Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Padua Universiteti (it. Università degli Studi di Padova - UNIPD) — İtaliya Respublikasının Padua şəhərində yerləşən ali təhsil müəssisəsi; Dünyanın ən qədim al

Padua Universiteti

  • Ana Səhifə
  • Vikipediya
  • Padua Universiteti

Padua Universiteti (it. Università degli Studi di Padova - UNIPD) — İtaliya Respublikasının Padua şəhərində yerləşən ali təhsil müəssisəsi; Dünyanın ən qədim ali məktəblərindən biridir.

Padua Universiteti
UNIPD
Università degli Studi di Padova
Tip Dövlət
Şüar it. Universa universis patavina libertas
(azərb. Paduanın müstəqilliyi bəşəridir və hər kəs üçündür‎)
Əsası qoyulub 1222
Rektor Cüzeppe Zakkaria
Tələbə sayı 59,317
Ölkə İtaliya
Şəhər Padua şəhəri
Sayt unipd.it
45°25′12″ şm. e. 11°52′12″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

1222-ci ildə yaradılmış Padua Universiteti İtaliyanın və ümumiyyətlə Avropanın ən qədim universitetlərindən biridir. Həmin vaxt akedemik azadlıqlar uğrunda rəhbərliklə mübahisə yaşamış və bu səbəbdən Bolonya Universitetini tərk etmiş tələbə və müəllimlər tərəfindən Padua Universiteti yaradılmışdır. Universitet ilkin olaraq anatomik mərkəz kimi fəaliyyət göstərirdi; hansı ki, bura həmin dövrlərdə ictimai təzyiqlər altında insan bədənini öyrənən alimlər və rəssamlar üçün nəzərdə tutulmuşdu.

Universitet 1339-cu ildən 1813-cü ilə qədər iki təşkilata – "Universitas Artistarum" və "Universitas Iuristarum"a bölünmüşdü. "Universitas Artistarum"da mülkilik, hüquq və ilahiyyat, "Universitas Iuristarum"da isə astronomiya, dialektika, fəlsəfə, qrammatika, tibb və natiqliq sənəti tədris edilirdi.

Girolamo Martinenqonun diplomu, 1582-ci il.

Padua Universiteti İntibah dövründə əsas elm (astronomiya, tibb, hüquq) mərkəzlərindən birinə çevrilmişdir. Burada Covanni Piko della Mirandolla, Nikolay Kuzanus, Nikolay Kopernik, Pietro Bembo, Torkvato Tasso, Qalileo Qaliley, Andreas Vezali kimi dahilər təhsil almış və müəllimlik fəaliyyəti ilə məşğul olmuşlar. 1678-ci ildə dünyada ilk dəfə qadın – Yelena Kornaro Piskopiya fəlsəfə üzrə doktorluq dərəcəsi əldə etmişdir.

XIX-XX əsrlərdə universitetdə desentralizasiya tendensiyaları müşahidə edilmiş və Paduanın sərhədlərindən kənarda laboratoriya və kampuslar yaradılmışdı. 8 fevral 1848-ci ildə 1848-1849-cu illərin inqilabı zamanı tələbələrin Avstriya hökmranlığına qarşı üsyanı baş verir. Bunun nəticəsi olaraq universitet 1850-ci ilə qədər bağlı qalmışdır. 1995-ci ildə isə universitetə müstəqillik verən yeni nizamnamə qəbul edilmişdir.

Simvolları

Universitetin devizi belədir:

" it. Universa universis patavina libertas (azərb. Paduanın müstəqilliyi bəşəridir və hər kəs üçündür‎). "

Fakültələri

Hazırda universitetdə 13 fakültə var (2014):

  • Humanitar elmlər;
  • Fəlsəfə;
  • İqtisadiyyat;
  • Mühəndislik;
  • Hüquq;
  • Fizika-riyaziyyat;
  • Tibbi cərrahlıq;
  • Əczaçılıq;
  • Kənd təsərrüfatı;
  • Psixologiya;
  • Politologiya;
  • Statistik;
  • Veterinar.

Xarici əlaqələri

Hələ orta əsrlərdə burada bütün Avropadan gələn tələbələr təhsil alırdı və "milliyyətlərə" bölünürdülər.

Universitetin rəhbəri Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun İcraedici Şurasına daxildir.

Koimbra qrupunun üzvüdür.

Reytinqi

"Academic Ranking of World Universities"dəki yeri:
2003200420052006200720082009201020112012201320142015
152-200153-201153-202151-200151-202152-200152-200151-200151-200151-200151-200151-200151-200

Şəkilləri

  • Universitet zalı
    Universitet zalı
  • Universitetin Botanika bağı
    Universitetin Botanika bağı
  • Universitetin həyəti
    Universitetin həyəti

Məzunları

  • Stanislav Ojexovski

Həmçinin bax

П: "Universitet" portalı
  • Anatomik teatr

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Padua Universiteti haqqında məlumat. Padua Universiteti nədir? Padua Universiteti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bəxtiyar Xanızadə

  • Fevral 27, 2026

    Verilənlər xəzinəsi

  • Fevral 25, 2026

    Proqramlaşdırma dilləri

  • Fevral 27, 2026

    Vyaçeslav İvankov

  • Fevral 27, 2026

    Çat (internet)

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst