Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xerson quberniyası (rus. Херсонская губерния) — 1803–1922-ci illər aralığında Rusiya imperiyası daxilində mövcud olmuş inzibati-ərazi vahidi, quberniya. Xerson

Xerson quberniyası

  • Ana Səhifə
  • Vikipediya
  • Xerson quberniyası

Xerson quberniyası (rus. Херсонская губерния) — 1803–1922-ci illər aralığında Rusiya imperiyası daxilində mövcud olmuş inzibati-ərazi vahidi, quberniya. Xerson quberniyasının inzibati və siyasi mərkəzi indiki Ukraynanın Xerson şəhəri olmuşdur. 71 min kvadrat kilometr ərazini əhatə edən quberniyada təxminən 2.733 min nəfərə yaxın əhali yaşamışdır.

Xerson quberniyası
rus. Херсонская губерния
Gerb[d]
Gerb[d]

46°37′59″ şm. e. 32°36′00″ ş. u.HGYO


Ölkə Rusiya İmperiyası
İnzibati mərkəz Xerson
Tarixi və coğrafiyası
Yaradılıb 1803
Ləğv edilib 1922
Əhalisi
Əhalisi
  • 3.215.700 nəf.
Xerson quberniyası xəritədə
Xerson quberniyası xəritədə
Ardıcıllıq
← Novorossiysk quberniyası[d] Odessa quberniyası[d] →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1897-ci ildə Rusiya imperiyasında aparılmış ümumi siyahıyaalmayanın nəticələrinə görə quberniya şimal-qərbdən Podolsk quberniyası, şimaldan Kiyev general-quberniyası, şimal-şərqdən Poltava quberniyası, şərqdən Yekaterinoslav quberniyası, cənub-şərqdə Tavrida quberniyası, cənubda Qara dəniz və Bessarabiya quberniyası ilə həmsərhəd idi.

Xerson quberniyası müasir dövrdə Ukraynanın Nikolayev vilayəti, Kirovoqrad vilayəti, Odessa vilayəti kimi əraziləri tamamilə Xerson vilayəti və Dnepropetrovsk vilayətini isə qismən əhatə etməkdədir.

Quberniyanın iqtisadiyyatı əsasən kənd təsərrüfatına əsaslanırdı. Taxıl biçini zamanı imperiyanın müxtəlif bölgələrindən mövsümlük işləmək üçün on minlərlə kəndli kənd təsərrüfatı işçisi kimi buraya gəlir və burada işləyirdilər. Ənənəvi kənd təsərrüfatı sahələrindən başqa un dəyirmanı, distillə, metal emalı, dəmir hasilatı, çuğundur-şəkər emalı və kərpic sənayesi kimi imperiyanın hər quberniyasında olmayan bəzi xüsusi sahələr də, burada geniş inkişaf etmişdir.

Mündəricat

İnzibati bölgü

Yekaterinoslav general-qubernatorluğu 7 qəzadan (inzibati mərkəzləri mötərizədə) ibarət idi:

QəzaŞəhərGerbƏraziƏhali
TransliterasiyaKiril qrafikası
AleksandriyaАлександрійскійAleksandriya
11,165 km2
(4,311 kv. mil)
327,199
AnanivАнаньевскійAnaniv
10,289.2 km2
(3,972.7 kv. mil)
187,226
YelizavetqradЕлисаветградскійYelizavetqrad
15,866.8 km2
(6,126.2 kv. mil)
507,660
OdessaОдесскійOdessa
10,552.1 km2
(4,074.2 kv. mil)
532,729
TiraspolskyТираспольскійTiraspol
7,228.9 km2
(2,791.1 kv. mil)
206,568
XersonХерсонскійXerson
19,553 km2
(7,549 kv. mil)
532,956
Nikolayev hərbiləşdirilmiş quberniyasıНиколаевское воѣнное губернаторствоNikolayev
197.3 km2
(76.2 kv. mil)
92,000

Əsas şəhərlər

1897-ci ildə Rusiya imperiyasında aparılmış əhalinin ümumi siyahıyaalınmasına əsasən;
  • Odessa – 403,815 (rus– 198,233, yəhudi– 124,511, ukrayn– 37,925)
  • Nikolayev – 92,012 (rus– 61,023, yəhudi– 17,949, ukrayn– 7,780)
  • Yelizavetqrad – 61,488 (yəhudi– 23,256, rus– 21,301, ukrayn– 14,523)
  • Xerson – 59,076 (rus – 27,902, yəhudi– 17,162, ukrayn– 11,591)
  • Tiraspol – 31,616 (rus– 14,013, yəhudi– 8,568, ukrayn– 3,708)
  • Ananiv – 16,684 (ukrayn– 7,205, rumın – 4,174, yəhudi– 3,514)
  • Voznesensk – 15,748 (yəhudi– 5,879, ukrayn– 5,644, rus– 2,583)
  • Bobrynets – 14,281 (ukrayn– 9,529, yəhudi– 3,464, rus– 837)
  • Aleksandriya – 14,007 (ukrayn– 7,658, yəhudi– 3,687, rus– 2,364)
  • Beryslav – 12,149 (ukrayn– 8,852, yəhudi– 2,639, rus– 524)
  • Dubısari – 12,089 (yəhudi– 5,326, Romanian – 3,383, ukrayn – 2,841)
  • Novoqeorqiyevski – 11,594 (rus– 6,631, ukrayn– 3,372, yəhudi– 1,424)
  • Oçakov – 10,786 (ukrayn– 5,204, rus– 3,508, yəhudi– 1,430)
  • Novomirqorod – 9,364 (rus– 7,025, yəhudi– 1,617, ukrayn– 572)
  • Qriqoriopol – 7,605 (rumın– 3,740, rus– 1,832, yəhudi– 832)
  • Olviopol – 6,884 (ukrayn– 5,022, yəhudi– 1,480, rus– 271)
  • Ovidiopol – 5,187 (ukrayn 2,785, rus– 1,997, yəhudi– 387)
  • Mayaki – 4,575 (rus– 2,865, ukrayn– 944, yəhudi– 644)

Demoqrafiya

1858-ci ilə qədər əhalinin üçdə biri (hərbi mükəlləflər, admiral məskənləri, xarici kolonistlər və s.) hərbi vəziyyətə tabe idi. Quberniyanın 1812-ci ildə təxminən 245.000 əhalisi var idi; 1851-ci ildə 893.000; 1863-cü ildə 1.330.000; 1885-ci ildə 2.027.000; 1897-ci ildə 2.733.600; və 1914-cü ildə 3.744.600. 1850-ci illərdə quberniya əhalisinin əsas etnik tərkibi əsasən bu formada qruplaşmışdı; ukraynalılar (68–75%), rumınlar (8–11%), ruslar (3–7%), yəhudilər (6%), almanlar (4%), bolqarlar (2%), polyaklar, yunanlar və qaraçılar.

1914-cü ildə ukraynalılar əhalinin 53%-ni, ruslar 22%-ni, yəhudilər isə 12%-ni təşkil edirdi. 1850-ci illərə qədər şəhər sakinləri əhalinin 10–20 faizini təşkil edirdi şəhər sakinlərinin xüsusi çəkisi 1897-ci ildə təxminən 30%-ə yüksəldi. Xerson quberniyasının digər quberniyalardan fərqli olaraq mövsümlük işçiləri qəbul etməsi quberniyanın demoqrafik tərkibinin multikulturalist olmasına səbəb olmuşdu. Belə ki, 1897-ci ilin məlumatına əsasən quberniya əhalisinin 46% quberniya sərhədlərindən kənarda anadan olmuş və bu ərazilərə sonradan gəlmiş şəxslərdən ibarət idi.

1897-ci ilin məlumatına əsasən Xerson quberniyasının linqvistik tərkibi
DilAna diliFaiz
Ukrainca1,462,03953.48
Rusca575,37521.05
İvritcə322,53711.80
Rumınca147,2185.39
Almanca123,4534.52
Polyakca30,8941.13
Bolqarca25,6850.94
Belarusca22,9580.84
Yunanca8,2570.30
Tatarca3,1520.12
Ermənicə2,0700.08
Qaraçı1,6710.06
Fransızca1,3530.05
Çexcə1,3510.05
İtalyanca8340.03
İsveççə6620.02
Latışca6190.02
Türkçə5080.02
Litvaca4780.01
İngiliscə4750.01
Estonca3030.01
Gürcücə2010.01
Mordvaca1700.01
Digər dillər9190.03
Cəmi2,733,612100.00
1897-ci ilin məlumatına əsasən Xerson quberniyasının dini tərkibi
DinKişiQadınHər ikisi
SayFaiz
Şərqi ortodoks1,123,8601,067,2192,191,07980.15
İudaizm168,425171,485339,91012.43
Roma-Katolik53,14042,08795,2273.48
Lüteran29,22927,32856,5572.07
Qədim inanclar13,92314,13128,0541.03
Baptist2,7192,6965,4150.20
Mennonit2,7342,6525,3860.20
Kalvinist2,5072,5035,0100.18
Müsəlman1,9644032,3670.09
Erməni Həvari1,3079052,2120.08
Kəraim9541,0542,0080.07
Anqlikan80831630.01
Erməni Katolik5919780.00
Buddist1311240.00
Digər xristian məzhəblər64551190.00
Digər qeyri-xristian məzhəblər3030.00
Cəmi1,400,9811,332,6312,733,612100.00

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xerson quberniyası haqqında məlumat. Xerson quberniyası nədir? Xerson quberniyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məlik Aram

  • Fevral 27, 2026

    Mötəz (xəlifə)

  • Fevral 27, 2026

    Radioteleskop

  • Fevral 27, 2026

    Beverli-Hillz

  • Fevral 27, 2026

    Abbasabad (Savə)

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst