Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Movses Qrantoviç Akopyan (erm. Մովսես Հակոբյան; 4 fevral 1965, Çartar, DQMV) — Ermənistan hərbi komandiri, general-polkovnik (2017), Birinci Qarabağ müharibəsi

Movses Akopyan

  • Ana Səhifə
  • Vikipediya
  • Movses Akopyan

Movses Qrantoviç Akopyan (erm. Մովսես Հակոբյան; 4 fevral 1965, Çartar, DQMV) — Ermənistan hərbi komandiri, general-polkovnik (2017), Birinci Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri. O, 2007– 2015-ci illərdə tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) müdafiə naziri, 3 sentyabr 2016-cı ildən 24 may 2018-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuşdur.

Movses Akopyan
erm. Մովսես Հրանտի Հակոբյան
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi
3 oktyabr 2016 – 24 may 2018
ƏvvəlkiYuri Xaçaturov
Şəxsi məlumatlar
Doğum tarixi 4 fevral 1965(1965-02-04) (61 yaş)
Doğum yeri
  • Çartar, Martuni rayonu, DQMV, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Quru Qoşunlarının Hərbi İnstitutu (Qazaxıstan),
  • Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası[d]
Fəaliyyəti hərbi qulluqçu
Hərbi xidmət
Mənsubiyyəti Dağlıq Qarabağ Respublikası
Qoşun növü Mexanikləşdirilmiş piyada
Döyüşlər
  • SSRİ–Əfqanıstan müharibəsi,
  • Birinci Qarabağ müharibəsi,
  • İkinci Qarabağ müharibəsi
Rütbəsi
  • general-leytenant
  • general-polkovnik

Təltifləri "Qırmızı ulduz" ordeni "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı Artsax Qəhrəmanı "Hərb xaçı" ordeni (Ermənistan) "Vartan Mamikonyan" ordeni "Vətənə xidmətlərinə görə" ordeni 2-ci dərəcəli "Vətənə xidmətlərinə görə" medalı "Döyüş xidmətlərinə görə" medalı "Marşal Baqramyan" medalı "Qüsursuz xidmətə görə" medalı (Ermənistan) "Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı "Beynəmiləlçi-döyüşçüyə" döş nişanı
mil.am/ru/50/53/p/person
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Movses Qrantoviç Akopyan 4 fevral 1965-ci ildə Azərbaycan SSR-nin Martuni rayonu tərkibində olan Çartar kəndində anadan olmuşdur. O. 1982-ci ildə Çartar kəndindəki orta məktəbi bitirmiş və həmin il Qazaxıstan SSR-də Sovet İttifaqı Marşalı İ. S. Konyev adına Almatı Ali Ümumqoşun Komandirlər Məktəbinə motoatıcı taqım komandiri ixtisası üzrə daxil olmuşdur. 1986-cı ildə məzun olmuşdur.

1986–1987-ci illərdə Zaqafqaziya Hərbi Dairəsinin Ermənistan SSR-nin Kirovakan şəhərindəki 15-ci motoatıcı diviziyasının 353-cü motoatıcı alayında taqım komandiri vəzifəsində çalışmışdır. 1987–1988-ci illərdə Bədəxşan vilayətinin Feyzabad şəhərində Türküstan Hərbi Dairəsinin tərkibində SQƏMK-nin 860-cı ayrı-ayrı motoatıcı alayının 5-ci motoatıcı rotasının komandir müavini olmuşdur.

1988-ci ildə Xankəndi şəhərində dislokasiya olunmuş Zaqafqaziya Hərbi Dairəsinin 23-cü Qvardiya motoatıcı diviziyasının 366-cı motoatıcı alayına ezam olunmuş, 1992-ci ilin mart ayına qədər burada motoatıcı taqım komandiri, sonra rota komandiri vəzifələrində xidmət etmişdir. Birinci Qarabağ müharibəsində iştirak etmişdir. O, Xocalı soyqırımının təşkilatçılarından biridir.

1993–1998-ci illərdə Xocavənd 2-ci müdafiə bölgəsinin komandiri, 1998–1999-cu illərdə Əsgəran müdafiə bölgəsinin komandiri olmuşdur. 1999–2000-ci illərdə DQR Müdafiə Ordusu komandanının döyüş hazırlığı üzrə müavini vəzifəsində çalışmışdır. 2000–2001-ci illərdə DQR Müdafiə Ordusu komandanının birinci müavini olmuşdur. 14 mart 2000-ci ildə ona general-mayor hərbi rütbəsi verilmişdir.

24 iyul 2002-ci ildə Frunze adına Hərbi Akademiyasını bitirdikdən sonra Ermənistan müdafiə nazirinin müşaviri, 2003-cü ilin iyulundan isə DQR Müdafiə Ordusu komandanının birinci müavini, qərargah rəisi vəzifəsinə təyin edilmişdir. 11 may 2007-ci ildə tanınmamış DQR prezidenti Arkadi Qukasyanın fərmanı ilə müdafiə naziri və DQR Müdafiə Ordusunun komandanı təyin edilmişdir. 25 may 2007-ci ildə ona general-leytenant hərbi rütbəsi verilmişdir. 15 iyun 2015-ci ildə Ermənistan Prezidenti Serj Sarkisyanın fərmanı ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini təyin edilmişdir. 20 may 2016-cı ildə Ermənistan prezidentinin fərmanı Ermənistan müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini təyin edilmişdir. 3 oktyabr 2016-cı ildə Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə Movses Akopyan Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilmişdir. 24 may 2018-ci ildə vəzifədən azad edilmişdir.

30 dekabr 2017-ci ildə ona general-polkovnik hərbi rütbəsi verilmişdir.

Mükafatları

  • Qırmızı Ulduz ordeni
  • Qondarma Dağlıq Qarabağ Respublikasının 1-ci dərəcəli "Döyüş xaçı" ordeni
  • Ermənistan Respublikasının 2-ci dərəcəli "Döyüş xaçı" ordeni
  • 2 sentyabr 2002-ci ildə "Artsax Qəhrəmanı"
  • 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2015)
  • 1-ci və 2-ci dərəcəli "Vətənə xidmətə görə" medalı
  • Müqəddəs Vardan Mamikonyan ordeni
  • bir sıra digər dövlət medalları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Movses Akopyan haqqında məlumat. Movses Akopyan nədir? Movses Akopyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Marsın peykləri

  • Fevral 24, 2026

    Arxeoloji mədəniyyət

  • Fevral 24, 2026

    Vard Kanninqem

  • Fevral 25, 2026

    Şarl Furye

  • Fevral 24, 2026

    6 sentyabr

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst