Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gülxar İbrahim qızı Həsənova (10 dekabr 1918, Bayramlı, Gəncə qəzası – 30 mart 2005, Bakı) — Azərbaycan opera müğənnisi (soprano), Azərbaycan SSR xalq artisti (

Gülxar Həsənova

  • Ana Səhifə
  • Vikipediya
  • Gülxar Həsənova

Gülxar İbrahim qızı Həsənova (10 dekabr 1918, Bayramlı, Gəncə qəzası – 30 mart 2005, Bakı) — Azərbaycan opera müğənnisi (soprano), Azərbaycan SSR xalq artisti (1982).

Gülxar Həsənova
Ümumi məlumatlar
Doğum tarixi 10 dekabr 1918
Doğum yeri Bayramlı, Gəncə quberniyası, Azərbaycan Demokratik Respublikası
Vəfat tarixi 30 mart 2005 (86 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri II Fəxri Xiyaban
Vətəndaşlığı Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
  • Ağadadaş Qurbanov
Uşağı
  • Hamlet Qurbanov
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni və aktrisa
Mükafatları
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19821982 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1955
  • "Şöhrət" ordeni — 19981998 "Şərəf nişanı" ordeni — 19591959

Mündəricat

Həyatı

Gülxar Həsənova 10 dekabr 1918-ci ildə hazırkı Gəncə quberniyasının Bayramlı kəndində (hazırkı Şəmkir rayonu) anadan olmuşdur.

Bakı Teatr Texnikumunda oxumuş (1935–1937), Azərbaycan Dövlət Universitetini bitirmişdir (1959).

G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamışdır (1936–1942). O, Üzeyir Hacıbəyovun məsləhəti və köməkliyi ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrına işə qəbul olunmuşdur. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olmuşdur. O, burada parlaq, koloritli qadın obrazları yaratmışdır. 1980-ci ildən teatrın məşqçi pedaqoqu olmuşdur.

Onun ifasında Əsli, Xanəndə qız ("Əsli və Kərəm", "Koroğlu", Ü.Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" Z.Hacıbəyov), Təravət xanım ("Bahadır və Sona", S.Ələsgərov), Anna ("Gəlin qayası", Ş.Axundova) və digər partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir. Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin "Şah İsmayıl" operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən G.Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədirdi.

Gülxar Həsənova 30 mart 2005-ci ildə Bakıda vəfat etmişdir.

Aktyorlar Ağadadaş Qurbanovun həyat yoldaşı, Hamlet Qurbanovun anasıdır. Aktrisa Gülşən Qurbanovanın ögey anasıdır

Təltif və mükafatları

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 30 aprel 1955
  • "Şöhrət" ordeni — 9 dekabr 1998
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
  • "Şərəf nişanı" ordeni — 9 iyun 1959

Xatirəsi

15 avqust 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. 2018-ci ilin dekabrında Şəmkirdə Gülxar Həsənovanın 100 illik yubileyi qeyd edilmişdir.

Filmoqrafiya

  • Böyük ömrün anları (film, 2006)
  • Gecə qatarında qətl (film, 1990)
  • Xoşbəxtlik qayğıları (film, 1976)
  • Məkanın melodiyası (film, 2004)
  • Min birinci söz (film, 1997)
  • Son tamaşa (film, 1989)
  • Yollar görüşəndə... (film, 1979)
  • Zirzəmi (film, 1990)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gülxar Həsənova haqqında məlumat. Gülxar Həsənova nədir? Gülxar Həsənova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dabok

  • Fevral 27, 2026

    Silviya

  • Fevral 27, 2026

    Avstriyalı Elizabeta

  • Fevral 27, 2026

    Boris Puqo

  • Fevral 27, 2026

    Kiçik Zirə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst