Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eldar Aleksandroviç Ryazanov (rus. Эльдар Александрович Рязанов; 18 noyabr 1927[…], Samara – 30 noyabr 2015, Moskva) — Rusiya və Sovet kinorejissoru, ssenarist,

Eldar Ryazanov

  • Ana Səhifə
  • Vikipediya
  • Eldar Ryazanov

Eldar Aleksandroviç Ryazanov (rus. Эльдар Александрович Рязанов; 18 noyabr 1927[…], Samara – 30 noyabr 2015, Moskva) — Rusiya və Sovet kinorejissoru, ssenarist, aktyor, prodüser və şairi. SSRİ xalq artisti (1984).

Eldar Ryazanov
rus. Эльдар Александрович Рязанов
Doğum adı Eldar Aleksandroviç Ryazanov
Doğum tarixi 18 noyabr 1927
Doğum yeri Samara, RSFSR, SSRİ
Vəfat tarixi 30 noyabr 2015 (88 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Həyat yoldaşı Zoya Fomina
Nina Skuybina
Emma Abaydullina
Uşağı Olqa Ryazanova
Atası Aleksandr Ryazanov
Anası Sofiya Şusterman-Ryazanova
Fəaliyyəti rejissor
ssenarist
aktyor
prodüser
şair
Fəaliyyət illəri 1950-ci ildən
Təhsili
  • Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu (–1950)
İstiqamət sosialist realizmi
Üzvlüyü
  • SSRİ Yazıçılar İttifaqı,
  • SSRİ Kinematoqrafçılar İttifaqı
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni

"SSRİ xalq artisti" fəxri adı SSRİ Dövlət mükafatı "RSFSR xalq artisti" fəxri adı RSFSR əməkdar incəsənət xadimi Vasilyev qardaşları adına RSFSR Dövlət mükafatı
IMDb ID0752922
İmzanın şəkli
eldar-ryazanov.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Eldar Ryazanov 18 noyabr 1927-ci ildə Samarada Aleksandr Semyonoviç Ryazanov və Sofi Mixaylovna Ryazanovanın ailəsində anadan olmuşdur. Tezliklə bu ailə Moskvaya gəlir. 1930-cu illərdə ailə dağılır və gələcək kinorejissor anası ilə qalmalı olur.

Eldar Ryazanov hələ uşaqlığından kitab oxumağı çox sevirdi. Yazıçı olmaq niyyətində idi, səyahətlər haqqında düşünürdü. Hətta məktəbi qurtarandan sonra Odessa dəniz məktəbinə ərizə göndərmişdi. Lakin elə bu vaxtlar müharibə başladı və Eldar artıq cavab gözləmədi.

Çox keçmədən Eldar Ryazanov təsadüfən bir dostunun məsləhətilə ÜDKİ-nin I kurs tələbəsi oldu. O, Qriqori Kozinsevin emalatxanasında təcrübə keçirdi. Oradakı pedaqoqlar arasında həm də Ryazanova böyük ümidlər bəsləyən Sergey Eyzenşteyn var idi.

Yaradıcılığı

1950-ci ildə oranı bitirən Eldar kurs yoldaşı ilə birgə ilk sənədli filmini çəkir. Uğur qazanan bu filmdən sonra gənc rejissorlar diploma yiyələnirlər. Eldar Ryazanov düz 5 il sənədli kinoda çalışmışdır. Daha sonra müxtəlif kinojurnallar üçün kiçik kinosüjetlər çəkir.

1955-ci ildə Eldar Aleksandroviç Ryazanov "Mosfilm"in rejissoru olur. O, Sergey Qurovla birlikdə ilk sovet genişekranlı film-revyusunu çəkir. "Bahar səsləri" adlanan filmə eyni zamanda bədii epizodlar da daxil edilmişdi. Bir il sonra komedioqraf, "Mosfilm" kinostudiyasının rəhbəri İvan Pıryev Eldar Ryazanovu kinokomediya çəkməyə məcbur edir. Eldar Ryazanov ona 4 dəfə öz etirazını bildirsə də, Pıryev sözündən dönmür. Beləliklə, Ryazanov komediya rejissoruna çevrilir. E. Ryazanov "Ünvansız qız", "Qusar balladası", "Şikayət kitabını verin", "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" filmlərinə quruluş verir. 1961-ci ildə isə birdən-birə 2 satirik lent çəkir. Bunlardan biri "Robinzon necə yaranıb", digəri isə "Heç yerdən olmayan adam" idi. Adı çəkilən ikinci filmdə Sergey Yurski və Anatoli Papanov kimi rus aktyorları çəkilmişdi.

Eldar Ryazanovun ən uğurlu filmlərindən biri də "Avtomobildən qorun" hesab oluna bilər. Filmin yaxşı alınmasında İnnokenti Smoktunovski, Oleq Yefremov, Yevgeni Yevstiqneyev, Anatoli Papanov, Andrey Mironov, Qalina Volçek və başqa aktyorların da rolu az deyildi.

Sonrakı illərdə Ryazanov bir-birinin ardınca "Uğur ziqzaqı", "Qoca quldurlar", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "İki nəfərlik vağzal" filmlərini lentə alır.

Eldar Aleksandroviç Ryazanov öz kinematoqrafını yaratmışdı. Onun əksər filmləri bu gün də sevə-sevə xatırlanır. Lakin bundan başqa Ryazanov həm də 1979-1985-ci illərdə "Kinopanoram" verilişinin aparıcısı olmuşdur. Bundan başqa, onunla birgə televiziyada 200 müəllif proqramı hazırlanmışdır.

2002-ci ildə Eldar Ryazanov Rusiyada kinematoqrafiya üzrə "Nika" akademiyasının prezidenti seçilir. 23 yanvar 2005-ci ildə Eldar Ryazanovun kinoklubu açılmışdır. 2010-cu ildə Kino İttifaqının (rus. КиноСоюз) təsisçilərindən biri olmuşdur.

2015-ci ilin noyabrın 30-na keçən gecə Moskvada 88 yaşında vəfat etmişdir.

Ailəsi

  • Atası — Aleksandr Semyonoviç Ryazanov.
  • Anası — Sofiya Mixaylovna Şusterman (sonradan — Ryazanova).
  • İlk həyat yoldaşı — Zoya Fomina, rejissor (1950—1970-ci illər).
    • Qızı — Olqa Eldarovna Ryazanova (d. 1951), Moskva Dövlət Universitetinin məzunu, filoloq, kinoşünas.
      • Nəvəsi — Dmitri Troyanovski, telemüxbir.
  • İkinci həyat yoldaşı — Nina Qriqoryevna Skuybina (1930—1994), "Mosfilm"in redaktoru (1970—1994).
  • Üçüncü həyat yoldaşı — Emma Valerianovna Abaydullina (d. 1941), kino redaktoru.

Filmoqrafiya

Rejissor fəaliyyəti

  1. Bahar səsləri (1955)
  2. Karnaval gecəsi (film, 1956)
  3. Ünvansız qız (1957)
  4. Robinzon necə yaranıb (1961)
  5. Heç yerdən olmayan adam (1961)
  6. Qusar balladası (1962)
  7. Şikayət kitabını verin (1964)
  8. Avtomobildən qorun (film, 1966)
  9. Uğur ziqzaqı (1968)
  10. Qocalar-quldurlar (film, 1971)
  11. İtalyanların Rusiyada ağlasığmaz macəraları (film, 1973)
  12. Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975)
  13. İşdə məhəbbət macərası (film, 1977)
  14. Qaraj (film, 1979)
  15. İki nəfərlik vağzal (film, 1982)
  16. Amansız romans (1984)
  17. Unudulmuş fleyta musiqisi (film, 1987)
  18. Əziz Yelena Sergeyevna (1988)
  19. Öncəgörmə (film, 1993)
  20. Köhnə yabılar (2000)
  21. Karnaval gecəsi-2 və ya əlli il sonra (2007)
  22. Ömrün musiqisi (2009)

Ssenarist fəaliyyəti

  1. Robinzon necə yaranıb (1961)
  2. Qusar balladası (1962)
  3. Avtomobildən qorun (film, 1966)
  4. Uğur ziqzaqı (1968)
  5. Qocalar-quldurlar (film, 1971)
  6. İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri (1973)
  7. Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975)
  8. İşdə məhəbbət macərası (film, 1977)
  9. Qaraj (film, 1979)
  10. İki nəfərlik vağzal (film, 1982)
  11. Amansız romans (1984)
  12. Unudulmuş fleyta musiqisi (1987)
  13. Əziz Yelena Sergeyevna (1988)
  14. Öncəgörmə (film, 1993)
  15. Köhnə yabılar (2000)

Aktyorluq fəaliyyəti

  1. Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975)
  2. İşdə məhəbbət macərası (film, 1977)
  3. İki nəfərlik vağzal (film, 1982)
  4. Karnaval gecəsi-2 və ya əlli il sonra (2007)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Eldar Ryazanov haqqında məlumat. Eldar Ryazanov nədir? Eldar Ryazanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Arecoideae

  • Fevral 27, 2026

    Maxis

  • Fevral 24, 2026

    Salvador

  • Fevral 23, 2026

    Əlişir Nəvai

  • Fevral 27, 2026

    Əl-Audca

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst