Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Peçeneqlər (q.türk Becěnek, q.yun. Πετσενέγοι, və ya q.yun. Πατζινάϰαι, lat. Pacinac, q.rus печэнегъ) — oğuz tayfalarından biri, tarixi mənbələrdə "beçeneqlər"

Peçeneqlər

  • Ana Səhifə
  • Vikipediya
  • Peçeneqlər

Peçeneqlər (q.türk Becěnek, q.yun. Πετσενέγοι, və ya q.yun. Πατζινάϰαι, lat. Pacinac, q.rus печэнегъ) — oğuz tayfalarından biri, tarixi mənbələrdə "beçeneqlər" də adlandırılır.

Peçeneqlər
بَجَنَكْ
Peçeneq damğası Mahmud Kaşğariyə görə sağsağanı, Əbulqazi Bahadır xana görə isə şunqarı təmsil edir.
Peçeneq damğası Mahmud Kaşğariyə görə sağsağanı, Əbulqazi Bahadır xana görə isə şunqarı təmsil edir.
Sayları və yaşadığı ərazilər
Dili pəçənək (tarixi)
Dini Xristianlıq, Tenqriçilik
İslam
Mənşəyi Oğuz (Türk)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xanlıq
Peçeneqlər
Peçeneq xanlığı (qəhvəyi rəngdə) və qonşu ərazilər. 1030-cu illər.
Peçeneq xanlığı (qəhvəyi rəngdə) və qonşu ərazilər. 1030-cu illər.
860 — 1091
Rəsmi dilləri Pəçənək dili
Din Xristianlıq və Tenqriçilik , İslam
İdarəetmə forması Mütləq monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Göytürklərin qərb qanadını meydana gətirən onoklardan meydana gələn Peçeneqlər, VI əsrdə Issık gölü və Balxaş gölü ətrafında yaşadıqları güman olunur. VIII əsrdə Oğuzların təzyiqiylə qərbə köç etmiş peçeneqlər, X əsrdə Qara dəniz və Balkanlara gəldilər. Qara dənizin şimalında və Balkanlarda XI əsrin sonlarına qədər əhəmiyyətli bir güc oldular. Xanlıq səviyyəsində bir dövlət də (860–1091) qurublar.

Don-Kubat bölgəsində xanlıq yaradan peçeneqlər, ruslarla döyüşərək onlara ağır zərbələr vururdular. 915-ci ildə başlayan və 1036-cı ilə qədər davam edən rus- peçeneq müharibələri, ruslara ağır itkilər verdi. Peçeneqlər Xəzər dənizi sahilində olan macar türklərinə də təzyiqlər edirdilər. Onların təzyiqi nəticəsində macarlar Orta Avropaya köç etdilər.

Peçeneqlər 1048-ci ildə Tunayı keçərək Bizansa axına başladılar. Peçeneqlər Boğazı atlarıyla keçən yeganə xalqdır.1050-ci ildə Ədirnəni mühasirəyə alan peçeneqlər, 1053-cü ildə Bizansı ağır məğlubiyyətə uğratdılar. 1090-cı ildə Böyük Siyirtməyə qədər gəldilər. Bu dövrdə bizanslılar qərbdə peçeneq türkləri, Anadoludan Səlcuq türkləri, İzmir və ətrafında isə Çaka Bəy ilə döyüşmək məcburiyyətində idilər.

Peçeneqlərin Konstantinopulu almaq istəyən Çaxa bəy ilə razılaşmaları olur. Peçeneqlər qurudan, Çaka bəy isə dənizdən İstanbulu mühasirəyə almalı idi. Bizans bu təhlükədən özünü başqa bir türk soyu, qıpçaqların köməyilə xilas etdi. Oğuzlardan sonra Balkanlara gəlmiş olan qıpçaqlarla razılaşan Bizans, Meriç (1091 — Meriç döyüşü) sahilində iki köçəri gücü bir-birinə qarşı qoydu. Nəticədə peçeneqlər ağır məğlubiyyətə uğradılar. Bu hadisədən sonra peçeneqlərin bir qismi Macarıstana çəkilərək macarlara qarışdı. Bir qismi də Vardar çayı boyunca yerləşdilər və slavyanlaşdılar. Bir qisimi də bizanslılar tərəfindən əsir alınaraq, qıpçaqlarla birlikdə Anadoluya, səlcuqlara qarşı yerləşdirildi. Bu gün də məlumdur ki, bir çoxu ənənəsini davam etdirən peçeneqlər hələ də Mərmərə, Qərbi Qara dəniz, Orta Qara dəniz və İç Anadolunun müxtəlif yerlərində yaşayırlar . Qərbi Anadoluda yaşamış Qızıl bəg (1184-(?)) Peçenek bəyidir.

İctimai quruluşu

Peçeneqlər 8 tayfadan ibarət idilər. Hər tayfanın tərkibində isə 5 nəsil var idi. Bu tayfaların içərisində kəngərlilər xüsusilə seçilirdilər. Antik müəlliflərin yazdıqlarına görə, kəngərlilər hələ eradan əvvəl Azərbaycan ərazisində məskunlaşmışdılar. Bu mənbələrdən biri e.ə. II əsrdə indiki Şamaxı şəhərinin yaxınlığında Kanqar şəhərinin olduğunu qeyd edir. Peçeneqlərin ilk dövləti olan Kanqlının birinci xanı olmuş Qorqud da Kəngərli tayfasından idi. Azərbaycanın müxtəlif yerlərində kəngərlərlə bağlı çoxlu yaşayış yerləri vardır. Azərbaycanın məşhur ictimai-siyasi və mədəniyyət xadimləri arasında Kəngərli soyundan olan xeyli nümayəndələr vardır.

Hakimiyyətin başında Xan dururdu. Xan vəfat etdikdə hakimiyyət onun oğluna deyil, qardaşının oğluna verilirdi. Peçeneqlər mühüm məsələləri bütün nəsillərin ağsaqqallarının iştirak etdikləri gənəşdə (gənəşmək — qədim türk dilində məsləhətləşmək deməkdir) həll edirdilər.

Bəzən peçeneqlər gürcülərin müttəfiqləri kimi də çıxış edirdilər. Belə ki, mənbələr ermənilərlə mübarizədə Buzuk və Ambuzuk adlı iki qardaşın gürcülərə kömək etdiklərini xüsusi qeyd edirlər.

Xanları

  • Kurya (peçeneq xanı) (970-ci illər)
  • Metiqa (peçeneq xanı) (980-ci illər)
  • Küçük (peçeneq xanı) (990-cı illər)
  • Qızıl bəy (1184-?)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Peçeneqlər haqqında məlumat. Peçeneqlər nədir? Peçeneqlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    25 may

  • Fevral 10, 2026

    Saat qurşağı

  • Fevral 23, 2026

    Şiə

  • Fevral 23, 2026

    Faşizm

  • Fevral 23, 2026

    İxtira

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst