Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xanka — Çinin Xeylunszyan vilayəti və Rusiyanın Primorsk diyarı ərazisində yerləşən sərhər gölüdür. Ümumilikdə Xanka Uzaq şərqin ən iri şirinsulu gölüdür. Onun

Xanka gölü

  • Ana Səhifə
  • Vikipediya
  • Xanka gölü

Xanka — Çinin Xeylunszyan vilayəti və Rusiyanın Primorsk diyarı ərazisində yerləşən sərhər gölüdür. Ümumilikdə Xanka Uzaq şərqin ən iri şirinsulu gölüdür. Onun sahəsi 4070 km² təşkil edir. Uzunluğu 95 km, orta dərinliyi 4,5 m, ən dərin yeri isə 10,6 m olan göldür.

Xanka gölü
çin. 興凱湖, 兴凯湖, rus. Xaнка
Ümumi məlumatlar
Mütləq hündürlüyü 68-70 m
Eni 45 km
Uzunluğu 90 km
Sahil uzunluğu 308 km
Sahəsi 4070 km²
Həcmi 18,3 km³
Dərin yeri 10,6 m
Orta dərinliyi 4,5 m
Yerləşməsi
45°01′00″ şm. e. 132°25′00″ ş. u.HGYO
Ölkələr
  •  ÇXR
  •  Rusiya
Xanka gölü xəritədə
Xanka gölü
Xanka gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gölə 24 çay axır. Onlar arasında ən iriləri Melqunovka, İlistaya, Sunqaça, Komissarovka və Ussuri çaylarıdır. Gölün kənarında Turıy Roq, Novonaçalnik və Kamen-Rıbalov kəndləri yerləşir. Göldə Rusiya və Çinin təşkil etdiyi müştərək qoruq yaradılmışdır.

Mündəricat

Etimalogiyası

Delilin 1706-cı il xəritəsində gölün adı Xinqon olaraq keçir və ondan çay axır. Bu çay iki adla göstərilir — Usurou və Ousuri İ. М. Хаsii (alm. Johannes Matthiæ Hasii‎, (1684—1742) 1739-cı ildə yrrdiyi məlumatda göldən axan çayları Ousouri və Şur adlandırır.

De'Anvilin 1752-ci ildə tərtib etdiyi xəritədə Xinka adlandırılır və ondan artıq Sonqaçan çayı başlayır. XVIII əsr xəritəsində isə Qinka gölündən Uzuri çayı başlayır.

1861-ci ildə M. Popovun xəritəsibdə böyük göl «Kenqka» kiçik göl isə «Ai-Kenqka» adlandırılır.

1864-ci xəritələrində gölün adı «Xinkay (Sinkay)» olaraq keçir.

L.İ.Şkrenkin etnoqrafik xəritəsində böyük gölün adı «Xanka», kiçik gölün adı isə «Kiçik Xanka» olaraq keçmir.

Araşdırmaçı, naturalist-səyyah Arsenev göl haqqında belə yazır:Gölün lyason sülaləsinin dönəmində Beysin-xay adlansada hazırda Xanka adlandırılır. Xanka adı „хаnхаy“ sözündən törəyib, mənası tökülmə yeri mənasını verir. Sonradan isə хаnхаy sözü ruslar tərəsindən təhrif edilərək Xankaya çevrilmişdir.

Fiziki-coğrafi xüsusiyyətləri

Gölün qərb sahiləri

Xeylunszyan vilayəti və Primorsk diyarı ərazisində yerləşən sərhəd gölüdür. Gölün şimalı Çinə məxsusdur. Göl armudvari formaya malikdir. Gölün səviyyəsi iqlim şəraitindən asılı olaraq dəyişir. Maksimal səviyyə 5010 km², minimal isə 3940 km² olur. Gölün uzunluğu 90 km, mksimal eni isə 67 km təşkil edir. Gölə 24 çay tökülür. Bircə Sunqaça çayı göldən başlayır və Ussuri ilə birləşir. Ussuri isə öz növbəsində gölü Amur çayı ilə birləşdirir. Gölün orta dərinliyi 4,5 m təşkil edir. Ən dərin yeri 10,6 metrdir. Gölün suyu durğundur. Orta axın sürəti 1,94 km³ təşkil edir

Gölün şimal hissəsində Kiçik Xanka gölündən qumlu burunlar ayrılır. Göl əsasən noyabrın ikinci yarısından aprelə kimi donur.

Xanka gölünün rəngarəng heyvan və bitki aləminə malikdir. 1990-cı ildə Xanka gölünün ərazisi də daxil olmaqla goruğun yaradılması haqqında qərar qəbul edilir. 1996-cı ildə isə Çin və Rusiya müştərək qoruğun yaradılması haqqında sənəd hər iki ölkə tərəfindən təstiqlənir.

Su-bataqlıq sahəsi unikaldır. Xankada bir çox balıq və onurğasız növləri vardır ki, onlar endemikdirlər. Göldə 52 növ balıq yaşayır. Onların yarıya qədəri Çəkilərə daxildir. Sahillərində rəngarəng köçəri quşlar yuva qoyur.

Gölün öyrənilmə tarixi

Xanka gölü qədimdir. Onun suları və sahilləri balıq və quşlarla zəngindir. Onun qədim adlarında bir «Xankay-Omo» adıdır. Xankadan tutulan balıqlar hələ orta əsirlərdən Çin və Çjurçjen imperatorlarının süfrələrini bəzəyirdi.

1868-ci ildə burada Nikolay Prjevalski olmuş və ətraf ərazilərdə yaayılmış flora və fauna nümayəndələrini qeydə almışdır.

1902-ci ildə Vladimir Klavdieviç Arsenev ilk ekspedisiyasını gölün yerləşdiyi əraziyə təşkil etmişdir.

İstirahət və turizm

Gölün sahili

Xanka gölünün dayazlığı səbəbindən yaxınlıqdakı Yapon dənizinə nisbətən suyu daha tez qızır. Suyunun qulanıq olmasına baxmayaraq onda istirahət etmək istəyənlərin sayı kifayət qədərdir. Şərq sahilləri dayazdır. Dekək olar ki, çimərlikləri yoxdur. Sahillərini manqrov kolluqları basmışdır. Dabi narın qum və lildir. Qərb hissədən gölün digər saihili görünmədiyindən dənizi xatırladır. Yszın axırı yayın əvvəllərində gölə güclü küləklər əsir. Yayda gölün ətrafı çiçəkləyir. Suyunun temperaturu +30° olur.

İncəsəntdə

  • 1970-ci ildə tanınmış yapon kinorejisoru Akira Kurosava «Dersu Uzala» sənədli filmini çəkmişdir. 2000-ci ildə isə onun oğlu atası haqqında film çəkərkən göldə olmuşdur.
  • Göl Primorsk diyarından Rusiyanın 10 əsas rəmzinə namizəd olaraq göstərilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xanka gölü sözünün mənası, xanka gölü haqqında məlumat. xanka gölü nədir? xanka gölü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Analitik mexanika

  • Fevral 27, 2026

    Qaradağlı (Xocavənd)

  • Fevral 27, 2026

    I Keyxosrov

  • Fevral 24, 2026

    Mets

  • Fevral 27, 2026

    Zimbabve

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst