Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmməd Həsən oğlu Əsgərov (25 dekabr 1918, Naxçıvan qəzası, AXC – 27 iyul 1988, Bakı) — Azərbaycan SSR kənd təsərrüfatı naziri (1977–1985), Azərbaycan Kommunist

Məmməd Əsgərov

  • Ana Səhifə
  • Vikipediya
  • Məmməd Əsgərov

Məmməd Həsən oğlu Əsgərov (25 dekabr 1918, Naxçıvan qəzası, AXC – 27 iyul 1988, Bakı) — Azərbaycan SSR kənd təsərrüfatı naziri (1977–1985), Azərbaycan Kommunist Partiyası Şamxor Rayon və Ağcabədi Rayon komitələrinin birinci katibi, Azərbaycan SSR yüngül sənaye nazirinin müavini, Naxçıvan MSSR Nazirlər Sovetinin əvvəlcə sədrinin birinci müavini, sonra isə sədri, Bərdə Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.

Məmməd Əsgərov
Azərbaycan SSR kənd təsərrüfatı naziri
26 dekabr 1977 – 11 dekabr 1985
ƏvvəlkiMəmməd Xəlilov
Sonrakınazirlik ləğv edilib
Azərbaycan Kommunist Partiyası Şamxor Rayon Komitəsinin birinci katibi
6 yanvar 1970 – 1977
Əvvəlkiİbrahim Əhmədov
SonrakıHidayət Vəliyev
Azərbaycan SSR yüngül sənaye nazirinin müavini
1968 – 1970
NazirSadıq Rəhimov
Azərbaycan Kommunist Partiyası Ağcabədi Rayon Komitəsinin birinci katibi
1965 – 1968
SonrakıVahid İsmayılov
Naxçıvan MSSR Nazirlər Sovetinin sədri
1959 – 1964
ƏvvəlkiRəhim Rəhimov
SonrakıRamazan İsmayılov
Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini
1958 – 1959
SədrRəhim Rəhimov
Bərdə Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
1954 – 1958
Şəxsi məlumatlar
Doğum tarixi 25 dekabr 1918(1918-12-25)
Doğum yeri
  • Naxçıvan qəzası, AXC, Azərbaycan
Vəfat tarixi 27 iyul 1988(1988-07-27) (69 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1945–1988)
Fəaliyyəti siyasətçi
Uşağı
  • Ağabəy Əsgərov

Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 1973
"Lenin" ordeni — 1966 "Lenin" ordeni — 1971 "Lenin" ordeni — 1973 "Lenin" ordeni — 1976 "Oktyabr inqilabı" ordeni — 1981 "Qırmızı əmək bayrağı" ordeni — 1946 "Qırmızı əmək bayrağı" ordeni — 1948
Azərbaycan SSR əməkdar aqronomu — 1968

Həyatı

Məmməd Əsgərov 1918-ci ildə Culfa rayonu Yaycı kəndində anadan olub.

Məmməd Əsgərov 1943–1944-cü illərdə Tovuz MTS-in baş aqronomu, 1944–1948-ci illərdə Cəbrayıl MTS-də, 1948–1954-cü illərdə Bərdə MTS-in direktoru olmuşdur. 1954–1958-ci illərdə Bərdə rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. 1958-ci ildən Naxçıvan MSSR Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsini daşımışdır. 1959-cu ildə isə Naxçıvan MSSR Nazirlər Sovetinin sədri olmuşdur.

1964-cü ildən Ağdaş rayon kolxoz-sovxoz istehsalat idarəsinin rəisi seçilmişdir.

1965–1968-ci illərdə Ağcabədi Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində, 1968–1970-ci illərdə Azərbaycan SSR Yüngül sənaye nazirinin müavini, 1970–1977-ci illərdə Şamxor (Şəmkir) Rayon Partiya Komitəsinin birinci katibi, 1977–1985-ci illərdə, yəni vəfat edənədək Azərbaycan SSR Kənd təsərrüfatı naziri vəzifəsini icra etmişdir.

SSRİ Ali Sovetinin (6-cı çağrış) Azərb. SSR Ali Sovetinin (4–11-ci çağrış) deputatı olmuşdur.

Azərbaycan KP MK-nın üzvü(1960–1983)

Məmməd Əsgərov dövlətə xidmət sahəsində qazandığı nailiyyətlərə görə bir çox orden və medallarla təltif edilmiş,1968-ci ildə Azərbaycan SSR əməkdar aqronomu fəxri adına layiq görülmüşdür. Daha sonra 4-dəfə "Lenin" ordeni, 2-dəfə "Qırmızı əmək bayrağı" ordeni,"Oktyabr inqilabı" ordeni ən əsası O,1973-cü ildə sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmməd Əsgərov haqqında məlumat. Məmməd Əsgərov nədir? Məmməd Əsgərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Kordova xilafəti

  • Fevral 27, 2026

    1634-cü il

  • Fevral 27, 2026

    Mosul şəhəri

  • Fevral 27, 2026

    1917-ci il

  • Fevral 27, 2026

    Hollandca

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst