Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vəli Qədimov (12 yanvar 1940, Balaxanı – 15 aprel 2009, Balaxanı) — Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, mahir klarnet ifaçısı.

Vəli Qədimov

  • Ana Səhifə
  • Vikipediya
  • Vəli Qədimov

Vəli Qədimov (12 yanvar 1940, Balaxanı – 15 aprel 2009, Balaxanı) — Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, mahir klarnet ifaçısı.

Vəli Qədimov
Ümumi məlumatlar
Doğum adı Vəli Qədimov
Doğum tarixi 12 yanvar 1940(1940-01-12)
Doğum yeri
  • Balaxanı, Lenin rayonu, Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 15 aprel 2009(2009-04-15) (69 yaşında)
Vəfat yeri
  • Balaxanı, Sabunçu rayonu, Bakı, Azərbaycan
Dəfn yeri
  • Balaxanı
Musiqiçi məlumatları
Fəaliyyəti Klarnet ifaçısı
Fəaliyyət illəri 1954–2008
Musiqi aləti Klarnet
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20002000 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1987

Mündəricat

Həyatı

Əslən Balaxanıdan olan Vəli Qədimov 1940-cı il yanvarın 12-də Bakının Çəmbərəkənd deyilən ərazisilə Dağlı məhəlləsinin qovuşduğu məkanda dünyaya gəlmişdir. Təhsilini 69 nömrəli məktəbdə almışdır. Uşaq yaşlarından klarnet çalmağa başlayan Vəli 14 yaşında artıq tibb işçilərinin mədəniyyət evində Zeynəb Xanlarova ilə birlikdə özfəaliyyət kollektivində iştirak etməyə başlamışdır.

İlk illər və yaradıcılığı

İki ildən sonra, 1956-cı ildə Vəli Qədimovun çalğıçı olmasını nəzərə alan məşhur müğənni Sürəyya Qacar onu Müslüm Maqomayev adına filarmoniyanın ansamblına dəvət edir.

1970-ci ildə o, Baba Salahovun, 1983-cü ildə xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı solist yerini tutmuşdur. Onun ifasında Azərbaycan musiqisi dünyanın bütün qitələrində səslənmiş və sürəkli alqışlarla qarşılanmışdır.

Vəli Qədimova 1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə Azərbaycanın xalq artisti fəxri adları verilmişdir.

Ölümü

2008-ci ilin avqust ayında isə onun səhhəti qəflətən pisləşib və sənətkar iflic olub. Ömrünün son bir neçə ilini yataqda keçirmişdir.

Uzun sürən xəstəlikdən sonra 2009-cu il aprelin 15-də axşam saatlarında 68 yaşında dünyasını dəyişən Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, mahir klarnet ifaçısı Vəli Qədimov 16 aprel tarixində Balaxanı qəbiristanlığında əzizlərinin yanında dəfn olunub. Vida mərasimi onun yaşadığı evdə keçirilib.

Vəli Qədimovun ailəsində üç oğul övladı böyüyüb-Fuad, Fərid, Famil, dörd nəvəsi var

Video

  • Saksofonda Vəli Qədimov — Gecələr — musiqi: Şəmsi Kərimov
  • Klarnetdə Vəli Qədimov — Çahargah
  • Klarnetdə Vəli Qədimov və qarmonda Aftandil İsrafilov — Bayatı Şiraz
  • Klarnetdə Vəli Qədimov və qarmonda Aftandil İsrafilov — Nazilə rəqsi
  • Klarnetdə Vəli Qədimov və qarmonda Leyla Şabanova — Xoşbəxtlik rəqsi
  • Klarnetdə Vəli Qədimov — Azərbaycan musiqilərindən popurri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vəli Qədimov haqqında məlumat. Vəli Qədimov nədir? Vəli Qədimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Kanada bayrağı

  • Fevral 27, 2026

    LG Electronics

  • Fevral 27, 2026

    İCarly

  • Fevral 24, 2026

    Panteon (Roma)

  • Fevral 27, 2026

    Komican

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst