Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəssamlıq — təsviri incəsənətin ən qədim növlərindən biridir. Sərt və yumşaq kətan üzərində rənglərin çəkilməsi, rəqəm texnologiyası və xüsusi texnologiyalarla

Rəssamlıq

  • Ana Səhifə
  • Vikipediya
  • Rəssamlıq

Rəssamlıq — təsviri incəsənətin ən qədim növlərindən biridir. Sərt və yumşaq kətan üzərində rənglərin çəkilməsi, rəqəm texnologiyası və xüsusi texnologiyalarla real predmet və canlıya oxşar vizual təsvirlərin yaradılması ilə bağlıdır. Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətlər var. Ən əsası isə odur ki, onlar gözlə görünməyən obrazları belə cızırlar.

Adrian van Ostade. Rəssamın emalatxanası. 1663. Drezden şəkil qalereyası

Rəssamlıqda real aləmin həcmi, rəngi, məkanı, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq və emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir.

Rəssamlıq sənəti, bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür:

  • monumental rəssamlıq;
  • dekorativ rəssamlıq;
  • teatr-dekorativ rəssamlıq;
  • miniatür rəssamlıq;
  • dəzgah rəssamlığı.

Hər növün özünəməxsus texniki ifadə üsulları və materialları var. Rəssamlığın ən geniş yayılmış forması dəzgah rəssamlığıdır. Kətan və ağac üzərində yağlı boyalarla çəkilən belə əsərlər "molbert" adlanan xüsusi dəzgahda yaradılır. Üzərində əsasən yağlı boya ilə çəkilir. Yağlı boya ilə yanaşı, rəssamlıqda tempera, pastel, akvarel, quaş texnikaları da tətbiq edilir. Monumental rəssamlıq əsərlərindən fərqli olaraq, dəzgah rəssamlığı əsərləri sərbəst olub, istənilən yerdə asıla bilər.

Məzmun etibarilə rəssamlıq sənəti bu janrlara bölünür*

  • tarixi rəssamlıq;
  • mifoloji rəssamlıq;
  • məişət rəssamlığı;
  • portret rəssamlığı;
  • mənzərə rəssamlığı;
  • natürmort rəssamlığı və s.

Həmçinin bax

  • Rəssam

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rəssamlıq haqqında məlumat. Rəssamlıq nədir? Rəssamlıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ceyms Kallaqan

  • Fevral 27, 2026

    Qalaktik Mərkəz

  • Fevral 23, 2026

    Rastr təsvir

  • Fevral 27, 2026

    Romantizm epoxası

  • Fevral 27, 2026

    Tomas Sankara

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst