Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kürdəxanıda yaşayışın iki min ildən bəri mövcud olduğu ehtimal edilir. Bunu yer üstü aşkarlanan məişət səciyyəli müxtəlif gil-saxsı qab nümunələri, mis, tunc, d

Kürdəxanı

  • Ana Səhifə
  • Vikipediya
  • Kürdəxanı

Kürdəxanı — Bakının Sabunçu rayonunun tabeliyində olan kənd.

Kürdəxanı
40°32′54″ şm. e. 49°55′19″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Sabunçu rayonu
Bələdiyyə sədri Məsimov Ağaəli Əlifhəmzə oğlu
Tarixi və coğrafiyası
Sahəsi
  • 27,3 km²
Mərkəzin hündürlüyü 2 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 10 100 (2024) nəfər
Kürdəxanı xəritədə
Kürdəxanı
Kürdəxanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiya

Sara Aşurbəyliyə görə bu ad kürdlərlə bağlıdır.

Tarixi

Kürdəxanıda yaşayışın iki min ildən bəri mövcud olduğu ehtimal edilir. Bunu yer üstü aşkarlanan məişət səciyyəli müxtəlif gil-saxsı qab nümunələri, mis, tunc, dəmir materiallarından istehsal olunan təsərrüfat alətləri, aşınmaya məruz qalmasına baxmayaraq bu və ya digər dərəcədə formasını qoruyub saxlayan soyuq silah nümunələri, habelə orta əsrlər dövrünü əhatə edən və köhnə qəbiristanlıqdan tapılan, düzəldilmə tarixi 900 il əvvələ gedib çıxan qəbirüstü sinədaşı, inşaat dövrü XV əsrin 40-cı illərinə təsadüf olunan xanəgah – zaviyə, təqribən bu zamanda tikilən məscid binası, bəzi ehtimallara görə XVII əsrin yadigarı olan hamam və sair də təsdiq etməkdədir.

"Kürdəxanı" sözünün bir neçə izah variantı da mövcuddur. Bir ehtimala görə coğrafi məfhum "kord//korda//kordə" sözündən və "xanı" topomorfantından yaranmışdır və bıçaq düzəldilən yer mənası verir. İkinci gümana görə, guya vaxtilə yaşayış məskənini üç tərəfi su olubmuş və cəzirə, yarımada şəklində imiş. Məhz coğrafi məkana görə bu yer "Kürdəxanı" adlanmışdır.

Tarixi abidələri

  • Hacı Zeynal hamamı — XVII əsr
  • Hacı Cəfərqulu hamamı — XII əsr
  • Aşağı məscid — 1444-cü il (kitabəsində yazılıb: Bu Cümə məscidinin tikilməsinə Hacı Peşəng peyğəmbərin hicrətinin 848-ci ilində əmr etdi. Allahın daim ona salamı olsun)
  • Soltan Əli məscidi — XIX əsr
  • Türbə — XVI əsr
  • Hamam — 1905-ci il

Kürdəxanıda mövcud qalalardan tikintisi nisbətən yaxın dövrlərə təsadüf edəni Yamin qalasıdır. Əfsanəyə görə Yamin adlı bir gənc şəxs günlərin bir günü o ruhi xəstəliyə tutulur. Kənd camaatının ona verdiyi sədəqəyə gedib daş alır və qala tikməyə başlayır. Məqsədi o idi ki, öldükdən sonra bu dünyada ondan bir iz qalsın. Tikilən qalaya onun adı qoyulur.

Kəndin Dadaş Vasif küçəsində Bakı xanının mülkü olub. Sovet dövründə uşaq bağçası kimi fəaliyyət göstərib. İndi baxımsız vəziyyətdədir.

Mədəniyyəti

Qəsəbədə müasir tipli poliklinika, internet kafe, H.Ağaverdiyev adına 113 saylı orta məktəb, 366 saylı uşaq bağçası, 33 saylı poliklinika, mədəniyyət evi, muzey, 2 kitabxana, rabitə şöbəsi, klub, notariat və VVAQ idarəsi, su idarəsi, işıq idarəsi, 2000 abonentlik ATS fəaliyyət göstərir.

Coğrafiyası və iqlimi

Kürdəxanı inzibati cəhətdən Sabunçu rayonuna daxildir. Bakının şimal hissəsində yerləşir. Ərazisi 27.3 kv.km-dir. Pirşağı, Maştağa, Nardaran, Bilgəh, Məhəmmədi, Zabrat, Savxoz kəndləri ilə sərhəddir. İqlimi isti-mülayimdir. Hava kütlələri xəzri (şimal) və gilavar (cənub) tərəfdən gəlir. Kənd dənizin sahilində olduqdan, əsasən ən çox soyuq hava kütlələri burada fəaliyyət göstərir. Normal temperatur 10–20 dərəcədir. Bakının, Abşeron yarımadasının ən böyük yüksəkliyi məhz Kürdəxanıda yerləşir. Kürdəxanıda palçıq vulkanları mövcuddur.

Təbiətinə görə də Kürdəxanı digər yerlərdən seçilir. Kürdəxanı ətrafında tülkü,çaqqal,bayquş və s. heyvan və quş növlərinə rast gəlinir.

Əhalisi

Keçmiş statistika

  • 1813–86 nəfər
  • 1859–1864-cü illər — 856 nəfər
  • 1870–888 nəfər
  • 1959–1622 nəfər
  • 1970–2574 nəfər
  • 1979–3223 nəfər
  • 1989–3846 nəfər
  • 2016–6500 nəfər
  • 2024–10100 nəfər

Kürdəxanıda doğulmuş məşhur şəxslər

  • Ağaverdiyev Hüseynbala Ağaverdi oğlu — Azərbaycan SSR XTNS keçmiş sədri, xalq yerli sənaye komissarı.
  • Əmrah Əmrahov — "Azərbaycan pioneri" qəzetinin redaktoru.
  • Ataəmi Mirzəyev — Filologiya üzrə elmlər doktoru, füzulişünas, alim.
  • Vamiq Məmmədəliyev — dosent, Azərbaycanın xalq artisti, tarzən.
  • Şıxəli Qurbanov — dramaturq, yazıçı, deputat, AMEA Dil və Ədəbiyyat İnstitutu rəhbəri.
  • İqbal Məmmədəliyev — rejissor, EL Televiziya Şirkətinin (Yevlax) baş direktoru.
  • Gülşad Baxşıyeva — Azərbaycan aktrisası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru.
  • Vasim Məmmədəliyev — akademik, BDU-nun ilahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri.
  • İlhamə Quliyeva — Azərbaycanın və Dağıstanın xalq artisti.
  • Abbasqulu Kazımzadə — ictimai xadim.
  • Bayram Kürdəxanlı (Quliyev) — meyxana ustadı.
  • Xanım Qafarova — aktrisa.
  • Baba Pünhan — şair.

İqtisadiyyatı

Kənd təsərrüfatı sahəsində Kürdəxanı çox inkişaf etmişdir. Burada kök, taxıl, çovdar, üzüm, tut, əncir, əzgil, zeytun, nar yetişdirilir. Əhali qoyunçuluqla, maldarlıqla, əkinçiliklə məşğul olur. Qəsəbənin qərb hissəsində Bakının ən böyük fermalarından biri vardır.

Nəqliyyat

Bakı–Xaçmaz dəmiryol xətti Kürdəxanını iki yerə ayırır. Məhəmmədi – Kürdəxanı şossesi qəsəbənin mərkəzindən keçir. Eyni zamanda 173 saylı Pirşağı-Koroğlu, 185 saylı Kürdəxanı-8 km bazarı, 537 Zabrat-Novxanı istiqamətində işləyən avtobusları vardır.

Qalereya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kürdəxanı haqqında məlumat. Kürdəxanı nədir? Kürdəxanı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Enkidu

  • Fevral 27, 2026

    Avstraliya ingiliscəsi

  • Fevral 27, 2026

    Anadolu liseyi

  • Fevral 27, 2026

    Kezenoyam gölü

  • Fevral 27, 2026

    Litva tarixi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst