Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kəndin adı "Yəyci" variantında da qeydə alınmışdır. Oykonim mənşəcə oğuz tayfalarından olan qədim Yaycı tayfasının adı ilə bağlıdır. Bu tayfa hələ orta əsrlərdə

Yaycı (Culfa)

  • Ana Səhifə
  • Vikipediya
  • Yaycı (Culfa)

Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd.

Yaycı
38°56′34″ şm. e. 45°43′55″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Yaycı xəritədə
Yaycı
Yaycı

Mündəricat

Toponimikası

Kəndin adı "Yəyci" variantında da qeydə alınmışdır. Oykonim mənşəcə oğuz tayfalarından olan qədim Yaycı tayfasının adı ilə bağlıdır. Bu tayfa hələ orta əsrlərdən etibarən Naxçıvan, Cənubi Azərbaycan, Şərqi Anadolu, indiki Ermənistan və İraq ərazilərində yaşamışdır.

Əbülqazi Bahadır xanın «Şəcərəyi-tərakimə» əsərinə görə Yaycı adı oğuz tayfalarından olan salur tayfasının əcdadı sayılan Salur Ögücik alpın altı oğlundan birinin adıdır. Mənbədə Yaycı ilə birlikdə Dingli adlı əkiz qardaşının da adı çəkilir. Bu ad sonradan Yaycı tayfasının etnonimi kimi formalaşmışdır.

Mənşəyi və etnik mənsubiyyəti

Yaycı tayfası oğuz tayfalarının salur qoluna mənsubdur. Salurlar oğuzların 24 əsas tayfasından biri hesab edilir. Orta əsr və müasir elmi mənbələrdə salur tayfasının erkən məskunlaşma arealı əsasən Xəzər dənizi hövzəsi və ona bitişik bozqır əraziləri ilə əlaqələndirilir. Bu baxımdan Yaycı tayfasının formalaşması da həmin coğrafi mühit çərçivəsində qiymətləndirilir.

Tarixi köçlər və müxtəlif türk tayfaları ilə uzunmüddətli təmaslar nəticəsində Yaycı tayfasının etnik tərkibində qıpçaq elementlərinin də mövcud olduğu ehtimal edilir.

Tarixi

Yaycı tayfasının bölgəyə gəlməsinin konkret olaraq Səlcuq dövrünə və ya daha sonrakı mərhələyə aid edilməsi barədə birbaşa mənbələr mövcud deyil. Bu səbəbdən məsələ ümumi oğuz köçləri kontekstində qiymətləndirilir.

Yaycı adlı yaşayış məntəqələri

Yaycı tayfasının adı ilə bağlı yaşayış məntəqələri Azərbaycan, Ermənistan, Türkiyə, İran və İraq ərazilərində yayılmışdır. Azərbaycanda Yaycı adı ilə tanınan yaşayış məntəqələrinə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən Yaycı (Culfa) kəndi, eləcə də Şərur rayonunda yerləşən Yuxarı Yaycı və Aşağı Yaycı kəndləri daxildir.

Ermənistan ərazisində tarixən azərbaycanlı əhalinin yaşadığı bölgələrdə Yaycı adına rast gəlinir. Bunlara Yaycı (Gorus) kəndi və Göyçə mahalında yerləşmiş Yayıcı (Göyçə) yaşayış məntəqəsi aiddir.

Türkiyədə Yaycı adlı yaşayış məntəqələri bir neçə bölgədə mövcuddur. Bunlara Gaziantep vilayətinin Şahinbey rayonunda yerləşən Yaycı, Şahinbey, Giresun vilayətinin Şebinkarahisar rayonundakı Yaycı, Şebinkarahisar kəndi və Ordu vilayətinin Ünye rayonunda yerləşən Yaycı, Ünye yaşayış məntəqəsi daxildir.

İran ərazisində də Yaycı etnonimi ilə bağlı yaşayış məntəqələri qeydə alınmışdır. Bunlara Ərdəbil vilayətində yerləşən Yayçı (Ərdəbil), habelə Şərqi Azərbaycan ostanında yerləşən Yaycı tayfasının adını daşıyan Yaycılı və Yayçı kəndləri də daxildir. Bundan əlavə, Qərbi Azərbaycan ostanının Çaldıran bölgəsində yerləşən və farsca mənbələrdə Yayçı kimi tanınan yaşayış məntəqəsi də bu sıraya aid edilir.

İraq ərazisində Kərkük şəhərinin Yaycı adlı nahiyyəsi mövcuddur.

Toponimik əlaqələr

Maraqlı məqamlardan biri Yaycı adlı yaşayış məntəqələrinin yaxınlığında Biləv, Billava və Balawa kimi kənd adlarının müşahidə olunmasıdır. Bu toponimlərin eyni etnik və ya tayfa birliyi ilə əlaqəli olması ehtimal edilsə də, məsələ elmi ədəbiyyatda hələlik dəqiq şəkildə izah olunmamışdır və əlavə araşdırma tələb edir.

Tarixi abidələri

Yaycı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
5315 Ağaməmməd məscidi XIX əsr Yaycı kəndi Memarlıq Yerli
5316 Pirəli məscidi XIX əsr Yaycı kəndi Memarlıq Yerli

Əhalisi

Əhalisi 6343 nəfərdir.

Tanınmış şəxsləri

  • Nağı Nağıyev — yazıçı, dramaturq;
  • Həsən Abdullayev — Azərbaycan fiziki, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan EA-nın həqiqi üzvü, SSRİ EA-nın müxbir üzvü, 1970–1983-cü illərdə Azərbaycan EA-nın prezidenti, AEA Fizika İnstitutunun direktoru (1956–1993);
  • Məhərrəm Məmmədyarov — kimyaçı alim, kimya elmləri doktoru, AMEA həqiqi üzvü (2001), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980), AMEA Mikrobiologiya İnstitutunun direktoru (1994–2002);
  • İbrahim Süleymanov — Naxçıvan MSSR Torpaq Komissarı;
  • Rza Məmmədov — Yaycı və Culfa Dəmiryol məktəblərinin direktoru, ADRTK "Xarici yayım" şöbəsinin redaktoru, Məmməd Məmmədovun qardaşı;
  • Məmməd Məmmədov — ADU-nun (indiki BDU) prorektoru (1982-1989), fizika fakültəsinin professoru;
  • İsmayıl Məmmədov — Naxçıvan MSSR Kommunal Təsərrüfat naziri (1974), Azərbaycanın Milli Qəhrəmanı İbrahim Məmmədovun atası;
  • Hacı Hacıyev — baytarlıq üzrə alim, elmlər doktoru, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) elmi işlər üzrə prorektoru (1978), Azərbaycan EA müxbir üzvu;
  • Məmməd Əsgərov — Dövlət xadimi, Azərbaycan KP MK-nın üzvü(1960–1983), Azərbaycan SSR kənd təsərrüfatı naziri (1977-1985), Sosialist Əməyi Qəhrəmanı (1973);
  • Hüseyn Abdullayev — iş adamı, bəstəkar, MM üzvü (2005–2007);
  • Kərim Yaycılı — mühacir şair

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yaycı (Culfa) haqqında məlumat. Yaycı (Culfa) nədir? Yaycı (Culfa) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    26 may

  • Fevral 27, 2026

    Gülxar Həsənova

  • Fevral 27, 2026

    Musiqi janrları

  • Fevral 27, 2026

    Boz bəbir

  • Fevral 27, 2026

    S

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst