirib. Məzun olduqdan sonra Yuri Xaçaturov Uzaq Şərqdə yerləşən artilleriya alay vzvodunun komandiri təyin edildi. 1976-dan 1982-ci ilədək Yuri Xaçaturov Uzaq Şərqdə artilleriya batareyasının komandiri, qərargah rəisi, tank əleyhinə artilleriya batalyonunun komandir müavini kimi vəzifələrdə xidmət edib.

Hərbi xidməti

Sovet ordusu

Y.Xaçaturov 1982-dən 1985-ə kimi Leninqraddakı Kalinin Hərbi Artilleriya Akademiyasında təhsil alır. Bundan sonra o, Belarus Hərbi Dairəsinin Raket Qoşunlarının və Artilleriya Tank Diviziyasının qərargah rəisi təyin edilir. Daha sonra Xaçaturov 1987-ci ildən 1989-cu ilin fevralına kimi Əfqanıstandakı 40-cı Ordunun Raket Qoşunlarının və Artilleriya Diviziyasının qərargah rəhbəri təyin edilir. Əfqanıstan müharibəsindəki xidmətlərinə görə Xaçaturov Vətən Qarşındakı Xidmətlərinə görə Ordeni, iki dəfə Qızıl Ulduz Ordeni və Əfqan Ulduz Ordeni ilə təltif olunur.

Ermənistan ordusu

Əfqanıstanda xidmət etdikdən sonra Xaçaturov Belorus Hərbi Dairəsinin tank ordusunda artilleriya briqadasının rəhbəri təyin edildi. Sovet Birliyinin dağılmasından sonra Belarus Müdafiə Nazirliyinin xüsusi sərəncamı ilə Yuri Xaçaturov Ermənistan Müdafiə Nazirliyinə təyinatlandırıldı və orada 1992-ci ilin aprelində ikinci piyada alayının rəhbəri təyin edildi. Onun rəhbərlik etdiyi qoşunlar Birinci Qarabağ müharibəsində aktiv olaraq iştirak edirdi.

1992-ci ilin sentyabrında Xaçaturov Ermənistan Silahlı Qüvvələri Sərhəd Qoşunlarının rəhbər müavini təyin edildi. O, Gorus Piyada Alayının, Tavuş Motoatıcı Briqadasının, birinci və dördüncü ordu korpuslarının və onların hərbi birləşmələrinin qurulmasının təşəbbüskarı olub. Xaçaturov həmçinin Ermənistan Ordusu Baş Qərargah rəisinin müavini vəzifəsini də icra edib.

1995-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın sərəncamı ilə Yuri Xaçaturova general mayor rütbəsi verildi. Sonra 2000-ci ildə General leytenant və 2008-ci il 15 apreldə General Polkovnik rütbəsinə qaldırıldı. 21 mart 2000-ci ildə Ermənistan Müdafiə Nazirinin müavini təyin edilib. 2008-ci il 15 apreldə Yuri Xaçaturov Ermənistan Müdafiə Nazirliyinin baş qərargah rəisi təyin edildi. 2013-cü ildə Yuri Xaçaturovun vəzifə müddəti daha 4 il, 1 may 2017-ci ilə qədər uzadıldı.

Şəxsi həyatı

Evlidir, üç oğlu var.

Korrupsiya ittihamı

2016-cı ildə Ermənistan mətbuatında Yuri Xaçaturova aid olduğu iddia edilən villanın şəkilləri paylaşılıb. İddiaya görə rəsmi illik gəliri 24 min ABŞ dolları olan baş qərargah rəisinin belə bir malikanəsinin olması onun dövlət vəsaitlərini qanunsuz olaraq mənimsəməsini sübut edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yuri Xaçaturov haqqında məlumat. Yuri Xaçaturov nədir? Yuri Xaçaturov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    ISAN

  • Fevral 27, 2026

    Seyfəddin Dağlı

  • Fevral 28, 2026

    Kürkəndi

  • Mart 01, 2026

    184 (ədəd)

  • Fevral 27, 2026

    DBase

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst