Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elektromaqnit dalğaları (rus. Электромагнитные колебания) — dövri olaraq dəyişən elektrik və maqnit sahələrinin fəzada yayılmasıdır. Elektromaqnit dalğasında el

Elektromaqnit dalğaları

  • Ana Səhifə
  • Vikipediya
  • Elektromaqnit dalğaları

Elektromaqnit dalğaları (rus. Электромагнитные колебания) — dövri olaraq dəyişən elektrik və maqnit sahələrinin fəzada yayılmasıdır. Elektromaqnit dalğasında elektrik sahəsinin intensivlik vektoru (E) və maqnit induksiya vektoru (B) bir-birinə, həm də dalğanın yayılma istiqamətinə perpendikulyar istiqamətdə rəqs edir, yəni eninə dalğaları)

Elektromaqnit dalğaları işıq sürəti ilə hərəkət edən titrəyən elektrik və maqnit qüvvələrindən ibarətdir. Onlar radio və ya televiziya antenasında elektronlar kimi yüklü hissəcikləri etiketlədikdə,O, hissəcikləri irəli və geri silkələyir,Dalğaların daşıdığı məlumatu hissəciklərə Transfer edirlər. Bu məlumat daha sonra təkmilləşdirilə bilər və insanların qavraması üçün bir mikrofona ya da televizor ekranına göndərilə bilər.

Kainatın uzaq guşələrindən olan şeylər haqqında bizə məlumat çatdırmaq üçün normal şəkildə yayıla bilən yalnız iki növ dalğa var: Elektromaqnit dalğaları (işıq, rentgen şüaları, qamma şüaları, mikrodalğalar, radio dalğalar ) və Qravitasiya dalğaları.

Elektromaqnit dalğalarının yayılma sürəti — sonludur və işıq sürətinə bərabərdir, c=300 000km/san=3·108m/san. Vakuumdan mühitə keçdikdə dalğanın tezliyi dəyişmir. Sürəti və deməli dalğa uzunluğu azalır. Görünən işıq — dalğa uzunluğu 0,4mkm÷0,76 mkm

(1mkm=10−6m) intervalında olan elektromaqnit dalğalarıdır.

Ultrabənövşəyi şüalar — dalğa uzunluğu 4·10−7÷4·10−9m intervalında yerləşən elektromaqnit dalğalarıdır.

Rentgen şüaları — dalğa uzunluğu 2·10−9÷6·10−10m intervalında yerləşən elektromaqnit dalğalarıdır.

ɣ(qamma) şüalanma — dalğa uzunluğu 10−11÷10−13m intervalında olan elektromaqnit dalğalarıdır. ɣ — şüaları güclü ionlaşdırıcı təsirə malik olduğuna görə canlı orqanizmlər üçün təhlükəlidir və hətta qısa müddətdə qəbul edilən yüksək doza ölümlə nəticələnə bilər.

İnfraqırmızı şüalar — dalğa uzunluğu qırmızı işığın dalğa uzunluğundan böyük olub 5·10−4÷7, 6·10−7m intervalında yerləşən elektromaqnit dalğalarıdır.

Radio dalğaları — dalğa uzunluğu 3000m÷5·10−5m intervalında olan dalğalardır. Elektromaqnit dalğaları şüalananda və udulanda özünü zərrəciklər(fotonlar) seli kimi aparır, yəni ikili təbiətə malikdir. Radio dalğaların dalğa uzunluğu radiotexnikada aşağıdakı kimi qruplaşdırılr:

  • Uzun dalğalar — dalğa uzunluğu 30000–3000 m olan dalğalardır.
  • Orta dalğalar — dalğa uzunluğu 3000–200 m olan dalğalardır
  • Qısa dalğalar — dalğa uzunluğu 200–10 m olan dalğalardır.
  • Ultraqısa dalğalar — dalğa uzunluğu 10–0,1 mm olan dalğalardır.
  • Böyük Partlayışdan qalan kosmik mikrodalğa fonu (CMB) elektromaqnit dalğalarının ən qədim formasıdır.

Ədəbiyyat

  • A. Mehrabov və b. Fizika kursu. Maarif nəşriyyatı, Bakı, 1982.
  • H. Hənifəzadə və University Physics 2025

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elektromaqnit dalğaları haqqında məlumat. Elektromaqnit dalğaları nədir? Elektromaqnit dalğaları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 21, 2026

    Andalusiya

  • Fevral 23, 2026

    Lüksemburq (şəhər)

  • Fevral 23, 2026

    24 oktyabr

  • Fevral 23, 2026

    Buduq dili

  • Fevral 23, 2026

    28 yanvar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst