Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elastiklik (ing. elasticity) — iqtisadi nəzəriyyədə bir göstəricinin (məsələn, tələb və ya təklif) digər göstəricinin (məsələn, qiymət, gəlir) dəyişməsinə necə

Elastiklik (iqtisadiyyat)

  • Ana Səhifə
  • Vikipediya
  • Elastiklik (iqtisadiyyat)

Elastiklik (ing. elasticity) — iqtisadi nəzəriyyədə bir göstəricinin (məsələn, tələb və ya təklif) digər göstəricinin (məsələn, qiymət, gəlir) dəyişməsinə necə reaksiya göstəridiyinin ölçüsüdür.

Bu yalnız bir-birinə təsir edə bilən göstəricilər üçün hesablanır. Elastiklik iki göstəricinin həcmindəki faiz dəyişikliklərinin nisbəti kimi hesablanır. Bu aşağıda göstərilən bəzi suallara cavab tapmaqda kömək edir:

  • Əgər istehsal etdiyim məhsulun qiymətini aşağı salsam, əlavə olaraq nə qədər məhsul sata biləcəm?
  • Əgər bu məhsulun qiymətini qaldırsam, bu digər bir əmtəənin satışına necə təsir edəcək?
  • Əgər məhsulun bazar qiyməti aşağı düşərsə, bu bazardakı firmların təklif həcminə necə təsir edəcək?

Elastikliyin dərəcəsini əks etdirən ölçü vahidi elastiklik əmsalı adlanır.

Elastiklik dərəcəsindən asılı olaraq göstəricilər arasındakı əlaqə elastik (>1), vahid elastik (=1) və qeyri-elastik (<1), habelə xüsusi hallarda tam qeyri-elastik (=0) və sonsuz elastik ola bilər. Elastik əlaqədə bir göstərici digərinin dəyişməsinə çox həssasdır. Məsələn, məhsulun qiymətinin 10% enməsi həmin məhsula olan tələbi 20% artırır. Qeyri elastik əlaqədə bir göstərici digərinin dəyişməsinə az həssasdır. Məsələn, məhsulun qiymətinin 10% qalxması ona olan tələbi 5% endirir. Vahid elastiklikdə isə bir göstərici neçə faiz dəyişirsə digəridə eyni dərəcədə dəyişir. Məsələn, məhsulun qiymətinin 10% enməsi ona olan tələbi 10% artırır.

Bundan əlavə, elastiklik hər bir nöqtədə eyni deyildir. Məsələn, aşağı qiymət səviyyəsində qiymət dəyişikliyi daha elastikdir, amma yüksək qiymət səviyyəsində bu hal əksinə olur.

Mündəricat

Təklifin qiymət elastikliyi

Təklifin qiymət elastikliyi təklifin həcminin qiymət dəyişikliklərinə necə reaksiya verdiyini ölçür. Bu əmtəənin xüsusiyyəti ilə sıx bağlıdır. Belə ki, əgər sahibkar artan tələb qarşısında istehsalını rahatlıqla artıra bilirsə, qiymət elastikdir. Əgər mümkün deyilsə, qeyri-elastikdir.

Məsələn, əgər dağ xizəyinin qiyməti qalxarsa, istehsalçı yeni bir xizək meydancası tikmək məqsədilə dağ kəşf edə bilməyəcəyi üçün burada istehsalın artırılması imkanları məhduddur. Bu səbəbdən bu məhsulun təklifi qeyri-elastikdir. Digər bir məhsula nəzər yetirək. Meyvə şirəsinin qiyməti qalxdıqda, istehsalçı çox rahat bir şəkildə iş rejimini artırır, daha çox xammal cəlb edir və istehsalı artırır. Belə məhsullar elastikdir.

Təklifin qiymət elastikliyinin hesablanması

Təklifin qiymət elastikliyi haqqında müəyyən anlayış əldə etdikdən sonra, gəlin onun necə hesablanmasına baxaq:

Təklif.q.e. = Təklifin həcmindəki faiz dəyişikliyi/ Qiymətdəki faiz dəyişikliyi

Tələb əyrisində olduğu kimi təklif əyrisi üzərində də müxtəlif elastikliyə malik nöqtələr vardır(Bax: Şəkil 3).

Miqyas elastikliyi

Miqyas elastikliyi və ya başqa ədəbiyyatlardakı adı ilə istehsal elastikliyi istehsal amillərinin həcmindəki dəyişikliyin istehsal həcminə necə təsir etdiyini əks etdirir. Başqa sözlə, miqyas elastikliyi istehsal həcmindəki faiz dəyişikliyinin istehsal amillərinin həcmindəki faiz dəyişikliklərinə nisbəti kimi hesablanır.

Şəkil 3

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elastiklik (iqtisadiyyat) haqqında məlumat. Elastiklik (iqtisadiyyat) nədir? Elastiklik (iqtisadiyyat) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Türk köçləri

  • Fevral 27, 2026

    Terrassa

  • Fevral 27, 2026

    Oil dilləri

  • Fevral 24, 2026

    Borçalı qəzası

  • Mart 01, 2026

    Austerlits döyüşü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst