Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vasim Məmmədəli oğlu Məmmədəliyev (27 avqust 1942, Bakı – 13 oktyabr 2019, Bakı) — şərqşünas-alim, professor (1979); Azərbaycan Milli Elmlər Akademiyasının həqi

Vasim Məmmədəliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Vasim Məmmədəliyev

Vasim Məmmədəli oğlu Məmmədəliyev (27 avqust 1942, Bakı – 13 oktyabr 2019, Bakı) — şərqşünas-alim, professor (1979); Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007); Azərbaycanın (1992) və Dağıstanın (2003) əməkdar elm xadimi; BDU-nun İlahiyyat fakültəsinin dekanı; BDU-nun ərəb filologiyası kafedrasının müdiri; Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri (1997).

Vasim Məmmədəliyev
Vasim Məmmədəli oğlu Məmmədəliyev
Doğum tarixi 27 avqust 1942(1942-08-27)
Doğum yeri Kürdəxanı, Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 13 oktyabr 2019(2019-10-13) (77 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elmi dərəcəsi Professor
Təhsili
  • Azərbaycan Dövlət Universiteti (–1968)
Elmi rəhbəri Ələsgər Məmmədov
Üzvlüyü
  • Azərbaycan Milli Elmlər Akademiyası
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 19921992
"Şərəf" ordeni — 20092009 "Şöhrət" ordeni — 20022002
"Qızıl çinar" beynəlxalq mükafatı — 2017
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı və fəaliyyəti

Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olmuşdur . 1949–1959-cu illərdə Bakı şəhər 113 saylı orta məktəbdə təhsil almışdır.

1959–1964 — BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmişdir. Ələsgər Məmmədovun tələbəsidir.

  • 1965–1968 — Tbilisi Dövlət Universitetində aspirant.
  • 1978-ci ildən professor olmuşdur.
  • 1981–1991 — BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı.
  • 1989 — İraq Elmlər Akademiyası, 1994 — İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyası, 1995 — Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyası, 2003 — Misir Ərəb dili Akademiyasının üzvü seçilmişdir.
  • 1991–1992 — BDU-nun prorektoru.
  • 1992-ci ildən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri.
  • 1992 — Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
  • 1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri.
  • 2001 — AMEA-nın müxbir üzvü seçilmişdir.
  • 2002 — "Şöhrət ordeni" ilə təltif edilmişdir.
  • 2003 — Dağıstan Respublikasının Əməkdar elm xadimi adına layiq görülmüşdür.
  • 2007 — Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmişdir.
  • 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik etmişdir. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilmişdir.
  • Türkiyə, İran, İraq, Misir, Liviya, Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Küveyt və digər ölkələrlə sıx elmi əməkdaşlıq əlaqələri olmuşdur.
  • Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə dəfələrlə nəşr olunmuşdur.

Azərbaycan — İraq Dostluq Cəmiyyətinin sədri olmuşdur.

27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvü olmuşdur.

Uzun illər Azərbaycan Televiziyasında yayımlanan "Haqqın dərgahı" verilişinin aparıcısı olmuşdur.

İki qızı, bir oğlu var.

Vasim Məmmədəliyev 13 oktyabr 2019-cu ildə vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Beynəlxalq seminar, simpozium və konfraslarda iştirakı

  • Rusiya — 1978, 1981
  • Polşa — 1979, 1995
  • ABŞ — 1996
  • İndoneziya — 1998, 1996, 2000
  • İraq — 2000, 2004
  • Türkiyə — 2002, 2004
  • İran — 2002, 2004
  • Gürcüstan — 2005
  • Fransa — 2005
  • Misir — 2006

Seçilmiş əsərləri

  • 2006 — İslam və gənclik
  • 2006 — Mövlana Cəlaləddin Rumi yaradıcılığında Məsnəvi (Q. T. Məmmədəliyeva ilə birlikdə)
  • 2006 — Milli jurnalistikamızın patriarxı. Mətbuatımızm klassiki.
  • 2006 — Ərəb dili proqramı (bakalavr pilləsi üçün) (N. Məmmədovla birlikdə)
  • 2006 — Globalization in Estimation of Muslim Scientists (ingilis dilində)
  • 2005 — İslamda məzhəblərin yaxınlığı və yaxınlaşmanın əsas istiqamətlərinə dair bəzi mülahizələr
  • 2005 — Ərəb dilçiliyi ümumi dilçiliyin əsas qollarından biri kimi
  • 2004 — Dünya şöhrətli alim Rüstəm Əliyev fenomeni
  • 2004 — Ərəb ədəbi dilində şərt budaq cümləli tabeli mürəkkəb cümlələr
  • 2004 — İslam əxlaqı və onun əsas prinsipləri
  • 2004 — Müsəlman alimlərinin qloballaşmaya münasibətinə dair bəzi qeydlər
  • 2004 — S. S. Rəşadinin "Sərf nəhv" kitabı haqqında
  • 2004 — Sibəveyhə tutulan iki məşhur irad barəsində bir neçə söz. Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri
  • 2003 — Əbu Həyyanın bəzi dilçilik görüşləri
  • 2003 — Təsəvvüfdə ariflə alimin fərqi. Şərqşünaslığın aktual problemləri.(Q. T. Məmmədəliyeva ilə birlikdə)
  • 2003 — Aida İmanquliyeva Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri kimi
  • 2002 — Islam against terrorism, extremism and aggression. Cooperation for peace in the Caucasus. (Tbilisi)
  • 2002 — Сравнительный анализ индикативных и императивных наклонений в арабском языке и иврите (C. Fərzəliyevlə birlikdə)

Mükafatları

  • "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 28 oktyabr 1992
  • "Dağıstan Respublikasının əməkdar elm xadimi" fəxri adı 2003
  • "Şöhrət" ordeni — 26 avqust 2002.
  • "Şərəf" ordeni — 30 oktyabr 2009
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 30 avqust 2012
  • "Qızıl çinar" beynəlxalq mükafatı — 10 may 2017

Həmçinin bax

Vikianbarda Vasim Məmmədəliyev ilə əlaqəli mediafayllar var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vasim Məmmədəliyev haqqında məlumat. Vasim Məmmədəliyev nədir? Vasim Məmmədəliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    UTC−06:00

  • Fevral 25, 2026

    Bratislava

  • Fevral 27, 2026

    Hetit

  • Fevral 27, 2026

    Atmosfer prosesləri

  • Fevral 27, 2026

    Uffitsi qalereyası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst