Hal-hazırda Azərbaycanca Vikipediyada 212.040 məqalə mövcuddur.
Məqalə yarat
Mündəricat
Kömək istə
Cəsur ol!
Həftəninseçilmişməqaləsi
Əlaüddövlə Bozqurd bəy Zülqədər (1479 – 1515) — 1480-ci ildən vəfatına qədər Zülqədəroğulları bəyliyinin onuncu hökmdarı. Kiçik Asiyada qurulmuş Zülqədəroğulları bəyliyi Osmanlı imperiyası, Məmlük sultanlığı, Ağqoyunlular və yeni yaranan Səfəvilər dövləti kimi Qərbi Asiyanın böyük dövlətləri arasında strateji mövqedə yerləşən kiçik bir bufer dövlət idi. Zülqədəroğulları bəyliyinə nəzarət uğrunda rəqabət aparan Məmlüklər, Osmanlılar və Səfəvilər daim bəyliyin daxili işlərinə müdaxilə etmiş və sülalə üzvlərindən öz namizədlərini hakimiyyətə gətirməyə çalışmışdılar. Əlaəddövlə Bozqurd bəy Osmanlı sultanı II Mehmedin (hakimiyyəti: 1444–1446, 1451–1481-ci illər) köməyi ilə hakimiyyətə gəlmiş və öz qızı Ayşə Xatunu Osmanlı şahzadəsi Bəyazid ilə evləndirmişdi.
(Davamı...)
Həftəninyaxşıməqaləsi
Ülviyyə Sultan — 34-cü Osmanlı sultanı II Əbdülhəmidin ilk xanımı Nazikəda Qadınəfəndidən olan yeganə övladı və ilk qızı. Ülviyyə Əbdülhəmidin sevimli qızı idi. O, təxminən 7–9 yaşlarında ikən bir yanğında ölmüşdür. Ülviyyə Sultan 1864 və ya 1868-ci ildə Konstantinopoldakı (indiki İstanbul) Dolmabağça sarayında anadan olmuşdur. Anası Əbdülhəmidin ilk xanımı olan çərkəzəsilli Nazikəda Qadınəfəndidir. Ülviyyə Nazikəda Qadınəfəndinin yeganə övladı idi, lakin onun ən azı 16 ögey qardaşı və bacısı var idi. Mənbələr onun Əbdülhəmidin ən sevimli qızı olduğunu bildirir. Ülviyyə zahirən çox gözəl uşaq olaraq təsvir edilmişdir: "çox şirin, çox ağıllı, yaşına görə çox gözəl qız idi… qaragözlü, uzun kirpikli, ağdərili, çəhrayı yanaqlı olan o, bir mələk kimi idi".
(Davamı...)
Həftəninseçilmişsiyahısı
Eldəniz hökmdarlarının siyahısı — Eldənizlər sülaləsindən olan hökmdarların siyahısı. Qıpçaq əsilli Eldəniz hakimiyyətinin əsası Bərdə və Naxçıvan mərkəz olmaqla 1136-cı ildə Şəmsəddin Eldəniz tərəfindən qoyulmuşdur. Həmçinin Şəmsəddin Eldəniz və Məhəmməd Cahan Pəhləvan dövründə Eldənizlər ən qüdrətli dövrünü keçirmişdir. Bu dövrdə öz hakimiyyət sahələrini Azərbaycan, Şərqi Anadolu, Ərəb İraqı, Əcəm İraqı, Şirvan, Gilan, Mazandaran, Kirman, Fars və Xuzistana doğru genişləndirmişdilər. Eldənizlərin paytaxtı müxtəlif dövrlərdə Bərdə, Naxçıvan, Həmədan və Təbriz şəhərləri olmuşdur.
(Davamı...)
Gününseçilmişşəkli
Xəbərlər
Seyful-İslam Qəddafi 2021-ci ildə
Liviya prezidentliyinə namizəd, Müəmmər Qəddafinin oğlu Seyful-İslam Qəddafi(şəkildə) sui-qəsd nəticəsində öldürülüb.
İtaliya modelyeri, eyniadlı moda evinin qurucusu Valentino 93 yaşında vəfat edib.
Aktual hadisələr: İran etirazları • Rusiya–Ukrayna müharibəsi • Sudanda vətəndaş müharibəsi
Son ölümlər: Eleni Qlikadzi-Arveler, Robert Dyuval, Dora Maurer, Fəzail Ağamalı, Rasim Məmmədov, Məsudi Dövran
Bilirsinizmi?
Vitold Zqlenitski
Xəzər dənizinin dibindən neftin çıxarılması təklifini ilk dəfə Vitold Zqlenitski(şəkildə) vermişdir.
Yezuit missioneri Qaspar Barzeus Səfəvilər imperiyası tərkibində Hörmüz adasının hökmdarı Turanşahı vəftiz etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumət kabinetində səhiyyə naziri Abram Dastakyan və portfelsiz nazir Xoren Amaspür olmaqla 2 erməni nazir olmuşdur.
Banqladeş hökumətinin istefası ilə nəticələnən etirazların ardınca təşkil olunmuş müvəqqəti hökumətin başçısı Məhəmməd Yunus UNEC rektorunun müşaviridir.
Rusiya imperiyasının I Dövlət Dumasına seçilmiş 5 azərbaycanlıdan biri olan Məmmədtağı Əliyev Şamaxı soyqırımında daşnaklar tərəfindən yandırılaraq öldürülmüşdür.
Tarixdəbugün
23 fevral: III Leopoldun kral olması, Manilanın azad edilməsi III Leopold