Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vahid Məmmədli (6 yanvar 1965, Qazax) — azərbaycanlı yazıçı, şair, abstraksionist rəssam, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007), Beynəlxalq Prokurorlar As

Vahid Məmmədli

  • Ana Səhifə
  • Vikipediya
  • Vahid Məmmədli

Vahid Məmmədli (6 yanvar 1965, Qazax) — azərbaycanlı yazıçı, şair, abstraksionist rəssam, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007), Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü (2009), hüquq elmləri üzrə fəlsəfə doktoru (2003), baş ədliyyə müşaviri, Prezident təqaüdçüsü (2021). Azərbaycan ədəbiyyatında ilk fentezi romanın (Atropatena dastanı), dünya ədəbiyyatında ilk qansız döyüş romanının (Tunc Allahın yükü) müəllifi.

Vahid Məmmədli
Vahid Məmməd oğlu Məmmədli
Doğum tarixi 6 yanvar 1965(1965-01-06) (61 yaş)
Doğum yeri
  • Qazax, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Təhsili Tver Dövlət Universiteti
İxtisası Hüquqşünas
Fəaliyyəti Yazıçı
Fəaliyyət illəri 2007–h.h.
Əsərlərinin dili Azərbaycanca, rusca
Janr Roman
Tanınmış əsərləri "Tunc Allahın yükü", "Atropatena dastanı" trilogiyası
Mükafatları

San yarlığı (2011)

Prezident təqaüdçüsü (2021)

2007-ci ildən bədii yaradıcılıqla məşğul olur. Rusiyanın ən böyük nəşriyyatı sayılan "Eksmo" nəşriyyatının müəlliflərindən biri olmaqla, bestsellerlər müəllifi kimi tanınır. Rusiyanın ilk qansız döyüş romanının (Tunc Allahın yükü), Azərbaycan ədəbiyyatında isə ilk fentezinin ("Atropatena dastanı" trilogiyası) müəllifidir. Hekayə və povestləri Rusiya, Türkiyə, İngiltərə, Fransa, Avstriya, Almaniya, Yunanıstan, Çexiya, Hindistan, Misir, İran və digər ölkələrin dövri mətbuatında mütəmadi çap olunur.

Azərbaycanda böyük əks-səda doğurmuş çoxepizodlu və ağır cinayət işlərinin istintaqını uğurla başa çatdırmış peşəkar prokuror, ölkədə cinayət əməllərinin tövsifini və istintaq taktikasını mükəmməl bilən mütəxəssislərdən biri, Azərbaycanda cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair müqavilələr praktikasına həsr olunmuş ilk elmi monoqrafiyanın və beynəlxalq cinayət hüququna dair bir çox məqalələrin müəllifidir.

Azərbaycan mətbuatında və mediasında, məsələn "Kaspi" qəzetində, "Kult.az" mədəniyyət saytında, "Azadlıq radiosu"nda və "Ulduz" jurnalında müxtəlif yazıları yayımlanıb.

20 kitabın müəllifi V. Məmmədlinin əsərləri Rusiyada, Türkiyədə, İngiltərədə, Fransada, Avstriyada, Almaniyada, Yunanıstanda, Çexiyada, Hindistanda, Misirdə və digər ölkələrdə çap olunub. Londonda Qafqazla bağlı nəşr olunan "Cənubi Qafqaz" jurnalında "Azərbaycanın pərəstiş olunan yazıçısı" kimi təqdim olunub. Rusiyada Vlad Mamişov təxəllüsü ilə yazıb. "Atropatena dastanı" 11 ölkədə çap olunub.

Mündəricat

Həyatı

Vahid Məmməd oğlu Məmmədli 6 yanvar 1965-ci ildə Qazax şəhərində anadan olub. Qarabağın məşhur bəylərindən biri Haqverdi bəy Kərimbəyovun nəticəsidir.Əslən Bərdə rayonunun Kərimbəyli kəndindən Köyəlli Baba nəslindəndir.1982-ci ildə Xaçmaz şəhər 1 saylı orta məktəbi bitirib. 1983–1985-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Xarkov Ali Hərbi Məktəbinin xüsusi təyinatlı batalyonunda xidmət edib. 1986-cı ildə Rusiyanın Tver Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub, 1992-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Rusiyanın Tver vilayəti Maksatixa rayon prokurorunun böyük köməkçisi (1991–1992); Bakı şəhər prokurorluğunun baş müstəntiqi (1992–2003); Bakı şəhər prokurorluğunun istintaqa nəzarət idarəsinin böyük prokuroru (2003–2008); Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaqa Nəzarət İdarəsinin prokuroru (2008–2011); Yardımlı rayon prokuroru (2011–2021); Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin prokuroru (2021–2022) vəzifələrində çalışmışdır. Beynəlxalq cinayət hüququ üzrə fəlsəfə doktorudur (2003).

Ailəlidir, bir övladı var.

Fəaliyyəti

Ədəbi yaradıcılığa ilk dəfə Rusiya Mədəniyyət Fondunun (RMF) "Qrifon" nəşriyyatında nəşr olunan "Tunc Allahın yükü" əsəri ilə başlamışdır. Əsərin RMF tərəfindən nəşr olunması və tez bir zamanda bestsellerə çevrilməsi onunla əlaqədardır ki, əsər dünya ədəbiyyatında tamamilə yeni bir janrda, qansız döyüş romanı janrında yazılmışdır. Əsərin tez bir zamanda tanınması Rusiyanın və Avropanın ən böyük nəşriyyatı olan "Eksmo" nəşriyyatının diqqətini cəlb etmiş, 2006-cı ildə onun "Tunc Mələk" əsərini "Cəllad tələsməyi sevmir" adı ilə "Rus bestselleri" seriyasında çap etmiş, 2007-ci ildə nəşriyyat tərəfindən "bestsellər ustası" adına, Azərbaycanda isə ilk fentezi epos olan "Atropatena dastanı" trilogiyasının müəllifi kimi Beynəlxalq Mahmud Kəşkari Fondunun "Türk dünyasının san yarlığı" mükafatına layiq görülmüşdür.

"Tunc mələk" romanının əsas özəlliyi qəhrəmanın müharibə gedən İraqda topların, tüfənglərin, bir çox ölkələrin xüsusi xidmət orqanlarının edə bilmədiyini həyata keçirməsi, bir azərbaycanlının öz intellektual səviyyəsi, insansevərliyi və iradəsinin gücü ilə insanları xilas etməsilə əlaqədardır. Əsər 2010-cu ildə Rusiyada "Qruppa antiterror. Spetsnaz" seriyasında da dərc edilib.

1 iyun 2011-ci ildə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bakıda "Bayatı" kitab mağazasında Vahid Məmmədlinin "Atropatena dastanı (epos-trilogiya)" kitabının "imza günü" keçirilmişdir. Tədbiri "Ulduz" jurnalının baş redaktoru, yazıçı-publisist Elçin Hüseynbəyli açaraq, kitabı dünya ədəbiyyatında geniş yayılmış fantaziya janrında yazılmış, tarixi motivlər və bədii təxəyyülün sintezindən yaranmış maraqlı bir əsər kimi dəyərləndirmişdir. Yazıçı müəllifin ümumbəşəri mövzuya bədii yanaşma üsulunu bəyəndiyini bildirmişdir. Bildirilmişdir ki, maraqlı magiyalar, sehrlər, yeni nağıl və fantaziya qəhrəmanları, macəra, detektiv, döyüş və məhəbbət səhnələri ilə zəngin olan əsər hər bir azərbaycanlı üçün maraqlı bir dövrü — tariximizin Albaniya və Atropatena dövrünü əhatə edir. Tənqidçi-publisist Əsəd Cahangir, filologiya üzrə fəlsəfə doktoru Vaqif Yusifli, şair Balayar Sadiq və başqaları əsərin gənclər arasında yayılmasının vacibliyini bildirmişlər.

Rusiyanın rüblük elmi-texniki "Vestnik" jurnalı 2016-cı ildə tərtib etdiyi, Polad Bülbüloğlu, Vahid Ələkbərov, Emin Ağalarov, İradə Zeynalova, Rövşən Əsgərov və digərlərinin də yer aldığı "Ölkəsinin hüdudlarından kənarda öz vətəninə şöhrət qazandıran məşhurlar" onluğunun 7-ci pilləsində qeyd edib.

"Şəhrizad" və "Leyli və Məcnun" romanlarının, "Buddanın qayıdışı", "Milanda ölüm", “Tunc Mələyin yolu", "Bakı 2035" povestlərinin, onlarla hekayələrin də müəllifidir. "Milanda ölüm" əsəri İmdat Avşar və Ömər Küçükmehmetoğlunun türk dilinə tərcüməsində "Anatolia kültür" yayın evində, "Şəhrizad" romanı isə müəllifin öz (rus dilinə) tərcüməsində Rusiyanın "Eksmo" nəşriyyatında çapa hazırlanır.

Dünyanın böyük elektron kitab portallarından biri olan “Litres” portalının “Elektronnaya bukva 2024” – ən yaxşı elektron kitablar müsabiqəsində Vahid Məmmədlinin “Angelo di bronzo” (“Tunc mələk”) romanı 27620 kitabın içindən seçilərək müsabiqənin uzun siyahısına daxil edilib.

Əsərləri

  • Tunc Allahın yükü
    • Tunc Mələk
    • Tunc Mələyin yolu
  • Atropatena dastanı
  • Milanda ölüm
  • Şəhrizad
  • Palıda sarılmış üzüm
  • Leyli və Məcnun

Kitabları

  • "Azərbaycan Respublikasının qarşılıqlı hüquqi yardıma dair müqavilələr praktikası". Bakı, Şirvannəşr, 2003
  • "Tunc Allahın yükü", "Qrifon", 2007
  • "Tunc Mələyin yolu", Bakı, "Zərdabi", 2007
  • "Tunc Mələk", Bakı, Kitab klubu, 2008
  • "Cəllad tələsməyi sevmir", "Eksmo", 2008
  • "Qeksoqenli yol yoldaşı", "Eksmo", 2010
  • "Atropatena dastanı", Bakı, "Zərdabi LTD", 2010
  • "Milanda ölüm", Bakı, "Qanun", 2012
  • "Atropatena destanı", İstanbul, "İz yayınları", 2013
  • "Döy qapımı açmayım", Bakı, "Qanun", 2017
  • "Şəhrizad", Bakı, "Qanun", 2019
  • "Tunc Mələk", Bakı, "Teas-Press", 2019
  • "Возвращение будды", Москва, АСТ, 2020
  • "Palıda sarılmış üzüm", Bakı, "Elm və təhsil", 2021
  • "Leyli və Məcnun", Bakı, "Qanun", 2023
  • Adam’s Dictionary: Short novels
  • “Палач спешить не любит”, 2023
  • Hotel in paradis: Short novels
  • Βούδας: Ελληνικά ( (rus.))
  • Buddha: short novels
  • “Qırmızı ilə selfi”, 2024
  • “Adəmin lüğəti”, 2024
  • “Buddhas Return”, 2024

Mükafatları

17 may 2011-ci ildə Bakıda Atatürk Mərkəzində Türk Törə Ocağı və Beynəlxalq Mahmud Kaşğari Fondu tərəfindən təsis edilmiş "San yarlığı" mükafatı ilə təltif edilib.

Həmçinin bax

  • Çingiz Abdullayev
  • Eldar İsmayılov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vahid Məmmədli haqqında məlumat. Vahid Məmmədli nədir? Vahid Məmmədli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lisa (repçi)

  • Fevral 27, 2026

    Multan

  • Fevral 27, 2026

    Əhməd əl-Qəzzali

  • Fevral 27, 2026

    Qaşdar Əliyev

  • Fevral 27, 2026

    Mozaika

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst