Vornak, Vurnak, (1935–ci ildən) Akner (erm. Ակներ) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı həm Vornak, həm də Vurnak kimi qeyd edilir; Ermənistan SSR təşkil edildikdən 1935–ci ilədək rəsmən Vornak adlansa da, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935–ci il tarixli fərmanı ilə kəndin adı Akner olaraq dəyişdirildi. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən Allahverdi şəhəri ilə birlikdə "Alaverdi bələdiyyəsi"ni (erm. Ալավերդու քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 512 nəfərdir.
| Vornak | |
|---|---|
| |
| 41°04′59″ şm. e. 44°41′24″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Vornak | |
Qeydlər
- 1590–cı ildə tərtib edilmiş Lori vilayəti (əyaləti) icmal dəftərinə görə Lori vilayəti (əyaləti) Lori, Axtala, Pəmbək, Taşır və Arpalı livalarından ibarət idi. Axtala livasının Sanahin nahiyyəsinə daxil olan (Karye–i Vurnak) Vurnak kəndindən əldə edilən gəlir 8 min ağça təşkil edirdi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vornak haqqında məlumat. Vornak nədir? Vornak nə deməkdir?

