Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yapon durnası (lat. Grus japonensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyv

Yapon durnası

  • Ana Səhifə
  • Vikipediya
  • Yapon durnası

Yapon durnası (lat. Grus japonensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. Uzaq Şərq və Yaponiya ərazisində yayılmış nadir növ. Onların ümumi sayı 1700–2000 baş olaraq qiymətləndirilir. Tamamən yoxa çıxması təhlükəsi qarşısında olmuşdur. Bu səbəbdən Beynəlxalq və yerli qanunlarla qorunur. XX əsrin üçüncu yarısında yapon durnası artıq Hokkoyda adasında geniş əraziyə yayıldıqdan sonra artıq qonşu Saxalin, Kunaşir, Habomai adalarında da görünməyə başlayır.

Yapon durnası
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Neoaves
Klad:
Gruimorphae
Dəstə:
Durnakimilər
Yarımdəstə:
Grui
Fəsiləüstü:
Gruoidea
Fəsilə:
Durnalar
Cins:
Durna
Növ:
Yapon durnası
Beynəlxalq elmi adı
  • Grus japonensis Filipp Lüdviq Statius Müller, 1776[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  176184
NCBI  30415
EOL  45518779

Mündəricat

Təsviri

Ən böyük durna növlərindən biridir. Boyu 158 sm, çəkisi 7,5 kq-dır. Xariçi görünüş baxımından digər durna növlərindən fərqlənir. Lələklərin əksəriyyəti, o cümlədən örtük lələkləri (digər növlərdən fərqli bir xüsusiyyət) parlaq ağdır. Yetkin quşlarda başın yuxarı və ön hissəsindəki heç bir lələk yoxdur. Bu yerdəki dəri parlaq qırmızı rəngdədir. Ayaqları tünd bözdur. Erkək və dişi fərdlər arasında kəskin fərqlər olmasa da erkəklər nisbətən iri olur. Cavan fərdlərin görünüşü nisbətən fərqlidir. Boyunlarında ağ, sarı, parlaq-qəhvəyi və parlaq-boz rəngli lələklər olur. Yarımnövlər əmələ gətirmir.

Yayılması

Yapon durnası

Təbiətdə yayılma arelı 84 min. km² və ancaq Uzaq şərq, Yaponiya ilə məhdudlaşır. Bu quşların iki populyasiyası müşahidə edilir. Onlardan biri Yaponiyanın şərqi və Cənubi Kuril adaları ərazisində yayılmışlar. Onlar "ada" durnaları adlandırılır. İkinci populyasiya isə Amur və Ussuri çayları hövzəsində, Rusiyanın cıənub-şərqində, Çinin şoimal-şərqində Monqolustan sərhədinə qədər olan ərazidə yayılmışlar. Bu populyasiya "materik" durnaları adlanır. Bundan əlavə bu durna növləri Çinin Lyaonin vilayətində Şuantay Hekou (ing. Shuangtai Hekou Nature Reserve) milli parkı ərazisində kütləvi şəkildə yuvalayaraq bala çıxarırlar. Mateik populyasiyası qışda Koreya Yarımadasına köç edir. Əsasən qamışlıqlarda yuva qururlar. Qurumuş bitkilərin olduğu sahələrdən uzaq olurlar. Çoxalma dövründə olduqca həssas olur və insanların yaşadığı ərazilərdən uzaqlaşırlar.

Qış miqrasiyası zamanı düyü və buğda sahələri, çay estuarilərində ilə qidalanır

Çoxalması

Yapon durnası balaları ilə

Yumurtlama ərazisinə durnalar martın sonu aprelin əvvələri qədəm qoyurlar. Yuvalar ortalama Amur ətrafı ərazilərdə 4–12 km², Hokkaydoda 0,7–7,8 km², Çində isə 2,6 km² ərazidə yayılır. Yuvaların yrləşdiyi ərazilərdə suyun dərinliyi 10–50 sm arasında dəyişir. Yuvalar insan məskənlərində uzaqda salınır. Yuvanın qoyunması erkəyin əsa vəzifəsidir. Dişi adətən iki yumurta qoyur. Çində yumurtalar adətən 10 – 13 aprel, Priamurda isə 16 – 22 apreldə qoyulur. Yumurtanın inkubasiya dövrü 29–34 gündür. Durnaların digər növlərinə nisbətdə balalar aqresiv deyillər. Bu səbəbdən balaların hər ikisi sağ qala bilir. Balalar artıq 95-ci gündə üçürlar.

Qidalanması

Yapon durnaları həy şeylə qidalanırlar. Qıdalarına bataqlıq bitkiləri, düyü, buğda, qarğıdalı, molyusklar, suda-quruda yaşayanlar, balıqlar və kiçik gəmiricilər daxildir.

Təhlükə və qorunma

Say baxımından Yapon durnaları durna növləri arasında yalnız Amerika durnasını keçir. XX əsrdə sayları olduqca azlmışdır. Düşünülür ki, İkinci Dünya müharibəsi dönəmində sayları olduqca azlmışdır. Növ hazırda qorunur. Rusiyanın Qırmızı kitabına daxil edilmişdir.

Onların sayına təsir göstərən amillər onların yayılma areallarındakı torpaqların əkinə cəlbi, su hövzələrində su anbarlarının inşası ilə geniş qamışlıqların suyun altında qalması, dambaların inşası və sairdir. Digər təhlükə isə Cənubi Koreya ilə Çimali Koreya arasında başlaya biləcək istənilən münaqişədir.

Durnalar cizgi filmlərində

"Kunq-fu Panda" cizgi filmində durna vardır.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yapon durnası haqqında məlumat. Yapon durnası nədir? Yapon durnası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Motel

  • Fevral 23, 2026

    Bolqar dili

  • Fevral 27, 2026

    Əmir Xəttab

  • Fevral 27, 2026

    Rostov vilayəti

  • Fevral 27, 2026

    Cəfəri (əqidə)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst