Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narı

Hetit

  • Ana Səhifə
  • Vikipediya
  • Hetit

Hetit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.

Hetit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
FeO(OH)
Strunz təsnifatı IV/F.04a
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Xassələri

Rəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narıncı - sarıyadək; Parıltı – kristallarda almaz, yarımmetal, sarımtıl və qırmızımtıl rəngli kütlələrdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik təbəqələri işıq keçirir; Sıxlıq– hetitin– 4,3, hidrohetitin –3,8-4,2; Sərtlik – 5,0-5,5; Kövrəkdir; Ayrılma– {010} üzrə mükəmməl, {100} üzrə – orta; Sınıqlar – qeyri-hamar, pilləli, qabıqvari; Morfologiya – kristallar: iynə - və sütunvari; İkiləşmə: nadir hallarda dirsəkvari ikiləşmə rast gəlir; Mineral aqreqatları: axın formalı, sıx, məsaməli, böyrək- və torpaqvari kütlələr, stalaktitlər, sferolitlər, oolitlər, konkresiyalar, qabıqlar, ensiz haşiyələr, psevdomorfozalar, bəzən jeodalar; hötit, hidrohötit, lepidokrokit, hidrolepidokrokit, hidrohematitin, gil minerallarının, silisium oksidinin, habelə Al, Mn və b. hidroksidlərinin təbiətdə geniş yayılmış gizlikristallik qarışığı olan limonitin (qonur dəmir filizinin) mühüm tərkib hissələridir.

Mənşəyi və yayılması

Ekzogen şəraitdə əmələ gəlir. Dəmir minerallarının – siderit, pirit, maqnetit, dəmirli silikatların və b. aşınma məhsulu olub, ultraəsası süxurların, dəmirli kvarsitlərin və s. aşınma qabıqlarında müşahidə olunur. Limonitlər sulfid yataqlarının oksidləşmə zonalarının tipik əmələgəlmələridir; onlar əsasən yataqların üst hissələrində d ə m i r p a p a q l a r əmələ gətirir. Hötitin çökmə əmələgəlmələri dəniz və göl hövzələrinin sahilyanı zolağında kimyəvi yolla çökür. Limonitlə təmsil olunmuş vivianit qarışıqlı bataqlıq mənşəli dəmir filizləri biogen - çökmə yolla əmələ gəlir. Bəzən hötitin hidrotermal əmələgəlmələri də müşahidə edilir. Limonitin kiçik yığınları mineral bulaqların çöküntülərində aşkar edilmişdir. Bəzi peqmatitlərdə hötitin tapılması mineraloji əhəmiyyət kəsb edir. Birlikdə rast gəldiyi minerallar: hematit, lepidokrokit, siderit, pirit, maqnetit, pirolüzit, manqanit, sfalerit, xalkopirit, kvars, kalsit. Mineralın tapıldığı yerlər: Kursk maqnit anomaliyası, Bakal, Xəlilov, Yelizaveta yataqları (Rusiya); Krivoy Roq, Kerç (Ukrayna); Lotaringiya (Fransa); Kornuoll qraflığı (Böyük Britaniya); Lüksemburq; Türingiya, Meklenburq, Branderburq (Almaniya); Prşibram (Çexiya); Nob-Leyk (Kanada); Yuxarı Göllər rayonu (ABŞ) və b. Azərbaycanda Daşkəsən, Alabaşlı, Darvadağ yataqlarında və çoxsaylı dəmir filizi təzahürlərində, habelə bir çox (Mehmana, Ağyataq, Filizçay, Katsdağ, Katex, Paraqaçay, Vejnəli və b.) kolçedan, mis-molibden-porfir, polimetal, qızıl filizi obyektlərində rast gəlir.

Tətbiqi

Mühüm dəmir filizləridir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hetit haqqında məlumat. Hetit nədir? Hetit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Örvin

  • Fevral 22, 2026

    Mərmərə dənizi

  • Fevral 25, 2026

    Milan

  • Fevral 25, 2026

    Cəlilabad

  • Fevral 27, 2026

    Magnolia obovata

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst