Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əmir Xəttab (əsl adı Samir Saleh as-Suveyləm, ərəb. ثامر صالح عبد الله السويلم‎; 14 aprel 1969 – 20 mart 2002, Çeçenistan) — 1987–1992-ci illərdə Əfqanıstan müh

Əmir Xəttab

  • Ana Səhifə
  • Vikipediya
  • Əmir Xəttab

Əmir Xəttab (əsl adı Samir Saleh as-Suveyləm, ərəb. ثامر صالح عبد الله السويلم‎; 14 aprel 1969 – 20 mart 2002, Çeçenistan) — 1987–1992-ci illərdə Əfqanıstan müharibəsinin, 1993-cü ildə Tacikistanda vətəndaş müharibəsinin və 1995–2002-ci illərdə Rus-Çeçen müharibəsinin iştirakçısı, muzdlu döyüşçü və Çeçenistanın əfsanəvi səhra komandiri, Çeçenistanın Milli Qəhrəmanı.

Əmir Xəttab
ərəb. ثامر صالح عبد الله السويلم‎
Digər adı Samir Saleh as-Suveyləm
Doğum tarixi 14 aprel 1969(1969-04-14)
Doğum yeri Səudiyyə Ərəbistanı
Vəfat tarixi 20 mart 2002(2002-03-20) (32 yaşında)
Vəfat yeri
  • Çeçenistan, Rusiya
Vəfat səbəbi zəhərlənmə
Vətəndaşlığı Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı
Milliyyəti ərəb
Fəaliyyəti Mücahid

Səudiyyə Ərəbistanında varlı və mədəni bir ailədə dünyaya gəlib. Xəttab ingiliscə təhsil aldıqdan sonra 1987-ci ildə ABŞ-də lisey təhsili almaq hüququ qazandı. Həmin il sovet ordusuna qarşı Əfqanıstan müharibəsinin ən qızğın dövrlərindən idi. Dünyanın hər yerindən müsəlman gənclər Şeyx Abdullah Azzam (1989-da sui-qəsd nəticəsində öldürülüb), Şeyx Təmim Adnan (vəfat 1988) və Osama Ben Ladenin cihad çağırışlarına qoşularaq Əfqanıstana axın edirdilər. ABŞ-də təhsilini davam etdirmə vaxtı çatan Xəttab bir çox yoldaşlarının və qohumlarının etdiyi kimi, Əfqanıstana qısa bir ziyarətə getməyə qərar verdi. 1987-ci ildə ailəsi ilə vidalaşıb evindən ayrılan Xəttab o gündən sonra bir daha evinə, ailəsinin yanına dönmədi.

Sovet ordusu Əfqanıstanı tərk etmək məcburiyyətində qaldığı zaman Xəttab və bir neçə silahdaşı Tacikistanda vətəndaş müharibəsinə qatılmaq üçün 1993-cü ildə Tacikistana getdilər və 2 il burada dağlıq ərazidə döyüşlərdə iştirak etdilər.

1995-ci ildə Xəttab kiçik qrupu ilə Əfqanıstana qayıtdı və 1995-ci ilin yazında 8 mücahid yoldaşı ilə birlikdə buradan Çeçenistana yollandı. Bura gəldikləri ilk dövrdə onlar bölgələrdəki çeçenlərə döyüş və dini təhsil verməklə işə başladılar. Çeçenistanda (Xartoşoy 1995, Şatoy 1996, Yaşmardi 1996) və Dağıstanda (1997) əhəmiyyətli əməliyyatlara qatıldılar.

22 dekabr 1997-ci ildə tabeliyində olan 100 çeçen və xarici mücahiddən ibarət qrupu ilə Rusiya ərazisinə 100km girərək rus ordusunun 136-cı briqadasının mərkəzinə hücum etmişdilər. Bu basqında 300 rus əsgəri öldürüldü.

1996-cı ilin payızında Rusiyanın Çeçenistandan çəkilməsindən sonra Xəttab Çeçenistanda Milli Qəhrəman elan edildi. Şamil Basayev və Salman Raduyev kimi Çeçenistanın ən böyük komandirlərinin də qatıldığı mərasimdə ona Cəsarət Medalı təqdim edildi və Çeçen hökuməti tərəfindən general rütbəsi verildi.

Əmir Xəttab 19 mart 2002-ci ildə zəhərli məktubla öldürülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əmir Xəttab haqqında məlumat. Əmir Xəttab nədir? Əmir Xəttab nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 21, 2026

    19 oktyabr

  • Fevral 23, 2026

    6 dekabr

  • Fevral 17, 2026

    Kembric

  • Fevral 27, 2026

    Lümyer qardaşları

  • Fevral 27, 2026

    Savanna

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst