Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xavər Ağarəhim oğlu Vəliyev 1905-cı ildə Bakının Zabrat qəsəbəsində anadan olub. Orta məktəbi elə burada bitirib. Gənc yaşlarından ordu sıralarında xidmət edib.

Xavər Vəliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Xavər Vəliyev

Xavər Vəliyev (1905, Bakı – 1966, Zabrat) — SSRİ ordusunun polkovniki.

Xavər Vəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1905(1905)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1966(1966) (60–61 yaşında)
Vəfat yeri
  • Zabrat, Lenin rayonu, Bakı, Azərbaycan SSR, SSRİ
Rütbəsi
  • polkovnik
Təltifləri "Lenin" ordeni "Qırmızı bayraq" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Bioqrafiya

Xavər Ağarəhim oğlu Vəliyev 1905-cı ildə Bakının Zabrat qəsəbəsində anadan olub. Orta məktəbi elə burada bitirib. Gənc yaşlarından ordu sıralarında xidmət edib. O, Zaqafqaziya hərbi piyada məktəbinə daxil olub, məktəbi bitirdikdən sonra bir müddət bölük komandiri vəzifəsində çalışıb.

1936-cı ildə o, Hərbi-Siyasi Akademiyanı müvəffəqiyyətlə bitirir. Çalışqanlığı və fəaliyyətinə görə Azərbaycan SSR Ali Sovetinə deputat seçilir. Əvvəlcə o, 73-cü Azərbaycan atıcı diviziyasında xidməti borcunu yerinə yetirir. 1938-ci ildə Bakının hərbi hava hücumundan müdafiəsi üçün 3-cü korpusuna komissar təyin edilir.

1941-ci ildə 396-cı Azərbaycan atıcı diviziyasının siyasi rəhbəri olan Xavər Vəliyevin komandası Kerç sahilində qərar tutmağa əmr alır. Düşmən üzərində hücum əməliyyatı hazırlanır. Daha sonra bu səhifəyə 1942-ci il Sevastopol uğrunda gedən döyüşlər yazıldı. Məhz bu döyüşlərdən sonra Xavər Vəliyev 416-cı Azərbaycan diviziyasına siyasi rəhbər təyin olundu.

1945-47-ci illərdə o, 4-cü ordunun siyasi rəhbəri vəzifəsində çalışır. 1947-ci ildə polkovnok rütbəsində Xavər Ağarəhim oğlu Vəliyev SSRİ Müdafiə Nazirliyi tərəfindən Azərbaycan SSRİ-nin hərbi komissarı təyin edilir. O, 1954-cü ilə qədər doğma respublikasının hərbi komissarı işləyir və hərb sahəsində öz xidmətini başa vurur. Orduda etdiyi xidmətlərə görə "Lenin", "Qırmızı bayraq" ordenləri, "İkinci dərəcəli Böyük Vətən müharibəsi iştirakçısı", "Qafqazın müdafiəsi uğrunda", "Almaniya üzərində qələbə" medalları və s. layiq görülür.

1955-ci ildən istefada olan polkovnik Xavər Vəliyev 1966-cı ildə vəfat edənə qədər Zabrat kənd sovetində sədr vəzifəsində çalışıb. Onun təşəbbüsü ilə tikilən 75 saylı orta məktəb bu gün Xavər Vəliyevin adını daşıyır.

Mükafatları

  • "Lenin" ordeni
  • "Qafqazın müdafiəsinə görə" medalı
  • "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xavər Vəliyev haqqında məlumat. Xavər Vəliyev nədir? Xavər Vəliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Nəbilər (Şuşa)

  • Mart 01, 2026

    Subirələri

  • Fevral 27, 2026

    Manaqua

  • Fevral 25, 2026

    General

  • Fevral 27, 2026

    Kərkük (el)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst