Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

NASDAQ (National Association of Securities Dealers Automated Quotations) — rəsmi bir redaksiyası olmayan dəzgah üstü birjalarda (OTC) əməliyyat görən qiymətli k

NASDAQ

  • Ana Səhifə
  • Vikipediya
  • NASDAQ

NASDAQ (National Association of Securities Dealers Automated Quotations) — rəsmi bir redaksiyası olmayan dəzgah üstü birjalarda (OTC) əməliyyat görən qiymətli kağızlar üçün alqı-satqı qiymətlərinin göstərildiyi avtomatik məlumat şəbəkəsi olaraq Nyu-Yorkda qurulmuş özəl birjadır. 8 fevral 1971-ci ildə NASDAQ fond birjasının əsası qoyulmuşdur. Dünyanın texnoloji birjası olaraq qəbul edilir.

NASDAQ

Mündəricat

NASDAQ indeksləri

NASDAQ birjasında təkcə yüksək texnologiyalı şirkətlərin səhmləri siyahıya alınmır və buna görə də hər biri iqtisadiyyatın müvafiq sektorundakı vəziyyəti əks etdirən indekslərin bütöv bir sistem yaranıb. Hazırda NASDAQ birjasının elektron sistemində ticarət edilən qiymətli kağızların cari qiymətləri (kotirovkalara) əsasında on üç indeks mövcuddur.

Nasdaq Kompozit (ümumi fond indeksi)

Nasdaq Kompozit indeksi NASDAQ birjasında bütün siyahıya alınmış şirkətlərin səhmləri daxildir (ümumi sayı 5000-dən çox). Bazar dəyərin hesablama üsulu: şirkətin səhmlərinin ümumi sayı bir səhmin cari bazar dəyərinə vurulur.

Nasdaq-100 (fond indeksi)

Nasdaq-100 fond indeksi kapitallaşma üzrə və səhmləri NASDAQ birjasında satılan 100 ən böyük şirkəti əhatə edir. İndeksə maliyyə sektorundakı şirkətlər daxil deyil. 2021-ci ilə olan məlumata görə, Nasdaq-100 fond indeksin ümumi siyahısının 57%-i texnologiya şirkətləridir. Nasdaq birjasında QQQ tikeri (səhm simvolu) altında olan fond Nasdaq-100 fond indeksin dinamikasını yüksək dəqiqliklə təkrar edir.

Digər NASDAQ indeksləri

NASDAQ Bank Index — bank sektorundakı şirkətlər üçün

NASDAQ Biotechnology Index — tibb və əczaçılıq şirkətləri üçün

NASDAQ Computer Index — kompüterlər üçün proqram təminatı və texniki təchizat hazırlayan şirkətlər üçün

NASDAQ Financial Index — banklar və sığorta şirkətləri istisna olmaqla, maliyyə sektorundakı şirkətlər üçün

NASDAQ Industrial Index — sənaye şirkətlər üçün

NASDAQ Insurance Index — sığorta şirkətləri üçün

NASDAQ Telecommunications Index — telekommunikasiya şirkətləri üçün.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, NASDAQ haqqında məlumat. NASDAQ nədir? NASDAQ nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Biogen

  • Fevral 25, 2026

    Zaratuştra

  • Fevral 27, 2026

    Rusudan

  • Fevral 27, 2026

    Qanadlı həşəratlar

  • Fevral 27, 2026

    Kizomba (rəqs)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst