Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vordenkliff qülləsi (ing. Wardenclyffe Tower, 1901–1917, həmçinin "Tesla qülləsi" kimi tanınır) — ticari olmayan transatlantik telefoniya, radio yayımı və naqil

Vordenkliff qülləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Vordenkliff qülləsi

Vordenkliff qülləsi (ing. Wardenclyffe Tower, 1901–1917, həmçinin "Tesla qülləsi" kimi tanınır) — ticari olmayan transatlantik telefoniya, radio yayımı və naqilsiz elektrikenerjisi ötürülməsinin nümayişi üçün Nikola Tesla tərəfindən yaradılmış ilk naqilsiz telekommunikasiya qülləsidir. Rezonator qülləsinin ilk tam miqyaslı sınaqları 15 iyun 1903-cü ildə yerli vaxtla tam gecə yarısında baş verdi.

Vordenkliff qülləsi 1904-cü il
Vordenkliff qülləsi 1904-cü il
Vordenkliff qülləsi 1904-cü il
Fayl adı uzantısı ..svg, .svgz
MIME tipi image/svg+xml
Tərtibatçı World Wide Web Consortium
Son versiya 1.2T
Format tipi vector image format
Əsaslanır XML
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qülləyə, Manhettendən 60 mil məsafədə yerləşən, Lonq Aylenddəki Şorexamda qülləni inşa etmək üçün torpaq alan qərbli vəkil və bankir Ceyms S. Vordenin (James S. Warden) adı verildi. O burada "Wardenclyffe-On-Sound" kimi tanınan kurort inşa etdi. Vorden düşünürdü ki, Teslanın "dünya sistemi"-nin inşası "Radio Şəhər"-in böyüməsinə səbəb olacaq. O, Teslaya dəmir yolunun yanında, naqilsiz telekommunikasiya qülləsi inşa edə biləcəyi və laboratoriya yerləşdirə biləcəyi 200 akr (81 hektar) ərazi təklif etdi.

Mündəricat

Tarixi

Nikola Tesla 1898-ci ildə Vordenkliff qülləsinin planını qurmağa, 1901-ci ildə isə Lonq Aylənd boğazı yaxınlığında inşasına başladı. Laboratoriyanın əsas binasını memar Stenford Vayt, qüllənin özü isə Vaytın ortağı U.D. Krou tərəfindən inşa edilmişdir. Tikintinin maliyyələşdirilməsi nüfuzlu sənayeçilər və digər vençur kapitalistlər tərəfindən təmin edilmişdi. Layihə, laboratoriyaya 150.000 dollar sərmayə qoyan varlı Con Pirpont Morqan tərəfindən dəstəklənirdi (2009-cu ilin qiymətiylə 3 milyon dollardan çox).

1902-ci ilin iyun ayında Tesla laboratoriyasını Manhettenin Hauston Strit küçəsindən Vordenkliffə köçürdü. Amma, 1903-cü ildə, demək olar ki, tikilib başa çatmış qüllə, son dizayn təkmilləşdirmələri səbəbindən hələ də işlək vəziyyətdə deyildi. Ticari naqilsiz telekomunikasiyada əlavə olaraq Tesla naqilsiz elektrik enerji ötürülməsini nümayiş etdirmək niyyətində idi. Bu, bazarı çökdürüb və hər kəsi pulsuz elektrik enerjisi ilə təmin edə biləcəyi üçün, dünyanın ilk Niaqara Su elektrik stansiyası və mis zavodlarının səhmdarı olan C.P. Morqan maliyyələşməni dayandırmağa qərar verdi. Tikinti xərcləri C.P. Morqanın təmin etdiyi büdcəni aşmışdı, digər maliyyəçilər də könülsüz pul verirdilər (Nikola Teslanın digər böyük maliyyəçisi Con Ceykab Astor idi). 1904-cü ilin iyulunadək C.P. Morqan və digər maliyyəçilər qəti şəkildə maliyyələşdirmədən imtina etdilər. C.P. Morqan digər investorları da layihəni davam etdirməkdən çəkindirdi. 1905-ci ilin mayında Teslanın dəyişən cərəyan mühərrikləri və elektrik enerjisinin digər ötrülmə üsulları üzərindəki patentinin sona çatması, qonorarların dayandırılması və Vordenkliff qülləsinin maliyyələşməsinin kəskin azalması ilə nəticələndi.

1917-ci ilə qədər qüllə istifadə edilməmişdi. ABŞ hökuməti, qüllənin Alman gəmiləri üçün mayak olacağından qorxaraq onu sökməyə qərar verdi. Tikintinin keyfiyyəti elə idi ki, ounu yalnız partlayışın köməyi ilə etmək mümkün idi.

Qüllənin avadanlığı

Qüllə orijinal bir taxta konstruksiya idi. Üzərində iki sarmaq (rulon) var idi — biri təpəsində, digəri isə bünövrəyə yaxın. Birincisi böyük diametrə sahib olmalıdır və keçiricinin qızmasına sərf olunan omik itkiləri azaltmaq üçün (Coul-Lens qanunu), mümkün olan ən qalın məftillə sarılmalıdır. Sonrakı hissə sona yaxınlaşdıqca daha kiçik diametrə sahib olmalıdır. Bu, potensialın kifayət qədər yüksək olacağı həmin hissədə sarmağın (rulonun) öz tutumunu azaltması üçün lazımdır. Bu və bir sıra digər şərtlərə əml etmək aşağı dempferləməni təmin edirdi.

Dünya naqilsiz sistemi

Məşhur serb ixtiraçısı Nikola Teslanın ilkin təcrübələri adi radio dalğalarının, yəni "Herts dalğaları"-nın, fəzada yayılmış elektromaqnit dalğalarının yayılmasına aid idi. Ümumdünya naqilsiz sistemin yaradılmasının əsas şərtlərindən biri rezonanslı qəbuledicilərin tikintisidir. Tesla şəxsən ötürücü sarmaqdan qəbul edici sarmağa (rulona) elektrik enerjisinin naqilsiz ötürülməsini dəfələrlə nümayiş etdirmişdir. Bu, onun naqilsiz ötürmə sisteminin bir hissəsi oldu (ABŞ patenti No. 1119732, Elektrik enerjisinin ötürülməsi aparatı, 18 yanvar 1902). Tesla, dünyada otuzdan çox ötürücü-qəbuledici stansiya qurmağı təklif etdi. Bu sistemdə qəbuledici rulon yüksək cərəyan çıxışı olan azaldan trasfarmator rolunu oynayır. Ötürücü sarmağın parametrləri qəbuledici ilə eynidir.

Teslanın dünya naqilsiz sisteminin məqsədi enerji ötürülməsini radio yayımı və yönləndirilmiş naqiliz rabitə ilə birləşdirmək idi. Bu çoxsaylı yüksək gərginlikli elektrik xətlərindən qurtulmağa imkan verəcək və qlobal miqyasda elektrik istehsal edən güclərin bir-birinə birləşməsini asanlaşdıracaqdı.

Müvafiq patentlər

Teslanın patentləri

  • "Electrical Transformer," U.S. Patent 593.138, 2 noyabr 1897
  • "Method Of Utilizing Radiant Energy, " U.S. Patent 685.958 5 noyabr 1901
  • "Method of Signaling, " U.S. Patent 723.188, 17 mart 1903
  • "System of Signaling, " U.S. Patent 725.605, 14 aprel 1903
  • "Art of Transmitting Electrical Energy Through the Natural Mediums," U.S. Patent 787.412, 18 aprel 1905
  • "Apparatus for Transmitting Electrical Energy," yanvar 18, 1902, U.S. Patent 1.119.732, 1 dekabr 1914

Digər patentlər

  • Hansell, U.S. Patent 2.389.432, Communication system by pulses through the Earth.
  • Leydorf, G. F., U.S. Patent 3.278.937, "Antenna near field coupling system". 1966.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vordenkliff qülləsi sözünün mənası, vordenkliff qülləsi haqqında məlumat. vordenkliff qülləsi nədir? vordenkliff qülləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Nic

  • Fevral 27, 2026

    Şahı adası

  • Fevral 25, 2026

    Commelinids

  • Fevral 25, 2026

    Tarix (Herodot)

  • Fevral 27, 2026

    Pelops

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst