Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kəraimlər (kəraimcə. krım dialektində: tək. къарай, cəm. къарайлар; trakay dialektində: tək. karaj, cəm. karajlar; ivr. ‏קָרָאִים‏‎ — "kəraim", hərfən oxuyanlar

Kəraimlər

  • Ana Səhifə
  • Vikipediya
  • Kəraimlər

Kəraimlər (kəraimcə. krım dialektində: tək. къарай, cəm. къарайлар; trakay dialektində: tək. karaj, cəm. karajlar; ivr. ‏קָרָאִים‏‎ — "kəraim", hərfən oxuyanlar) — Belarus, Litva, Krım, Qərbi Ukrayna, Polşa, ABŞ, Rusiya, Dağıstan, Türkiyə, İsrail və Rumıniyada yaşayan Yəhudi Krım Türk xalqı.

Kəraimlər
Qaraylar
Krım Kəraimləri, 19-cu əsrdə ənənəvi geyimli Kəraim kişiləri
Ümumi sayı
2,500
Yaşadığı ərazilər
Ukrayna Ukrayna 1,196
 Krım 715
İsrail İsrail ~500
Polşa Polşa 346
Litva Litva 241
Rusiya Rusiya 205
Dili

Kəraim dili, Litva dili, Polyak dili, Rus dili, Rumın dili

Dini

Yəhudilik

Mənşəyi
Qıpçaq
Qohum xalqlar

Ural-Altay xalqları

Mündəricat

Tarixi

Kəraim xalqının və dininin adı "Bibliyanı oxumaq, öyrənmək, şöhrətləndirmək, onun davamçısı olmaq" mənasını daşıyan ərəb və qədim yəhudi sözü "kara"-dan gəlir. "Karaim" ifadəsi etnik, dil, və dini mənsubiyyəti göstərmək üçün işlənilir. Litva karaimləri nəzərdə tutulduqda bu iki ifadə üst-üstə düşür. Bu, xəzər və qıpçaq tayfalarından törənmiş türk qrupuna aid olan xalqdır. O, VIII-X əsrlərdə qüdrətli Xəzər dövlətinin tabeliyində olmuşdur.

Krım kəraimləri

Krım Xanlığının paytaxtı Solxat (indiki Starıy Krım) və Kafedə (indiki Feodosiya) Karaim icması XIII əsrdə mövcud idi.

XV əsrin əvvəllərində Kəraimlər alman səyyahı İoqann Şiltberqer tərəfindən Feodosiyanın təsvirində qeyd olunub. Xarkavinin fikrincə, kəraimlər Krımda şərqi yəhudilərlə, talmudistlərlə birlikdə XIII əsrdə məskunlaşıblar.

Krım kəraimlərinin əsas mərkəzi Çufutqala idi. XIX əsrdə Çufutqala əhalisi demək olar ki, yalnız kəraimlərdən ibarət olmuşdur.

Litva kəraimləri

Karaim ənənəsinə görə, Litva şahzadəsi Vitovt, 383 Karaite ailəsini Krımdan Trakaya, 1218/1392/1397-ci illərdə Krım yürüşündən sonra Lutsk və Qaliçə köçürdü. Oradan da Litva, Volın və Podolyenin digər şəhərlərində məskunlaşdılar.

Litvada kəraimlər

Kəraimlər orta əsrlərdən bəri Litvanın bəzi yerlərində qarışıq əhalisi olan yaşayış məntəqələrində (xristianlar, yəhudilər, tatarlar) kompakt şəkildə yaşayırlar. Müasir Litvada 250-dən az kəraim üç mütəşəkkil icmada yaşayır: Vilnüs (təxminən 150 nəfər), Trakay (50 nəfərdən az), Panevejis (30 nəfərdən az). Vilnüs və Trakayda aktiv kenassa kəraimləri(Panevejisdəki kenassa sovet dövründə söküldü) var. Vilnüsdə fəaliyyət göstərən kəraim qəbiristanlığı (iki hissəyə bölünmüş ümumi bir tatar-kəraim qəbiristanlığı) mövcuddur. Trakayda Kəraim Dövlət Etnoqrafiya Muzeyi fəaliyyət göstərir. Zaman zaman kəraim mövzusunda litva dilində kitablar və ya paralel şəkildə mətnlər litva və kəraim dillərində (latın qrafikası ilə) nəşr olunur. Tam kəraim dilində karaim namaz kitabları nəşr olunub. Litva müasir kəraim cəmiyyəti mədəni və ictimai işlərdə fəal iştirak edir.

Polşa kəraimləri

Polşada kəraimlər

2011-ci siyahıya alınmasına görə, müasir Polşada 346 kəraim yaşayır. Varşavada, Krakovda, Vroslavda və Qdanskda kəraim qrupları mövcuddur. Bir neçə kəraim təşkilatı vardır. Əsas təşkilat isə Polşa Kəraimlər Birliyi adlanır. Varşavada ayrıca bir kəraim qəbiristanlığı qorunur. Polşanın müasir kəraimləri özlərini etnik birlik kimi qəbul edir və əksər hallarda öz dini müqəddəratlarını itiriblər. Polşanın Kəraim Dini Birliyi rəsmi olaraq mövcud olsa da, aktiv dini icmaları yoxdur. Son illərdə kəraimli olan gənclərin öz tarixlərinə və mədəniyyətlərinə olan marağı əhəmiyyətli dərəcədə artmışdır.

İsrail kəraimləri

Sayları

Dünyada

İlKəraimlərin sayları
dünyada, nəf.
189712 894
191313 600
19268 300
19595 700
19793 341
19892 803
20021 890

Həmçinin bax

  • Seraya Şapşal

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kəraimlər haqqında məlumat. Kəraimlər nədir? Kəraimlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şahrux

  • Fevral 24, 2026

    Nyu-York (ştat)

  • Fevral 27, 2026

    E.ə. 1915

  • Fevral 27, 2026

    Qara Meşə

  • Fevral 25, 2026

    Malaqa

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst