Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yavaş şəhər (it. Cittaslow) — 1999-cu ilin oktyabr ayında İtaliyada yaradılan beynəlxalq hərəkat. Yavaş hərəkətin bir hissəsidir. 2018-ci ilədək 236 üzv şəhər v

Yavaş şəhər

  • Ana Səhifə
  • Vikipediya
  • Yavaş şəhər

Yavaş şəhər (it. Cittaslow) — 1999-cu ilin oktyabr ayında İtaliyada yaradılan beynəlxalq hərəkat. Yavaş hərəkətin bir hissəsidir. 2018-ci ilədək 236 üzv şəhər var. Hərəkatın məqsədi həyatın ritmini yavaşlatmaqla şəhərlərdə həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Cittaslow International
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 1999
Bağlanma tarixi 2005
Baş qərargahın yeri Orvieto, Terni, Umbriya, İtaliya
İqtisadi göstəriciləri
Birjada listinqi NASDAQ: NONAME
cittaslow.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

1999-cu ildə Bra şəhərində və digər üç italyan şəhəri həyatını "Sloufud" hərəkatının qurucusu Karlo Petrini prinsiplərinə uyğun olaraq dəyişməyə qərar verdi: zövq insanın iş mənfəətindən daha üstündür.

Hərəkat İtaliyada ən böyük dəstəyi tapsa da, 2006-cı ilədək Almaniya, Norveç və Böyük Britaniyada hərəkata daxil olmuşdular. 2009-cu ilin ortalarına qədər on dörd ölkənin iştirak etdiyi və eyni ildən etibarən Şimali Amerikanın ilk qəsəbəsi Koviçan Bey (ing. Cowichan Bay), Kiçik Körfəzinin Kanada dənizkənarı kəndi olan "Yavaş şəhərlər" hərkatına daxil olmuşdu.

Məqsəd və vəzifələri

Yavaş şəhər təşkilatının hər bir üzvü şəhər həyatının yeni fəlsəfəsinin əsasını təşkil edən 55 hərəkət prinsipinə riayət etməlidir.

Əsas prinsiplər:

  • Şəhərdəki həyat keyfiyyətinin yaxşılaşdırılması;
  • Orta və qloballaşma ilə qarşıdurma;
  • Ətraf mühitin qorunması;
  • Hər bir şəhərin mədəni müxtəlifliyini və yeganəliyini təbliğ etmək;
  • Sağlam həyat tərzi üçün şərait yaratmaq.

Bu məqsədlərə nail olmaq üçün nəqliyyat və səs-küyün azaldılması üçün tədbirlər görülür, yeni yaşıl və piyada zonaları yaradılır, yerli istehsalçılara dəstək verilir, məhsullarını istifadə edənlər, ekoloji cəhətdən səmərəli texnologiyalar tətbiq olunur, yaxşı qonşuluq və qonaqpərvərlik mühiti yaradılır.

Təşkilata üzvlük

İki kateqoriyalı üzvlük var: yalnız 50,000-dən az əhalisi olan bir şəhər, "Yavaş şəhər" (Cittaslow town) təşkilatının tam üzvü ola bilər, 50,000-dən çox insan "Yavaş şəhər" dəstəkçisi ola bilər, bəzi insanlar və ailələr "Yavaş şəhər" nin dostları ola bilərlər.

Təşkilata qoşulmaq üçün şəhər əvvəlcə "Yavaş şəhər" üçün tələblərin bir hissəsini qarşılamalı və hərəkət prinsiplərinə uyğun olaraq inkişaf etməlidir. Hərəkət üzvləri hər il üzvlük haqlarını ödəyirlər.

Təşkilatın üzvləri

ÖlkəYavaş şəhərlərSay
Avstraliya Avstraliya Qulva, Katumba, Blü Mauntaynz, Yea (ing. Yea) 4
Avstriya Avstriya Ens, Xartberq, Xorn 3
Belçika Belçika Şofonten, Anqyen, Evere, Lens (Lens), Silli (Silly) 5
Kanada Kanada Koviçan Bey (Cowichan Bay), Naramata (Naramata) 2
Çin ÇXR Qaoçun Yasi (Gaochun Yaxi) 1
Danimarka Danimarka Mariaqer-fyord, Svennborq 2
Finlandiya Finlandiya Kristinestad 1
Fransa Fransa Blankfor (Blanquefort), Kreon (Créon), Qrinyi, Labastid-d’Armanyak (Labastide D’Armagnac), Mirand, Seqonzak, Valmondua 8
Almaniya Almaniya Bad-Şussenrid, Bişofsxaym, Bliskastel, Daydesxaym, Xersbruk, Lüdinqxauzen, Nördlinqen, Pentslin, İberliqen, Valdkirx, Virsberq 11
 Böyük Britaniya Aylşem (Aylsham), Berik-apon-Tuid, Diss (Diss), Mold (Mold), Pert (Perth) 5
Macarıstan Macarıstan Xodmezövaşarxey 1
İslandiya İslandiya Düpivoqür 1
İrlandiya İrlandiya Klonakilti 1
İtaliya İtaliya Abbiateqrasso, Akkualanya, Akvapendente, Altomonte, Amalfi, Ameliya, Anqyari, Barqa (kommun), Batsano, Borqo-Val-di-Taro, Bra, Briziqella, Buçine, Kayatso, Kapalbio, Kazalbeltrame, Kastel-Kampano (Castel Campagnano), Kstel-San-Pyetro-Terme, Kastelnovo-ne’-Monti, Kastelnuovo-Berardenqa, Kastilyone-in-Teverina, Kastilyone-Olona, Çerreto-Sannita, Kyavenna, Kyaverano, Çisternino, Çitta-della-Pyeve, Çitta-Sant’Ancelo, Çivitella-in-Val-di-Kyana, Kutilyano, Fontanellato, Frankavilla-al-Mare, Qaleata, Culiano-Teatino, Qreve-in-Kyanti, Qrumes, Quardyaqrele, Levanto, Marradi, Massa-Marittima, Monte-Kastello-di-Vibio, Montefalko, Novellara, Orsara-di-Pulya, Orvieto, Pelleqrino-Parmense, Penne, Pyanella, Pollika, Pozitano, Pratovekkyo, Preçi, Ribera (Ribera), San-Daniele-del-Friuli, San-Cemini, San-Miniato, San-Potito-Sannitiko, San-Vinçentso, Santa-Sofiya, Santarkancelo-di-Romanya, Skandiano, Stiya, Suvereto, Telyo, Termoli, Tirano, Todi, Tolfa, Torcano, Trani, Trevi, Dzibello 72
 Yaponiya Kesennuma 1
Niderland Niderland Alfen-Xam, Borqer-Odorn, Qerde (Heerde), Midden-Delfland, Vals 5
Yeni Zelandiya Yeni Zelandiya Matakana (Rodney District) 1
Şimali Kipr Türk Respublikası ŞKTR/Kipr Kipr Yeniboğaziçi 1
Norveç Norveç Eydskuq, Levanger, Sokndal 3
Polşa Polşa Barçevo, Biskupets, Biştınek, Dobre-Myasto, Qoldap, Lidzbrak-Varminski, Lübava, Murovana-Qoslina, Nove-Myasto-Lübavske, Olştınek, Reşel, Rın 13
Portuqaliya Portuqaliya Laquş, San-Braş-di-Alportel, Silviş, Tavira, Viana do Kastello (Viana do Castello), Vizela 6
Cənubi Afrika Respublikası CAR Secfild (Sedgefield) 1
Cənubi Koreya Cənubi Koreya Çxonson, Tamyan, Xadon, Çeçxon, Namyacu, Sancu, Sinan, Vando, Yonvol, Esan 11
İspaniya İspaniya Baqur, Biqastro, Lekeytio, Munqia, Pals, Rubyelos-de-Mora 6
İsveç İsveç Falçöpinq 1
İsveçrə İsveçrə Mendrizio 1
Türkiyə Türkiyə Akyaka, Gökçeada, Halfeti, Perşembe, Seferihisar, Taraklı, Vize (Kırkareli), Yalvaç, Yenipazar 9
ABŞ ABŞ Ferfaks, Sebastopol, Sonoma 3

Həmçinin bax

  • Yavaş hərəkat
  • Sloufud

Ədəbiyyat

  • Карл Оноре. Без суеты: Как перестать спешить и начать жить. М.: Альпина Паблишер. 2014 [In Praise Of Slow How A Worldwide Movement Is Challenging The Cult Of Speed]. səh. 260. ISBN 978-5-9614-4790-3.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yavaş şəhər sözünün mənası, yavaş şəhər haqqında məlumat. yavaş şəhər nədir? yavaş şəhər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Kriosfer

  • Mart 01, 2026

    Yu-çenq xəstəliyi

  • Fevral 27, 2026

    Umor xan

  • Fevral 27, 2026

    Arxeopteriks

  • Mart 01, 2026

    Zic-Elxani

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst