Seyran Muşeqi Ohanyan (1 iyul 1962, Şuşa) — Ermənistanın sabiq müdafiə naziri. Birinci Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri. İkinci Qarabağ müharibəsi iştirakçısı.
| Seyran Ohanyan | |
|---|---|
| erm. Սեյրան Մուշեղի Օհանյան | |
| |
Vəzifədədir | |
| 2 avqust 2021-ci ildən | |
| 14 aprel 2008 – 3 oktyabr 2016 | |
| Əvvəlki | Mikael Arutyunyan |
| Sonrakı | Vigen Sarqsyan[d] |
| may 2007 – 14 aprel 2008 | |
| Əvvəlki | Mikael Arutyunyan |
| Sonrakı | Yuri Xaçaturov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1 iyul 1962 (63 yaş) |
| Doğum yeri | |
| Təhsili |
|
| Fəaliyyəti | əsgər, siyasətçi |
| Hərbi xidmət | |
| Mənsubiyyəti | Ermənistan, Dağlıq Qarabağ Respublikası |
| Qoşun növü | Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu, Ermənistan Quru Qoşunları |
| Döyüşlər | Birinci Qarabağ müharibəsi Xocalı soyqırımı İkinci Qarabağ müharibəsi |
| Rütbəsi | |
| Təltifləri | |
Həyatı
Seyran Ohanyan 1 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1983-cü ildə Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.
Birinci Qarabağ müharibəsinin əsas simalarından biridir. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə, o cümlədən Xocalıda dinc əhaliyə divan tutulmasında fəal iştirak edib və soyqırımın rəhbərlərindən biri olub. Bu səbəblə barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.
1999–2007-ci illərdə qondarma "DQR"in "müdafiə naziri", 2007–2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. 2008–2016-cı illərdə Ermənistanın müdafiə naziri olmuşdur.
İkinci Qarabağ müharibəsi zamanı təkrar Azərbaycana qarşı döyüşmək üçün "Qondarma Dağlıq Qarabağ Respublikası"na gəlmişdir. 6 noyabr 2020-ci ildə Azərbaycan Ordusunun həmlələri nəticəsində o və oğlu ağır şəkildə yaralanmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Seyran Ohanyan haqqında məlumat. Seyran Ohanyan nədir? Seyran Ohanyan nə deməkdir?
