Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Akademiyasını,1960-cı ildə Leninqradda İ.Y.Repin adına Rəssamlıq Akademiyasını bitirmişdir.

Yuran Məmmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Yuran Məmmədov

Yuran Məmmədov (tam adı:Məmmədov Yuran Əli oğlu;bilinmir – 18 iyul 1984) — rəssam

Yuran Məmmədov
Məmmədov Yuran Əli oğlu
Doğum tarixi 15 aprel 1934
Doğum yeri Azərbaycan SSR, Naxçıvan Sovet Muxtar Respublikası,Naxçıvan
Vəfat tarixi 18 iyul 1984 (50 yaşında)
Vəfat yeri Riqa
Vəfat səbəbi Ürəkcatışmazlığı
Dəfn yeri Naxçıvan
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı Azərbaycan SSR
Fəaliyyəti Rəssamlıq
Təhsili Əzim Əzimzadə adına Bakı Rəssamlıq Akademiyası,Leninqradda İ.Y.Repin adına Rəssamlıq Akademiyası
Janrlar Protret, natürmort, tematika kompozisiyalı tablolar
Təsirlənib Toğrul Nərimanbəyov

Mündəricat

Həyatı

Məmmədov Yuran Əli oğlu 1934-cü il 15 apreldə Naxçıvan şəhərində anadan olmuşdur.

Ailəsi

Qızı Günel Yuran rəssamdır. Moskvada yaşayır.

Ölümü

18 iyun 1984-cü ildə Riqada vəfat etmişdir. Naxçıvanda dəfn edilib.

Təhsili

1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Akademiyasını,1960-cı ildə Leninqradda İ.Y.Repin adına Rəssamlıq Akademiyasını bitirmişdir.

Yaradıcılığı

Sənət yaradıcılığı

Protret, natürmort, tematika kompozisiyalı tablolar ( "Haçadağ", "Batabat", "Əlincə qalası", "Vayxır kəndi", "Araz", "Şahbuz mənzərələri", "Naxçıvanda bahar", "Bizim ailə", "Vətən uğrunda" və s.) yaratmışdır. 18 ildən çox Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşuçu rəssam işləmiş, onlarla tamaşaya ["Ölülər", "Dəli Yığıncağı" Cəlil Məmmədquluzadə), "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Yağışdan çıxdıq, yağmura düşdük" (Nəcəf bəy Vəzirov), "Sənsiz" Şıxəli Qurbanov, "Günəş" (Hüseyn Razi), "Alınmaz qala" (Həsən Elsəvər), "Toros canavarları" (Əziz Nesin), "Ağır cəza" R.Kauqver) və s.] tərtibat vermişdir.

Sərgiləri

Naxçıvanda,Bakıda Leninqradda (indiki Sankt-Peterburq), Baltikyanı respublikalarda fərdi sərgiləri keçirilmişdir. Əsərləri Rauf Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində və s. muzeylərdə saxlanılır.

Xatirəsinə həsr olunmuş sərgilər

2004- cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı ilə Bakıda Vəcihə Səmədova adına sərgi salonunda 70 illik yubileyi münasibətilə anım günü və əsərlərinin sərgisi keçirilmişdir.

2005-ci ildə rəssamın Moskvada Dekorativ-Tətbiqi İncəsənət Muzeyində “Narın rəngi”, 2010-cu ildə Krokus-Ekspoda “Üslub və müasirlik”, 2012-ci ildə Mərkəzi Rəssamlar Evində “Tütək səsi”, 2013-cü ildə “ Səmanın ənginliyində” adlı sərgiləri keçirildimişdir.2014-cü ilin iyun ayında rəssamın 80 illik yubileyi münasibətilə Moskvada və Bakıda əsərlərinin fərdi sərgiləri açılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yuran Məmmədov haqqında məlumat. Yuran Məmmədov nədir? Yuran Məmmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kazan xanlığı

  • Fevral 24, 2026

    Havana

  • Fevral 27, 2026

    Avstraliya İttifaqı

  • Fevral 27, 2026

    Köç Dastanı

  • Fevral 27, 2026

    E.ə. 58

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst